Rüstəm İbrahimbəyovun vəfatından sonra boş olan Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin sədrliyinə namizəd müəyyənləşib.
Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti yeni sədrin seçilməsi məsələsini müzakirə edib və yekdillə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə Xalq artisti Rasim Balayevin namizədliyi irəli sürülüb.
İdarə Heyətinin bütün üzvləri Rasim Balayevin namizədliyini dəstəkləyib. O, seçkidə sədrliyə tək namizəd olub.
Məlumata görə, mayın 12-dək ittifaqın İdarə Heyətinin iclası keçiriləcək və ümumi yığıncağın dəqiq tarixi müəyyənləşəcək. Ümumi yığıncaq isə iyunun 1-nə qədər olacaq. Toplantıda Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçiləcək.