İlham Əliyevlə görüşdən qayıtdığı zaman İran ərazisində İran prezidentini daşıyan helikopter qəzaya uğrayıb.
İran prezidenti İbrahim Rəisinin helikopterindəki bütün sərnişinlər həlak olub.
İran Dövlət Televiziyası da bildirib ki, vertolyotun qalıqları tapılıb, heç bir həyat əlaməti görünmür.
Helikopter qəzasında öldüyü dəqiqləşən şəxslər:
• İran prezidenti İbrahim Rəisi
• Xarici işlər naziri Hüseyn Əmir Abdullahian
• Təbrizin imam cüməsi Ayətullah Əli Haşim
• Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti
• Ekipaj üzvləri
Ölənlərin sayının daha çox olduğu bildirilir. Meyitlərin bəzisi yandığı üçün şəxsiyyəti müəyyən etmək mümkün deyil.
İranı müvəqqəti olaraq ölkənin vitse-prezidenti Məhəmməd Muxbar idarə edəcək.