USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Azərbaycan ABŞ danışıqlarının şifrələri. Fuad Qəhrəmanlının baxış bucağı

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

18-05-2024, 13:00

Azərbaycan ABŞ danışıqlarının şifrələri. Fuad Qəhrəmanlının baxış bucağı

Azərbaycan nə təklif edir, Qərb nəyə razılıq verir ?

AXCP-siz görüs nə deməkdir?

Azərbaycanla ABŞ arasında davam edən gərgin münasibətlər fonunda prezident köməkçisi Hikmət Hacıyev Vaşinqtona səfər edib. Onun Dövlət Departamentində keçirdiyi görüşlərin siyahısına baxdıqda görünür ki, bu səfər münasibətlərin bundan sonrakı istiqamətini və xarakterini müəyyənləşdirmək baxımından çox önəmlidir. Dövlət Departamentindəki görüslə bərabər ABŞ prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Çek Salivan kimi mühüm bir şəxslə baş tutan təmas da onu göstərir ki, qarşı tərəf də öz gələcək addımlarını müəyyənləşdirmək üçün bu görüşə xüsusi önəm verib.
.
Belə görünür ki, İlham Əliyevin ritorikasında Qərblə bağlı yer alan sərt ifadələr və ölkə daxilində vətəndaş cəmiyyətinə qarşı həyata keçirilən repressiyalar heç də münasibətləri kəsmək üçün deyilmiş, bu indiki danışıqlarda öz əlini gücləndirmək və geri addım atıb güzəştə gedəndə də bir neçə il əvvəlki status - kvoya dönüş etmək üçün imiş. Xüsusilə ilə də son zamanlar Qərbin insan hüquqları ilə bağlı kəskin tələbləri ilə üzləşən Azərbaycan hakimiyyəti elə bir vəziyyət yaradıb ki, o bir il öncə azadlıqda olan şəxsləri həbsdən buraxarsa, əslində yenə də heç nə dəyişməyəcək və sadəcə əvvəlki vəziyyətə qayıdılmış olacaq . Ancaq bu zaman hakimiyyət bir qrup siyasi məhbusun azad etməyini də böyük bir güzəşt kimi təqdim etmək istəyəcək. Bəziləri elə düşünürdü ki, Azərbaycan hakimiyyəti sanki Qərbə qəzəbli olduğu üçün oradan maliyyələşən media və QHT rəhbərlərini həbs edib, ancaq məsələ təkcə qəzəblə bağlı deyil, əsas məqsəd bu şəxslərin üzərindən bazarlıq etmək və onların azadlığa buraxılmasını qarşı tərəfə "satmaq" müqabilində mövcud təzyiqləri önləmək olub. Əvəzində isə Qərbin diqqətini seçki məsələsindən, sərbəst toplaşmaq azadlığı kimi mühüm, ölkədə siyasi situasiyanı dəyişəcək mövzulardan yayındırıb , sırada duran problemlərin sayını süni surətdə artırmaqla bu məsələlərə növbə gəlib çatana qədər növbəti bir saxta seçki keçirmək planlaşdırılır.

Əgər hakimiyyətin təklif etdiyi yuxarıda qeyd etdiyimiz güzəstləri qəbul edilərsə, o zaman Azərbaycan və Qərb münasibətiləri də öz əvvəlki məcrasına qayıda bilər. Ancaq bu halda ölkədə siyasi vəziyyət yenə də dəyişməmiş olaraq qalacaq. Bu zaman münasibətlərdəki hazırkı böhran həll edilmək əvəzinə ertələnmiş olacaq. Hakimiyyəti üçün ən son və ehtiyat güzəşt variantı geosiyasi seçim məsələsidir. Bu məsələdə Putin də İlham Əliyevin işinə çox yarayır, ən sonuncu variantı kimi rejimin ömrünü uzatmaqdan ötrü ondan imtina etməklə Qərblə geosiyasi bazarlığa getmək kimi bir variant da ehtiyyatda var. Hələlik isə bu məsələ indi təhlükəli bir variant hesab olunur və Bayden seçkilərdə yenidən qalib gələcəyi , Ukraynda Rusiyanın məğlubiyyətinin əlamətləri açıq- aşkar görünəcəyi təqdirdə, o zaman bu variant indiki kimi təhlükəli olmayacaq və xüsusi bir risq olmadan Putini Qərbə qurban vermək mümkün olacaq.

