USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti olaraq yerləşən Rusiya sülhməramlılarının xüsusi təyinatlı hərbi həkimləri Ağdərə rayonunun Vəngli kəndində humanitar-tibbi aksiya təşkil ediblər.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, sülhməramlılar Rusiya QHT-lərinin göndərdiyi 2 ton tibbi yardımı paylayıblar.
“Həm də sakinlərə ərzaq dəstləri, gündəlik ehtiyaclar, isti paltar və uşaq oyuncaqları verilib. Ümumilikdə, humanitar aksiya zamanı dörd tondan çox yük paylanıb”, - məlumatda bildirilib.