USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

İş adamları ilə başçı arasında qalmaqal... - "Bizə borclu olduğu halda..."

Video

2-03-2020, 11:16

İş adamları ilə başçı arasında qalmaqal... - "Bizə borclu olduğu halda..."Xəbər verdiyimiz kimi, xeyli müddətdir bir qrup iş adamı ilə Sumqayıtın icra başçısı Zakir Fərəcov arasında pul üstündə qalmaqal yaşanır. Qalmaqala səbəb isə Sumqayıt Bulvarı və şəhərin girişinin təmirini həyata keçirmiş şirkət və iş adamlarının 3 ildir 8 milyon manat pullarının verilməməsidir. Məsələ ilə bağlı edilən şikayətlərə və etirazlara rəğmən, icra başçısı heç bir şəkildə pulu qaytarmaq istəmir.

JAMAZ.İNFO bildirir ki, 2016-cı ildə başa çatan işin pulunun indiyə qədər ödənilməməsi ilə bağlı sahibkarlar məhkəməyə üz tutublar. 400 nəfərə yaxın şəxs pullarını geri almaq məqsədi ilə hüquqi müstəvidə mübarizə aparacaqlarını bəyan ediblər. Lakin Zakir Fərəcov bəyan edib ki, onun heç kimə borcu yoxdur və görülən işlərə görə, bütün pullar iş icraçısına ödənilib. Üstəlik, icra başçısı sahibkarları yalançılıqda da ittiham edib.

Məsələ ilə bağlı JAMAZ.İNFO-ya müraciət edən iş adamları Fərəcovun iddialarına aydınlıq gətiriblər. Onlar icra başçısının yalan danışdığını deyiblər. “Zakir Fərəcov 8 milyon manatı geri qaytarmamaq üçün bütün imkanlardan istifadə edir. İndi də yaşlı vaxtında yalan danışmağa başlayıb. O iddia edir ki, guya, pulumuzu ödəyib. Əgər ödəyibsə, kimə, hara və hansı hesaba köçürüb pulları? Bircə sənəd ortaya qoysun və bizdə deyək, düzdür. Axı, bu adam yalan danışmaqla hara qədər getmək istəyir? Əgər bizə pul ödənilmişdisə, o zaman niyə gecə-gündüz Zakir Fərəcovun və ya Prezident Aparatının məsul şəxslərinin qəbulunda otururduq? Məgər biz dəliyik, ağlımızı itirmişik ki, aldığımız pulu bir dəfə də istəyək? Sizcə, biz Prezident Admnistrasiyasını aldada bilərik? Bunun hansı hüquqi nəticələr verəcəyini bilə-bilə, dəliyik ki, şikayətçi düşək və ya yalan danışaq?”

İş adamları deyir ki, məsələ ilə bağlı dəfələrlə Zakir Fərəcovun qəbulunda olublar. Eyni zamanda, Prezident Admnistrasiyasında da məsul şəxslərlə görüşüblər. “Biz heç bir yerdə dəlilsiz, sübutsuz, sənədsiz danışmamışıq. Hər yerdə bu işə aid bütün sənədləri təqdim etmişik. Xahiş etmişik ki, sənədləri araşdırıb, bizim haqqımızı almağa köməklik etsinlər. Məhkəməyə də bütün sübutları təqdim etmişik. Sona qədər mübarizəmizi aparıb, 400-dən artıq insanın haqqını geri qaytarılmasına çalışacağıq”.

Sahibkarlar Zakir Fərəcovun həqiqəti gizlətdiyini, pulu ödəməmək üçün müxtəlif bəhanələr gətirdiyini, mətbuata özünü qorumaq üçün yalan məlumatlar verdiyini də söyləyiblər. “Necə olur ki, pulu ödəyən adam bizi qəbul edir və deyir ki, “həmin məbləğin 30 faizini mənə keçin”? Necə olur ki, “sizə pulu ödəməyi Adil Xudadatova tapşırmışam. Yavaş-yavaş verəcək” deyir? Necə olur ki, “bir az sakitləşin, mənə möhlət verin, pulunuzu qaytaracam” deyir? Bunları bizə dediyi halda, hansı haqla mətbuata açıqlama verib, bizi “şanatjçı”, “yalançı”, “böhtançı” kimi təqdim edir? Onu bu sözlərinə görə də, məhkəməyə verəcəyik. Öncəliklə ilkin məhkəmə prosesini başa vurub, daha sonra bu addımı atacağıq”.

Sahibkarlar onu da deyiblər ki, Zakir Fərəcov təkcə, onların deyil, başqa bir şirkətin də pulunu verməkdən imtina edir. “Bu elə bir adamdır ki, pulu verməmək üçün əlindən nə gəlirsə edir. Bizə borclu olduğu halda, Sumqayıtda daha bir şirkətə iş gördürüb, onların da 870 min manatını verməyib. Həmin şirkət də xeyli müddətdir pulunu geri almaq üçün Fərəcovdan tələb edir. İndi belə bir adam durub başlayır yalan danışmağa ki, guya aydan arı, sudan durudur. Hələ bilinən bizlərik. Bilinməyən neçə nəfərdir, məlum deyil”.

Onlar sonra vurğulayıblar ki, Zakir Fərəcovdan öz haqlarını almayana qədər sakit dayanmayacaqlar. “Biz hüquqi müstəvidə bütün addımları atacağıq. Zakir Fərəcov bizim pulumuzu qaytarmalıdır. Başqa yolu yoxdur. Qanunun icazə verdiyi bütün imkanlardan istifadə edəcəyik. Yaxın günlərdə Prezident Admnistrasiyasına gedib, dərdimizi bir daha çatdıracağıq. Zakir Fərəcov heç olmasa, Nizaməddin Quliyev, Qoca Səmədov və İsmayıl Vəliyevin başına gələnlərdən örnək götürsün. Onların aqibətini yaşamaması üçün hələ ki, şansı var. Biz əminik ki, Prezident İlham Əliyev bizə dəstək olub, Zakir Fərəcovdan haqqımızı almağa kömək edəcək və onu cəzalandıracaq. Ona görə də, Cənab Prezidentə üzümüzü tutub xahiş edirik ki, bizə kömək etsin”.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Paylaş:
Digər xəbərlər

Sosial

2-03-2020, 11:48

Qarabağ əlili çarəsiz durumda... - GİLEY

Araşdırma

29-02-2020, 14:49

Həbs edilən icra başçısı hind və Qarabağ atları saxlayırmış - İLGİNC

Siyasət

28-02-2020, 16:19

Deputatın adı QALMAQALDA HALLANIR - İşin içində əcnəbi vətəndaş var...

Bölgə

27-02-2020, 16:00

Astara xəstəxanasında qalmaqal: İrandan gələnlər bir gündür gözlədilir - VİDEO

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma / Video

27-02-2020, 11:45

"Evimi söküb pulunu vermirlər" — İcra başçısına ŞOK İTTİHAM (VİDEO)

Siyasət

24-02-2020, 15:00

20-yə yaxın icra başçısı yola salınacaq – Həbslər, istefalar...

İqtisadiyyat

24-02-2020, 11:00

"AzerGold” 3 il ərzində satdığı qızılın və gümüşün həcmini açıqladı

Araşdırma

21-02-2020, 14:13

Məmurların toxunulmazlıq mifi dağıldı...

