USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 79 yoluxma faktı qeydə alınıb, 69 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 830 min 135 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 819 min 472 nəfər müalicə olunaraq sağalıb, 10 min 196 nəfər vəfat edib. Aktiv xəstə sayı 467 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1266, bu günə qədər isə ümumilikdə 7 milyon 565 min 697 test icra olunub.