Bakıda keçmiş məhkum itkin düşüb.
Hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
Əvvəllər məhkum olunmuş 40 yaşlı Ramil Məmmədzadə mayın 9-da yaşadığı evdən çıxıb gedib və bir daha geri qayıtmayıb. Hadisə barədə polisə məlumat verilib.
Hazırda onun tapılması istiqamətində axtarışlar davam edir.