
Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı III Çarlzı milli bayramı – Təvəllüd Günü münasibətilə təbrik edib.
Dövlət başçısının təbrik məktubunda Azərbaycan ilə Birləşmiş Krallıq arasında münasibətlərin dostluq, qarşılıqlı hörmət və etimada əsaslandığı bildirilib.
İlham Əliyev qeyd edib ki, iki ölkə arasında siyasi, iqtisadi-ticari, investisiya, enerji, o cümlədən bərpaolunan enerji sahələrində əməkdaşlıq dinamik şəkildə inkişaf edir.
Prezident vurğulayıb ki, mövcud potensialdan istifadə etməklə Azərbaycan–Birləşmiş Krallıq əlaqələrinin gündəliyini daha da genişləndirmək mümkündür.
Təbrik məktubunda xalqların rifahı naminə iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin və qarşılıqlı maraq doğuran əməkdaşlığın bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə olunub.
Azərbaycan Prezidenti III Çarlza möhkəm cansağlığı, uzun ömür, fəaliyyətində uğurlar, Böyük Britaniya xalqına isə rifah və firavanlıq arzularını çatdırıb.