USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son bir həftə ərzində dünyada yeni koronavirusa yoluxma nisbətinin 12 % azaldığını bildirib.
Publika.az xəbər verir ki, TASS bu barədə təşkilatın bülleteninə istinadla məlumat yayır.
“Yeni xəstəlik və ölüm hallarının sayı azalmağa davam etdi: 7-13 iyun ərzində 2,6 milyondan çox yoluxma və 73 mindən çox ölüm barədə xəbərlər gəlib ki, bu da əvvəlki həftə ilə müqaisədə müvafiq olaraq 12 % və 2 % azalma deməkdir”.
Yeddi gündə dünyada 2 655 782 yeni yoluxma və 72 528 ölüm qeydə alınıb. 13 İyuna qədər ümumilikdə 175 333 154 yoluxma və 3 811 561 ölüm baş verib.