Mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Bu barədə Müdafiə nazirliyinin məlumatında deyilir.
Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Orxan Novruzəlizadə erməni təxribatı nəticəsində şəhid olub. Ordumuzun digər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu isə başından ağır yaralanıb.
Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə çatdırılıb.
Ermənistan tərəfinə təxribatlarına son qoyulması və qəsdən vəziyyətin gərginləşdirməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq növbəti dəfə atəşkəsi pozub, məlumatda qeyd edilir.
Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülüb. Mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür.
Ermənistan tərəfinin məlumatına görə, 4 erməni hərbçısı yaralabıb.