Bu gün isə ABŞ -a geosiyasi baxımdan Ermənistanla sülh məsələsini təqdim edib Qafqazda sülhü təmin etmək və Rusiyadan uzaqlaşıb Qərbə üz tutan Paşinyan hakimiyyətini eskalasiya təhdidindən qorumaq kimi cəlbedici bir təklif masadadır. İlham Əliyevin Berlin səfərində Qərblə bu zəmində geosiyasi kompromis əldə etməyə və beləliklə də insan hüquqları ilə bağlı tələbləri yumşaltmağa çalışsa da, bu alınmadı. Şolts görüsdən sonra təkrar insan haqları ilə bağlı məsələyə dair status paylaşmaqla, əsas tələbin gündəmdən çıxmadığını göstərdi. İndi isə çox şey Hikmət Hacıyevə ABŞ -da hansı cavabın verilməsindən asılı olacaq.

ABŞ -da görür ki, Azərbaycan hakimiyyətinin özünü çox arxayın göstərməsinə baxmayaraq sanksiya məsələsinin gündəmə gəlməsi onu ciddi narahat edir və bunun hansı itkilərə səbəb olacağını tərəflər ikisi də çox gözəl bilirlər. Qərbin arxayın davranışı həm də bu təzyiq mexanizminin gücünə bağlıdır. Hikmət Hacıyevin Vaşinqtona göndərilməsi də, məhz bu sanksiya təhdidlərindən doğan narahatlığın təzahürüdür və bunun adı "gəl danışıb razılığa gələk" təşəbbüsüdür. ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass Hacıyevlə keçrilən görüş haqda yazdığı statusda münasibətlərin normallaşması şərti kimi siyasi məhbusların azadlığını tələb etdiklərini ayrıca qeyd edib .

Ancaq indiki halda Qərbin bəyanat və tələbləri içərisində sərbəst toplaşmaq azadlığı və demokratik seçkilərlə ilə bağlı məsələnin insan hüquqları tələbi fonunda ayrı qeyd edilməsinə ehtiyac var. Çünki ölkədə siyasi açılım ilk növbədə bu məsələlərin həllinə bağlıdır və bunlarsız istənilən kompromis avtoritarizmin ömrünü uzatmağa xidmət edəcək. Ona görə də insan hüquqları məsələsi çərçivəsində bir qrup siyasi məhbusun azadlığı demokratik azadlıqlar üzərindəki sərt qadağaların qalxması demək olmayacaq.

