Diqqət!
AXCP-nin MM-in binası qarşısına təyin etdiyi etiraz piketinə icazə verildi!
Bildiyiniz kimi AXCP-nin 30.09.22 tarixində, saat 16.00-da Milli Məclisin binası qarşısında etiraz aksiyası keçirəcəyi ilə bağlı Bakı şəhəri İH-nə xəbərdarlıq məktubu göndərmişdi. Həmin məktuba bu gün cavab verilib və yazılıb ki, Bakı şəhər İH həmin aksiyanı məqsədəuyğun hesab etmir. Bakı İnzibati Məhkəməsi öz qərarı ilə təsdiq edir ki, Bakı şəhəri İH-nin cavab məktubundakı “məqsədəuyğun hesab etmirik” ifadəsi heç bir halda qadağanedici hərəkət sayıla bilməz. Bir az da ətraflı izah edim. Bakı şəhəri İH Milli Şuranın mitinqlə bağlı xəbərdarlıq məktubuna (kütləvi aksiyalarla bağlı bütün məktublara belə cavab verilir) da, eyni cür cavab yazmışdı. DİN də həmin "məqsədəuyğun hesab etmirik" ifadəsindən "qanunsuz aksiya" mənası çıxardaraq, aksiyanın keçirilməsinə imkan verməmişdi. Biz həmin cavabdan məhkəməyə şikayət verdik və 29.06.22 tarixində Bakı İnzibati Məhkəməsinin hakimi Miminat Hacıbəyova qərar çıxardı ki, "məqsədəuyğun hesab etmirik" ifadəsi sadəcə olaraq Bakı ş. İH-nin mövqeyidir və heç bir halda qadağanedici hərəkət sayıla bilməz. Məsələni tam anlada bildimmi, əziz dostlar. Yəni, Bakı şəhəri İH-nin bu gün AXCP-yə göndərdiyi cavab məktubunda həmin aksiyaya "icazə vermirəm" demir. Ona görə də sizləri 30.09.22 tarixində saat 16.00-da Milli Məclisin binası önündə keçiriləcək etiraz aksiyasına çağırıram. Yaşasın demokratiya!!!
Tofiq Yaqublu