USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Yaxın vaxtlarda Rusiya Myanmaya bir neçə Su-30 SM qırıcısını tədarük edəcək.
"Kommersant" qəzeti xəbər verir ki, bu barədə Myanma hərbi hökumətinin informasiya nazirinin müavini Zo Min Tun bildirib.
O vurğulayıb ki, baş nazir Min Aunq Hlein İrkutska son səfəri zamanı təyyarələrin istehsalı və sınaqdan keçirilməsinə baxış keçirib.
"Onların hamısı yaxın gələcəkdə təhvil veriləcək", - deyə nazir müavini vurğulayıb.
Qeyd edək ki, Myanmaya qırıcılar 2018-ci ildə imzalanmış, təqribən 204 milyon dollar dəyərində olan müqavilə əsasında tədarük edilir. İlk iki təyyarə bu ilin martında təhvil verilib, qalan dörd təyyarə isə yaxın vaxtlarda tədarük ediləcək.