Bu görüş ərəfəsində Prezident Adminstrasiyasının təşəbbüsü ilə siyasi partiyalarla keçirilən görüşdə yalnız AXCP-nin olmaması, onu göstərir ki, hakimiyyət bu tərkib içərsindən seçib parlamentə təyin edəcəyi şəxslər hesabına növbəti seçkini Qərbə əvvəlkindən daha demokratik , müxalifətin olduğu parlament kimi kimi təqdim etməyi planlaşdırır. AXCP onsuz da əvvəlcədən bəyan edib ki, predmeti öncədən razılaşdırılmamış hər hansı görüşdə iştirak etmək niyyətində deyil. Əgər partiyaya belə görüş təklifi olarsa bu zaman ilk növbədə demokratik seçki mühitinin yaradılması, sərbəst toplaşmaq azadlığının təmin edilməsi və siyasi məhbusların azad edilməsi kimi aktual məsələlər ilk növbədə müzakirə olunmalıdır. Bu baxımdan demokratik seçki şərtləri təmin olunmadan istənilən şəxsin saxta yolla parlamentə təyin olunması heç də orada müxalifətin olması anlamına gələ bilməz.Buna görə də kimin deputat olması deyil, seçkinin necə keçirilməsinə görə proses qiymətləndirilməlidir. Və Azərbaycan hakimiyyəti bunu nəzərə almadan gələn il Avropa Şurasının qapısını döyməyə hazırlaşırsa, bu dəfə Qərb Azərbaycan hakimiyyəti tərəfindən özünün növbəti dəfə aldadılmasına icazə verməməlidir ki, saxta vseçkilər demokratiyaya doğru atılmış bir addım kimi təqdim olunub avtoritarizmin ömrü bir müddət də uzadılsın. Biz Vaşinqtonda keçirilən görüşdə ABŞ tərəfindən bu mövqeyin ifadə olunub olunmamasını qarşıdakı aylarda seçkiyə münasibətdə daha aydın müşahidə edəcəyik.
Azərbaycan ABŞ danışıqlarının şifrələri. Fuad Qəhrəmanlının baxış bucağı

Paylaş:
Digər xəbərlər

Siyasət / Sosial

26-02-2024, 10:24

Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət edirlər

Siyasət

30-12-2023, 12:12

Prezidentin köməkçisi: Azərbaycan Ermənistanla sülh müqaviləsi üçün ciddi maneə yoxdur

Siyasət

22-12-2023, 17:39

Azərbaycan və Rusiya XİN başçılarının müavinləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Siyasət / Hadisə

2-05-2023, 22:47

Hikmət Hacıyev NATO baş katibinin köməkçisi ilə görüşüb

Gündəm / Siyasət

14-12-2021, 16:59

İlham Əliyev Brüsseldə

Siyasət

2-12-2021, 12:14

Qarabağa səfər edəndə gözlərimizə inanmadıq - Hacıyev

Siyasət

26-10-2021, 11:36

Regionda təhlükəsizlik düzəni formalaşıb

Siyasət

14-09-2021, 07:42

Hikmət Hacıyev İranın Bakıdakı səfiri ilə görüşüb

Siyasət

18-05-2021, 09:59

İlham Əliyev Co Baydenin müşaviri ilə sərhəd mübahisəsindən danışdı - Rəsmi MƏLUMAT

Siyasət / Bölgə

14-03-2021, 20:48

Hikmət Hacıyev - “Ağdamda qarışıq hisslər keçirirəm”

