Ukraynanın keçmiş daxili işlər naziri, erməni əsilli Arsen Avakov yenidən Nazirlər Kabinetinə, həm də daha böyük vəzifəyə qayıda bilər.
Musavat.com-a xəbər verir ki, bu barədə hakim Xalqın Xidmətçisi Partiyasından deputat David Araxamiya məlumat verib.
Onun sözlərinə görə, payız ayında siyasi aktivlik artmağa başladıqdan sonra Arsen Avakov prezident komandasına dəvət ediləcək.
“Bu tərəflərin razılaşması ilə sentyabrda baş verəcək. Bizim hökumətdə hələ çox vəzifə var. Buraya baş nazirin 3-4 müavini də daxildir”, - deyə deputat Araxamiya bildirib.
Ukraynalı siyasətçi son qərarın keçmiş nazirə buraxılacağını qeyd edib.
“Bizimki təklif etməkdir, razılıq qərarını isə onun özü verəcək”, - deyə Araxamiya söyləyib.
Xatırladaq ki, Arsen Avakov bu ilin iyul ayının 13-dən Ukrayna daxili işlər naziri vəzifəsindən istefa verib.
O, bu quruma 2014-cü ilin fevral ayından rəhbərlik edirdi.