Bölgə

21-02-2020, 09:24

Neftçalada daha iki yüksək vəzifəli şəxs tutuldu

Son xəbərlər
  • Dün, 20:46
    Goranboyda iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
  • Dün, 20:43
    İlham Əliyev beynəlxalq maliyyə qurumlarının nümayəndələrini qəbul edib
  • Dün, 20:42
    Bakıda partlayışda ölənlərin sayı artdı
  • Dün, 14:13
    “AzerGold” QSC turizm blogerləri üçün Daşkəsən rayonuna və ÇİRES-ə infotur təşkil edib
  • 8-07-2026, 00:43
    Tramp: Türkiyəyə qarşı bütün sanksiyaları qaldırırıq
  • 7-07-2026, 01:11
    Ukrayna dronları Omsk neft emalı zavodunu vurdu
  • 7-07-2026, 01:09
    HƏMAS komandiri öldürüldü
  • 6-07-2026, 12:51
    “AzerGold”un 25-ci sikkə kolleksiyası dövlət şirkətinin 10 illik fəaliyyətinə həsr edilib
  • 6-07-2026, 01:00
    Yaponiya və Cənubi Koreya vətəndaşları Azərbaycana vizasız səfər edə biləcəklər
  • 5-07-2026, 17:33
    Ukrayna Rusiyanın üç raketini və 112 pilotsuz aparatını zərərsizləşdirib
  • 5-07-2026, 17:31
    Makron Suriyaya səfər edəcək
  • 5-07-2026, 17:28
    Ağdamda ata və iki övladı su anbarında batıb
  • 5-07-2026, 14:29
    “AzerGold” QSC-nin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
  • 5-07-2026, 14:07
    Merts koalisiyası Almaniyada böyük islahat paketi açıqladı
  • 5-07-2026, 12:08
    Müctəba Xamenei atasının dəfn mərasimində iştirak etməyəcək
  • 29-06-2026, 00:49
    Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
  • 28-06-2026, 23:49
    Polşa XİN rəhbəri Rusiyanın NATO ölkəsinə qarşı təxribat hazırlaya biləcəyini dedi
  • 28-06-2026, 23:47
    ABŞ və İran arasında nüvə danışıqları davam edir
  • 28-06-2026, 23:45
    DÇ-2026-da pley-off mərhələsi başlayır
  • 28-06-2026, 23:40
    İsrail hökuməti erməni soyqırımını tanıdı
  • 28-06-2026, 23:37
    İtaliyadan Türkiyəyə qanunsuz göndərilən minlərlə ton tekstil tullantısı aşkarlandı
  • 28-06-2026, 14:45
    Medvedev Ermənistana xəbərdarlıq etdi
  • 28-06-2026, 14:43
    Bakıda 37 yaşlı kişi bıçaqlandı
  • 28-06-2026, 14:40
    Luka Modriç dünya çempionatları tarixinə düşdü
  • 28-06-2026, 14:38
    Türkiyədə kibercinayətkarlığa qarşı əməliyyat: 409 nəfər saxlanılıb
  • 28-06-2026, 14:36
    Ukrayna MiQ-29 qırıcısını itirdi
  • 28-06-2026, 14:34
    Fransada isti hava səbəbindən ölüm halları artdı
  • 28-06-2026, 14:29
    Almaniyada AfD ətrafında mübahisələr yenidən güclənib
  • 28-06-2026, 01:54
    Rusiya Qərbi “böyük müharibəyə hazırlaşmaqda” ittiham etdi
  • 28-06-2026, 01:07
    Almaniyada AfD ətrafında mübahisələr yenidən gücləndi
  • 28-06-2026, 01:05
    SBU Rusiyada neft stansiyasına zərbə endirdiyini açıqladı
  • 28-06-2026, 01:01
    Rusiya Belarusdan aviasiya yanacağı idxalını kəskin artırdı
  • 28-06-2026, 00:59
    Baltik ölkələri Aİ-ni Rusiya neftinə qadağanı sürətləndirməyə çağırdı
  • 28-06-2026, 00:55
    Vucic istefa verəcəyini açıqladı
  • 28-06-2026, 00:47
    Polşa və Ukrayna arasında yeni gərginlik
Daha çox
Çox oxunanlar
5-07-2026, 17:31
Makron Suriyaya səfər edəcək
7-07-2026, 01:09
HƏMAS komandiri öldürüldü
7-07-2026, 01:11
Ukrayna dronları Omsk neft emalı zavodunu vurdu
5-07-2026, 14:29
“AzerGold” QSC-nin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
6-07-2026, 01:00
Yaponiya və Cənubi Koreya vətəndaşları Azərbaycana vizasız səfər edə biləcəklər
5-07-2026, 12:08
Müctəba Xamenei atasının dəfn mərasimində iştirak etməyəcək
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
ABŞ və İran arasında nüvə danışıqları davam edir
İsrail hökuməti erməni soyqırımını tanıdı
Almaniyada AfD ətrafında mübahisələr yenidən güclənib
Avropada rekord isti: Almaniyada temperatur 41 dərəcəni keçdi
Şuranın “Youth Innovating Democracy” tədbiri Strasburqda keçiriləcək

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə