USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Xəzərin Azərbaycan sektorunda dövlət sərhədini pozan İrana məxsus qayığı saxlayıb, bu barədə bu qurumun 22 aprel tarixli məlumatında deyilir.
Qayıqda iki İran vətəndaşı - 1991-ci il təvəllüdlü Muxtar Əbdi Yalci və 2000-ci il təvəllüdlü Əli Bəhrami Məhhəmməd var idi.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sərhəd pozucuları tərəfindən dənizə atılmış 8 ədəd bağlamada 20 kiloqram 400 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.