Lənkəran rayon A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbin müəllimi Aynur Məmmədovanın “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsi” çərçivəsində (fərdi müəllim kimi) icra etmiş olduğu “Rəqəmsal Pionerlər: Sabahin texnoloji liderləri” layihəsi uğurla yekunlaşmışdır.
Əsas məqsədi məktəbli şagirdlər arasında rəqabət şərtləri əsasında kompüter dəstəkli dizayn proqramlarını tədris etmək yoluyla gənclər arasında yeni exonologiyanın dəstəyi ilə yaradıcılığı inkişaf etdirmək və müasir rəqəmsal dünyanın tələblərinə uyğun gənc mütəxəssislərin yetişməsinə imkanlar yaratmaqdır.
Layihə çərçivəsində Lənkəran şəhərinin 2 orta məktəbinin hər birindən 15 nəfər, ümumilikdə 30 şagird rəqabət şərtləri əsasında seçilərək 2 ay müddətində kompüter dəstəkli dizayn proqramlarında iştirak etmiş və bu sahədə mühüm bacarıqlar qazanmışlar. Layihə əsasən gənclərin texnologiya və yaradıcılığını inkişaf etdirməklə, onların gələcəkdə bu sahədə işlə təmin olunma potensialını artırmağa yönəlmişdir. Belə ki, layihə çərçivəsində şagirdlər PowerPoint, Photoshop və CorelDraw
kimi tanınmış, təqdimat, dizayn və qrafika proqramlarını mənimsəmiş, kompüter dizaynı bacarıqlarını təkmilləşdirmiş və yaradıcılıqlarını inkişaf etdirmək imkanı qzanmışlar. Təlimlər nəticəsində şagirdlər həmçinin effektiv məqsəd qoyma və vaxtın idarə edilməsi vərdişlərinə də yiyələnmişlər.
İki aylıq təlim proqramının sonunda hər iki məktəbin şagirdləri arasında dostluq müsabiqəsi keçirilmiş, onlar rəqabətli və əyləncəli mühitdə öyrəndiklərini tətbiq etmək imkanı qazanmışlar.
Müsabiqədə qaliblər performanslarına görə mükafatlandırılmış, bütün iştirakçılara sertifikatlar təqdim edilmişdir.
Layihə şagirdlərin İKT və Kompüter dizayn proqramları sahəsində mütəxəssislərlə əlaqələrinin qurulmasına şərait yaratmış, onların kompüter dizaynı sahəsində təcrübə və ya iş imkanlarını artırmışdır. Dostluq müsabiqəsi iştirakçılar arasında əməkdaşlıq və komanda işi ruhunu gücləndirmiş, onların şəxsi inkişafına töhfə verə bilmişdir.
Düşünürük ki, "Rəqəmsal Pionerlər: Sabahin texnoloji liderləri" layihəsinin uğuru kompüter dizaynı təhsilinin əhəmiyyəti haqqında məlumatlılığın artmasına və daha çox məktəb şagirdinin oxşar layihələrə qoşulmasına təkan verə bilər.
Məmmədova Aynur
Lənkəran rayon A.Məhərrəmov adına 7 nömrəli tam
orta məktəbinin direktoru,
“Rəqəmsal Pionerlər: Sabahın Texnoloji Liderləri”
layihəsinin rəhbəri