USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
İsveçin ictimai yayımı SVT xəbər verir ki, Baltik dənizində başqa gəmi ilə toqquşmadan sonra yük gəmisi çevrilib.
"Baltik dənizində Ystad (İsveç) və Bornholm (Danimarka) arasında iki yük gəmisi toqquşub. İki nəfərin suda qalması barədə məlumat var. Hazırda xilasetmə əməliyyatı aparılır", - mesajda deyilir.
Bir gəminin Danimarkada, digərinin Norveçdə qeydiyyata alındığı qeyd edilir.
Gəmidə neçə nəfərin olduğu hələlik məlum deyil. Axtarışlara ona yaxın qayıq və bir neçə helikopter cəlb olunub.