USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Rəşid Behbudovdan yadigar qalan bahalı brilyantlar oğurlanıb

Sosial / Hadisə

15-07-2023, 13:21

  Rəşid Behbudovdan yadigar qalan bahalı brilyantlar oğurlanıb

Space TV-nin keçmiş rəhbəri, dahi musiqiçi Rəşid Behbudovun kürəkəni Kamil Şahverdinin evindən oğurluq olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Kamil Şahverdinin Səbail rayon Neftçilər prospektində yerləşən evində xadimə işləmiş 1981-ci il təvəllüdlü İrina Vatolinaya oğurluq əməlinə görə cinayət işi açılıb. O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq-külli miqdarda zərər vurmaqla) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Məlum olub ki, İ.Vatolina evdən ümumilikdə 53 min 814 manatlıq oğurluq edib. O, evdən işlədiyi müddətdə gizli olaraq hissə-hissə olmaqla çoxsaylı qızıl-zinət əşyalarını, bahalı bəzək əşyalarını, medalyonları və s. oğurlayıb. Oğurlanan əşyalar arasında dəyəri 5000 manat olan brilyant qaşlarla bəzədilmiş qızıl üzük və sırğa dəsti, 3000 manat dəyərində firuzə qaşlarla bəzədilmiş 1 qızıl üzük və sırğa dəsti, 3000 manat dəyərində, ortasında ametist qaş, ətrafı brilyant qaşlarla bəzədilmiş 1 qızıl üzük və sırğa dəsti, 3000 manat dəyərində olan, 2 karat brilyant qaşlarla bəzədilmiş qızıl üzük, 4000 manat dəyərində 3 karat brilyantla bəzədilmiş qızıl sırğa və üzük dəsti, ümumi dəyəri 5000 manat olan, brilyant qaşlarla bəzədilmiş 4 ədəd üzük, ümumi dəyəri 4000 manat olan 3 ədəd müxtəlif ölçülərdə qızıl qolbaq, ümumi dəyəri 3000 manat olan 3 ədəd qızıl saat, 7000 manat dəyərində olan, ağ qaşlarla bəzədilmiş, üzük, sırğa, bilərzik və boyunbağıdan ibarət 1 ağ qızıl platin dəst və s. də olub.

K.Şahverdi ifadəsində oğurlanan əşyaların əksəriyyətinin SSRİ Xalq artisti Rəşid Behbudovdan qızı, yəni onun həyat yoldaşı Rəşidə Behbudovaya yadigar qaldığını və bu əşyaların onlar üçün böyük mənəvi dəyərə malik olduğunu deyib.

O, həmçinin qeyd edib ki, İrina onlara məxsus evdə daha əvvəl xadimə işləyib və pandemiya vaxtı işdən çıxıb. Lakin sonradan Rəşidə xanıma dəfələrlə zəng edərək yenidən işə qayıtmaq istədiyini deyib və onu işə götürüblər. O, İrinanın evdə olarkən tez-tez iti gəzdirmək üçün çıxıb getdiyini, daha sonra ondan şübhələndiklərini və evdə saxladıqları çoxlu qızıl-zinət əşyasının oğurlanmasını üzə çıxardıqlarını bildirib.

İrina Vatolina barəsində başlanılmış cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub. Məhkəmədə təqsirləndirilən şəxs oğurluq əməlini inkar edib. O, evdən yalnız bijuteriya əşyalarını və istifadəyə yararsız bir neçə elektronika əşyasını götürdüyünü və daha sonra qaytardığını deyib. Kamil Şahverdi isə Rəşid Behbudovdan qalan və onlar üçün böyük əhəmiyyəti olan əşyaların qaytarılması təqdirdə İrinadan şikayətlərini geri çəkə biləcəklərini deyib.

İyulun 11-də məhkəmə prosesi başa çatıb. İrina Vatolina Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq müddətində polisin nəzarəti altında olan 42 yaşlı qadın məhkəmə zalındaca həbs edilib.

Qeyd edək ki, Kamil Şahverdi uzun illər Space TV-nin icraçı direktoru, daha sonra isə baş direktoru olub. Həmçinin o, Rəşid Behbudov Fondunun direktorudur. Rəşidə Behbudova isə xeyli vaxtdır yataq xəstəsidir və ev şəraitində müalicə olunur.

Paylaş:
Digər xəbərlər

Sosial / Hadisə

29-06-2023, 11:07

Yarım milyon manat oğurlayan şəxs ələ keçdi

Sosial / Hadisə

5-04-2023, 17:30

Toyda yığılan 32 mini oğurlayaraq üç günə 8 min xərclədi

Sosial / Hadisə

28-03-2023, 12:14

Şirvanda evdən 100 min manatlıq oğurluq edilib

Sosial / Hadisə

17-02-2023, 18:43

Xadimə işlədiyi evdən ayrı-ayrı vaxtlarda ümumilikdə küllü miqdarda pul oğurladı

Gündəm / Sosial / Hadisə

18-12-2022, 16:52

İsmayıllıda küllü miqdarda oğurluq edən şəxs yaxalanıb

Hadisə

20-09-2022, 11:25

Bakıda restorandan 2350 manatlıq oğurluq edildi

Gündəm / Sosial / Hadisə

13-07-2022, 11:14

Xaçmazda evlərdən və mağazalardan oğurluq edən şəxs saxlanılıb

Sosial / Hadisə

8-04-2022, 11:07

Bakıda 15 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Sosial

15-01-2022, 18:13

Ağdamda evdən 52 min manatlıq oğurluq edən dəstə saxlanılıb

Hadisə

26-01-2021, 15:12

Silsilə oğurluqlar edən şəxs ifşa olundu

Hadisə

21-05-2020, 09:59

Bakıda mənzildən 15 min manat dəyərində qızıl əşyalar oğurlandı

Hadisə

18-05-2020, 16:33

Bakıda evlərdən oğurluq edən şəxs tutuldu

Son xəbərlər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
  • 4-09-2026, 17:24
    5,4 milyon manatlıq siqaret qaçaqmalçılığı işi: Axtarışda olan şəxs Ukraynada saxlanıldı
  • 31-08-2026, 18:24
    Əliyev və Tokayev Bişkekdə Orta Dəhlizi müzakirə etdilər
  • 31-08-2026, 18:22
    Qırğızıstanda folqa fabriki yanıb
  • 31-08-2026, 18:20
    Sumqayıtda ailə mübahisəsi qanlı bitdi: 71 yaşlı kişi oğlunu bıçaqladı
  • 31-08-2026, 18:10
    İlham Əliyev və Məsud Pezeşkian Bişkekdə görüşdülər
  • 31-08-2026, 18:08
    Əliyev və Paşinyan Bişkekdə görüşdü: TRIPP, sərhədlər və iqtisadi əməkdaşlıq müzakirə olundu
  • 29-08-2026, 21:54
    Azərbaycanda bir gündə axtarışda olan 135 nəfər saxlanıldı
  • 29-08-2026, 21:36
    Azərbaycanda bir gündə 8 odlu silah və 69 patron aşkarlandı
  • 29-08-2026, 21:35
    İlham Əliyevdən Mirziyoyevə təbrik: “Özbəkistanın hər bir uğurunu öz uğurumuz hesab edirik”
  • 29-08-2026, 21:33
    Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
  • 27-08-2026, 20:41
    Tokiodan gələn təyyarənin şassi bölməsindən insan meyiti tapıldı
  • 27-08-2026, 20:40
    İlham Əliyev Prezidentin ehtiyat fondundan “Sabah”a 5 milyon manat ayırdı
  • 27-08-2026, 20:38
    Azərbaycan və Malayziya əməkdaşlığı genişləndirmək imkanlarını müzakirə edib
  • 27-08-2026, 20:37
    Robert Köçəryan həbsxanaya köçürüldü – iki aylıq həbs qərarı qüvvədədir
  • 25-08-2026, 19:39
    ABŞ 200 minə yaxın əcnəbinin vizasını ləğv etməyə hazırlaşır
  • 25-08-2026, 19:31
    Ermənistanın sabiq prezidenti Robert Koçaryan və oğlu saxlanıldı
  • 23-08-2026, 23:34
    Mirziyoyev İlham Əliyevin Vaşinqton diplomatiyasını “parlaq qələbə” adlandırdı
  • 23-08-2026, 23:30
    Azərbaycan və Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə” imzalandı
  • 23-08-2026, 23:27
    Mirziyoyev: “İlham Əliyevin Özbəkistana səfəri tarixi əhəmiyyət daşıyır”
  • 23-08-2026, 23:25
    İlham Əliyev: “Mərkəzi Asiya və Azərbaycan vahid geosiyasi və iqtisadi regiondur”
Daha çox
Çox oxunanlar
6-09-2026, 13:19
Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
6-09-2026, 12:31
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
6-09-2026, 12:39
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
8-09-2026, 19:25
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
5-09-2026, 14:16
“AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
6-09-2026, 12:27
Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə