USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

“Sipark İnşaat”da ölüm işi necə ört-basdır edilib? – Şok təfərrüat

Araşdırma

5-03-2020, 14:31

“Sipark İnşaat”da ölüm işi necə ört-basdır edilib? – Şok təfərrüat"Sipark İnşaat” tikinti şirkəti Bakının Təbriz küçəsində pilot layihə olan bina inşasını acı bağırsaq kimi uzadır.

Şirkət kirayələrə köçürdüyü sakinlərə verdiyi vədi tutmur və onların yeni evlərlə təmin edilməsi yubanır.

foto.info.az bildirir ki, reportyor.info-nun verdiyi xəbərə görə, sakinlərin şikayətləri bir neçə dəfə ictimailəşsə də, əvvəlki adı "Evrostoy – S” MMC olan "Sipark İnşaat” onları müxtəlif bəhanələrlə yola verməkdədir.

Ən dəhşətlisi isə şirkətin tikintidə yıxılıb ölən fəhlənin işinin ört-basdır etməsidir. Bu faktı Reaksiya.TV-nin efirində jurnalist Zaur Qəriboğlu səsləndirib.

Onun sözlərinə görə, Ələsgər Əlizadə və Asif Həsənovun Nərimanov rayonunda evləri uçurulub. Onlar çöllərdə qalıblar. Şikayətçi olduqları "Sipark” ittihamlarla bağlı cavab haqqı istəyib.

Şirkət rəsmisi efirdə "Sipark”ı müdafiə edib. Lakin bundan sonra yeni faktlar üzə çıxıb. Onlardan biri də tikintidə fəhlənin düşüb ölməsi və hadisənin ört-basdır edilməsidir. İndiyə qədər məsələ gizli saxlanır.

Nə rəsmi açıqlama verilib, nə ölən fəhlənin kimliyi qeyd olunub. Şirkət Reaksiya.Tv efirində səslənən bu məlumatla bağlı hələ də susur.

Ümumiyyətlə, bu minvalla neçə ildir ki, bir binanın tikintisi ərsəyə gəlmir. Şəhərdə "Sipark İnşaat”dan gec pilot layihələr başladan digər firmalar artıq işlərini başa vurmaqdadırlar.

Həmin şirkətlərin adlarını çəkməsək də, Bakıxanov qəsəbəsində və Şərifzadə prospektində tikilən pilot layihələrin hansı sürətlə inşa edilib hazır olduğu göz qabağındadır.

"Sipark İnşaat” isə sakinləri agah etmir ki, hansı problemlər, sıxıntılar meydana gəlib, nə kimi maliyyə çətinlikləri var, bu dərəcədə həddindən artıq gecikmənin səbəbi nədən ibarətdir.

Ümumiyyətlə, "Sipark İnşaat”ın Bakının başqa ərazilərindəki tikinti layihələri ya yarımçıq dayanıb, ya çox ləng gedir, ya da şirkət heç bir yeni proyekt reallaşdırmır.

Belə çıxır ki, ya ciddi böhran içindədirlər, ya rəhbərlik səviyyəsində bilinməyən gizli məsələlər dövran edir, ya da vətəndaşlar açıq şəkildə aldadılırlar. Onların müraciətlərinə də hər dəfə belə izah verilir ki, iş gedir, tezliklə hazır olacaq. Fəqət, neçə ildir bir binanın ortaya çıxara bilmirlər.

Təsadüfi deyil ki, bu yaxınlarda AMEA ilə "Evrostroy-S” MMC arasında bağlanmış podrat müqaviləsinə və inşaat pasportuna əsasən görülən bir layihənin fırıldağı üzə çıxmışdı.

AMEA-nın keçmiş rəhbərliyi – Akif Əlizadə, mənzil bölgü komissiyasının sədri İbrahim Quliyev, AMEA-nın işlər idarəsinin müdiri, Mənzil bölgü komissiyasının sədr müavini Fətəli Abdullayev, AMEA-nın işlər idarəsinin müdir müavini, Mənzil bölgü komissiyasının katibi Sərdar Əliyev və komissiyanın digər üzvləri, "Evrostroy – S MMC” şirkətinin rəhbəri Seymur İsayev ilə gizli şəkildə sövdələşərək mənzilləri AMEA-ya dəxli olmayanlara satıblar.

"Evrostroy-S” MMC izi itirmək üçün şirkətin adını "Sipark inşaat” adlandırılıb. Bu şirkətin adı bir çox qalmaqallı hadisələrdə tez-tez hallanır.

Göründüyü kimi, təkcə Təbriz küçəsində 54 ailəni yox, AMEA işçilərini də aldadıblar. Bu azmış kimi, TV-yə belə kələk gəliblər. Bu haqda az sonra…

Ümumiyyətlə, son illər "Sipark” tikinti şirkətinin və onun rəhbəri Seymur İsayevin adı müxtəlif qalmaqallarda çəkilir.