Hadisə

28-10-2020, 15:53

Bərdədə ölənlərin sayı 20-yə çatıb - Hikmət Hacıyev

Siyasət

5-10-2020, 09:01

“Ermənistan Mingəçevirə raket atıb” - Hikmət Hacıyev

Son xəbərlər
  • Dün, 23:03
    Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub
  • Dün, 23:00
    Şahbaz Şərif: Pakistan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nailiyyətləri ilə fəxr edir
  • Dün, 17:04
    Məleykə Abbaszadə: “Təhsil ətrafında süni maneələr yaradan şəxslərin bu sahədən uzaqlaşması arzuolunandır”
  • Dün, 16:57
    Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
  • 3-02-2026, 19:32
    Sudanlı müharibə reportyoru və haqsız yerə həbs olunan azərbaycanlı jurnalist Free Press Awards 2025 mükafatına layiq görüldü
  • 3-02-2026, 19:13
    Prezidentlər “Sülh Qalxanı-2026” birgə hərbi təlimini izləyiblər
  • 3-02-2026, 11:13
    DADLI ZƏHƏR: AYAQÜSTÜ YEMƏK MƏDƏNİYYƏTİ BİZİ NECƏ YAVAŞ-YAVAŞ ÖLDÜRÜR?
  • 3-02-2026, 02:38
    Qarabağ FK yeni futbolçu aldı
  • 2-02-2026, 15:42
    Azərbaycanla İordaniya arasında yeni saziş təsdiqlənib
  • 2-02-2026, 15:37
    Respublika Hərbi Prokurorunun müavini vəzifəsindən azad edilib
  • 2-02-2026, 13:29
    ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
  • 2-02-2026, 13:22
    Nazir Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirib
  • 2-02-2026, 13:15
    2 Fevral – Azərbaycan Gəncləri Günü
  • 2-02-2026, 11:11
    Dövlət başçısı forum iştirakçılarına müraciət edib
  • 2-02-2026, 02:27
    Xamenei iranlıları qorxmamağa çağırıb
  • 2-02-2026, 02:25
    Cəlilabadda əmisi tərəfindən balta ilə hücum edilən qız ölüb
  • 2-02-2026, 02:04
    Hindistanın Qərargah rəisi Ermənistana səfər edib
  • 2-02-2026, 02:02
    İran ABŞ-la danışıqlar üçün şərt irəli sürüb
  • 2-02-2026, 01:58
    Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
  • 2-02-2026, 01:55
    Ermənistana göndərilən Rusiya taxılı Bakıdan yola salınıb
  • 2-02-2026, 01:47
    Azərbaycan XİN Pakistandakı terror hücumlarını pisləyib
  • 2-02-2026, 01:44
    Qaxda yol qəzası: 77 yaşlı piyada həyatını itirib
  • 2-02-2026, 01:42
    “Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirdi
  • 2-02-2026, 01:24
    Vuçiç: ABŞ-nin 48 saat ərzində İrana zərbə endirməsini gözləyirəm
  • 2-02-2026, 01:22
    İran hökuməti etirazlarda ölənlərin siyahısını dərc edib
  • 1-02-2026, 12:03
    İranda 5,2 bal gücündə zəlzələ qeydə alınıb
  • 1-02-2026, 12:00
    Misir–Qəzza sərhədində “Rəfah” keçid məntəqəsi açılır
  • 1-02-2026, 11:57
    Tramp: “İran hazırda ABŞ ilə danışıqlar aparır”
  • 1-02-2026, 11:50
    İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb
  • 1-02-2026, 11:47
    İlham Əliyev “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planını təsdiqlədi
  • 1-02-2026, 11:45
    AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
  • 1-02-2026, 11:12
    Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
  • 31-01-2026, 15:03
    DYP sürücülərə müraciət etdi
  • 31-01-2026, 14:58
    Sumqayıtda qızıl alqı-satqısı adı ilə soyğunçuluq
  • 31-01-2026, 14:54
    Goranboyda ailə faciəsi: bıçaqlanan qadının vəziyyəti açıqlanıb
Daha çox
Çox oxunanlar
30-01-2026, 17:53
AŞPA-nın qış sessiyası başa çatıb
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 15:45
AŞPA-da Emin Hüseynov transmilli repressiyalarla bağlı məruzə edəcək
29-01-2026, 15:16
PACE Platforması Rus Demokratik Qüvvələri ilə Dialoqa Başlayır
29-01-2026, 20:09
Avropada həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək kampaniyası davam edir
31-01-2026, 01:04
Hikmət Hacıyev: ABŞ-ın İrana mümkün zərbəsi ilə bağlı qeyri-müəyyənlik Azərbaycanda narahatlıq yaradır
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
Dün, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
1-02-2026, 11:45
AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
1-02-2026, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 20:09
Avropada həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək kampaniyası davam edir
29-01-2026, 13:39
Məhkəmə Şəmşad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verib
Sosial
Məleykə Abbaszadə: “Təhsil ətrafında süni maneələr yaradan şəxslərin bu sahədən uzaqlaşması arzuolunandır”
DADLI ZƏHƏR: AYAQÜSTÜ YEMƏK MƏDƏNİYYƏTİ BİZİ NECƏ YAVAŞ-YAVAŞ ÖLDÜRÜR?
ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
2 Fevral – Azərbaycan Gəncləri Günü
Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə