USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Bu gün səhər saatlarında Qusardan Quba istiqamətində hərəkətdə olan "Temsa" markalı sərnişin avtobusu qəzaya düşüb. Quba rayonunun Digah kəndi ərazisində sürücü Ravil Mahmudovun idarə etdiyi avtobus yoldan çıxaraq aşıb.
Foto.info.az “Report”a istinadən xəbər verir ki, hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, avtobusda 22 nəfər olub. Ölən yoxdur.
Hazırda faktla bağlı Quba Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.