Əsasən Akif Çovdarovun adamı kimi tanınan Seymur İsayev bu dəfə televiziyaları, prodakşları aldatmaqla yeniliyə "imza” atıb. "Sipark” şirkəti ilə "Baku Art Lab” şirkəti arasında anlaşma olur.

Bu anlaşmaya əsasən "Sipark” şirkətinin Azad Azərbaycan Televiziyasında (ATV) reklamı getməli idi. İlkin razılaşma olur və reklam 9 həftə davam edir.

Bu barədə məlumatı "Baku Art Lab” şirkətinin rəhbəri də təsdiq edib. Onun sözlərinə görə razılaşma olunduqdan sonra müqaviləni imzalanması üçün müraciət olunub:

"Biz müqavilə üçün müraciət etdik, dəfələrlə "Sipark” şirkətinin əməkdaşları heç bir problemin olmadığını, sadəcə zaman baxımından rəhbərliyin başı qarışıq olduğunu deyirdilər. Reklamın keyfiyyəti, təsiri, təsviri və digərə texniki elementləri ilə bağlı isə heç nə demirdilər.

Sadəcə mütəmadi olaraq hər şey yaxşıdır, əməkdaşlığa davam edirik, müqaviləni də rəhbərliyin başı açılan kimi həll edəcəyik deyirdilər.

Proses bu formada 9 həftə davam etdi. Ondan sonra mən 14000 azn və 1750 azn, bütövlükdə 15750 manat vəsait ödənilməli olduğunu dedim.

Bu zaman oranın əməkdaşları başqa söhbətlər eləməyə başladılar. Müqavilə yoxdur, reklam xoşumuza gəlmədi falan dedilər.

Məhz bundan sonra reklamı televiziyadan mən çıxardım. Biz birinci dəfə idi ki, bu formada biabırçılıqla rastlaşırdıq. Əvvəla əgər razı deyildinsə niyə müqavilənin imzalanmasını uzadırdın?”

Xatıradaq ki, şirkətin rəhbəri Seymur İsayev o şəxsir ki şəriki Rafael Qarayevi özündən uzaqlaşdırmaq üçün onu o vaxtkı Milli Təhlükəsizlik Nazirliyinə apardıb. General Akif Çovdarovla əlaqələrə malik olmuş Seymur İsayev şərikindən ayrılmağa bəhanə gəzirmiş.

MTN generalına etdiyi xahişlə R.Qarayevi esktremist vəhhabi ittihamı ilə nazirliyə çağırıb sorğu-sual edib, dindirib, təzyiq göstəriblər. Bu barədə mətbuatdayazılıb.

İndi isə Təbriz küçəsinin sakinləri və AMEA-nın mənzil fırıldağı qurbanları əllərini üzüb oturublar, bəlkə dövlət baba işə qarışa… //teref.az//

Paylaş:
Digər xəbərlər

Araşdırma

4-03-2020, 18:15

Deputatın qardaşı oğlunu necə ŞANTAJ EDİRLƏR... - İLGİNC FAKTLAR

Siyasət

4-03-2020, 17:11

DTX-nın həbs etdiyi keçmiş icra başçısından xəbər var - Şirkəti üzə çıxdı...

Araşdırma

4-03-2020, 16:53

Cavid Qurbanovun nüfuzu fəhlənin haqqından üstündür? - Narazılar QSC sədrinə inanmır...

Bölgə

3-03-2020, 12:39

Beyləqanda SARAYDAXİLİ ÇƏKİŞMƏ... - İDDİA

Video

2-03-2020, 11:16

İş adamları ilə başçı arasında qalmaqal... - "Bizə borclu olduğu halda..."

Bölgə

29-02-2020, 08:52

İsmayıllıda məktəblinin intiharı ilə bağlı YENİ FAKTLAR - TƏFƏRRÜAT

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma / Video

27-02-2020, 11:45

"Evimi söküb pulunu vermirlər" — İcra başçısına ŞOK İTTİHAM (VİDEO)

