USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Rusiya hava hücumundan müdafiə sistemləri bu gecə Bryansk, Moskva və Belqorod vilayətləri üzərində Ukraynanın 5 pilotsuz uçuş aparatını (PUA) vurub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Rusiya Federasiyası ərazisindəki hədəflərə qarşı təyyarə tipli PUA-lardan istifadə etməklə silsilə hücumların qarşısı alınıb”, - deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, üç pilotsuz uçuş aparatı Bryansk vilayəti üzərində, digərləri isə Moskva və Belqorod vilayətləri üzərində vurulub.