USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Rusiyanın Ukraynanın şərqində sülhməramlı əməliyyat adı altında qoşun yerləşdirməsi axmaqlıqdır. Regionların Moskva tərəfindən tanınması isə müharibəyə bəhanədir.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib.
“Rusiyanın hərəkətlərinin nəticələri Ukraynada, Avropada və bütün dünyada dəhşətli olacaq. Putin Minsk razılaşmalarını parça-parça etdi”, - diplomat bildirib.