Müsahibə

22-02-2020, 18:50

Xırdalanda yeni bina tikintisi narazılıq yaradır - VİDEOREPORTAJ

Video

21-02-2020, 09:22

“İrşad”dan aldığı telefon xarab çıxdı, şirkət dəyişmədi - Video

Son xəbərlər
  • Dün, 20:46
    Goranboyda iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
  • Dün, 20:43
    İlham Əliyev beynəlxalq maliyyə qurumlarının nümayəndələrini qəbul edib
  • Dün, 20:42
    Bakıda partlayışda ölənlərin sayı artdı
  • Dün, 14:13
    “AzerGold” QSC turizm blogerləri üçün Daşkəsən rayonuna və ÇİRES-ə infotur təşkil edib
  • 8-07-2026, 00:43
    Tramp: Türkiyəyə qarşı bütün sanksiyaları qaldırırıq
  • 7-07-2026, 01:11
    Ukrayna dronları Omsk neft emalı zavodunu vurdu
  • 7-07-2026, 01:09
    HƏMAS komandiri öldürüldü
  • 6-07-2026, 12:51
    “AzerGold”un 25-ci sikkə kolleksiyası dövlət şirkətinin 10 illik fəaliyyətinə həsr edilib
  • 6-07-2026, 01:00
    Yaponiya və Cənubi Koreya vətəndaşları Azərbaycana vizasız səfər edə biləcəklər
  • 5-07-2026, 17:33
    Ukrayna Rusiyanın üç raketini və 112 pilotsuz aparatını zərərsizləşdirib
  • 5-07-2026, 17:31
    Makron Suriyaya səfər edəcək
  • 5-07-2026, 17:28
    Ağdamda ata və iki övladı su anbarında batıb
  • 5-07-2026, 14:29
    “AzerGold” QSC-nin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
  • 5-07-2026, 14:07
    Merts koalisiyası Almaniyada böyük islahat paketi açıqladı
  • 5-07-2026, 12:08
    Müctəba Xamenei atasının dəfn mərasimində iştirak etməyəcək
  • 29-06-2026, 00:49
    Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
  • 28-06-2026, 23:49
    Polşa XİN rəhbəri Rusiyanın NATO ölkəsinə qarşı təxribat hazırlaya biləcəyini dedi
  • 28-06-2026, 23:47
    ABŞ və İran arasında nüvə danışıqları davam edir
  • 28-06-2026, 23:45
    DÇ-2026-da pley-off mərhələsi başlayır
  • 28-06-2026, 23:40
    İsrail hökuməti erməni soyqırımını tanıdı
  • 28-06-2026, 23:37
    İtaliyadan Türkiyəyə qanunsuz göndərilən minlərlə ton tekstil tullantısı aşkarlandı
  • 28-06-2026, 14:45
    Medvedev Ermənistana xəbərdarlıq etdi
  • 28-06-2026, 14:43
    Bakıda 37 yaşlı kişi bıçaqlandı
  • 28-06-2026, 14:40
    Luka Modriç dünya çempionatları tarixinə düşdü
  • 28-06-2026, 14:38
    Türkiyədə kibercinayətkarlığa qarşı əməliyyat: 409 nəfər saxlanılıb
  • 28-06-2026, 14:36
    Ukrayna MiQ-29 qırıcısını itirdi
  • 28-06-2026, 14:34
    Fransada isti hava səbəbindən ölüm halları artdı
  • 28-06-2026, 14:29
    Almaniyada AfD ətrafında mübahisələr yenidən güclənib
  • 28-06-2026, 01:54
    Rusiya Qərbi “böyük müharibəyə hazırlaşmaqda” ittiham etdi
  • 28-06-2026, 01:07
    Almaniyada AfD ətrafında mübahisələr yenidən gücləndi
  • 28-06-2026, 01:05
    SBU Rusiyada neft stansiyasına zərbə endirdiyini açıqladı
  • 28-06-2026, 01:01
    Rusiya Belarusdan aviasiya yanacağı idxalını kəskin artırdı
  • 28-06-2026, 00:59
    Baltik ölkələri Aİ-ni Rusiya neftinə qadağanı sürətləndirməyə çağırdı
  • 28-06-2026, 00:55
    Vucic istefa verəcəyini açıqladı
  • 28-06-2026, 00:47
    Polşa və Ukrayna arasında yeni gərginlik
Daha çox
Çox oxunanlar
5-07-2026, 17:31
Makron Suriyaya səfər edəcək
7-07-2026, 01:09
HƏMAS komandiri öldürüldü
7-07-2026, 01:11
Ukrayna dronları Omsk neft emalı zavodunu vurdu
5-07-2026, 14:29
“AzerGold” QSC-nin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
6-07-2026, 01:00
Yaponiya və Cənubi Koreya vətəndaşları Azərbaycana vizasız səfər edə biləcəklər
5-07-2026, 12:08
Müctəba Xamenei atasının dəfn mərasimində iştirak etməyəcək
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
ABŞ və İran arasında nüvə danışıqları davam edir
İsrail hökuməti erməni soyqırımını tanıdı
Almaniyada AfD ətrafında mübahisələr yenidən güclənib
Avropada rekord isti: Almaniyada temperatur 41 dərəcəni keçdi
Şuranın “Youth Innovating Democracy” tədbiri Strasburqda keçiriləcək

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə