USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Ötən gün Dmanisidə baş vermiş insidentlə bağlı axtarış-əməliyyat və istintaq tədbirləri davam etdirilir”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze jurnalistlərə açıqlamasında deyib.
O, istintaqın zorakılıq maddəsi üzrə aparıldığını bildirib: “Hadisədə iştirak edən şəxslər müəyyən ediləcək və barələrində müvafiq tədbirlər görüləcək”.
Nazir müavini insidentin bütün detallarının istintaq zamanı müəyyən ediləcəyini vurğulayıb.
Xatırladaq ki, mayın 16-da Dmanisidə azərbaycanlıya məxsus marketə svan əsilli gürcülər taxta və dəmir dəyənəklərlə hücum edərək obyektdə dağıntılar törədiblər və bir neçə nəfərə ağır xəsarətlər yetiriblər.