USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Siyasi məhbuslara azadlıq tələbi ilə 22 fəal aclıq aksiyasını davam etdirir

Gündəm / Sosial / Hadisə / Araşdırma

14-01-2023, 23:28

Siyasi məhbuslara azadlıq tələbi ilə 22 fəal aclıq aksiyasını davam etdirir

Yanvarın 14-də Tofiq Yaqublu və Bəxtiyar Hacıyevin siyasi məhbuslara azadlıq tələbi ilə başladığı aclıq aksiyasına daha 4 nəfər qoşulub, bir nəfər aclığı dayandırıb.

Aclıq aksiyasını davam etdirən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Əlzamin Salayev Amerikanın Səsinə deyib ki, Müsavat Partiyasının qərargahında bu gün 13 fəal aclığı davam etdirir.

“Bu gün AXCP fəalı Babək Həsənov aclığı dayandırdı. Bununla yanaşı dünən, yanvarın 13-də AXCP fəalları Faiq Nağıyev və Rövşən Səfərov aksiyaya qoşuldu. Bununla yanaşı AXCP-nin Ağdaş təşkilatının daha iki fəalı aksiyaya qoşulub və hazırda Ağdaşda 6 fəal aclıq edir. Beləliklə, hazırda Tofiq Yaqublu, həyat yoldaşı Maya Yaqublu, Bəxtiyar Hacıyev də daxil olmaqla 22 fəal aclıq aksiyası keçirir”, Əlzamin Salayev Amerikanın Səsinə deyib.

Müsavat Partiyasının qərargahında aclıq edənlər yanvarın 14-də həkim müayinəsindən keçib. Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri aksiya iştirakçılarını müayinə edib.

“Bir neçə fəalın səhhətində artıq problemlər yaranıb. Əlzamin Kazımlının qan təzyiqi 180/110-dir, Təvəkkül Həsənovun mədəsində kəskin ağrılar baş qaldırıb, mənim isə qan təzyiqim 145/90-dır. Buna baxmayaraq aclığı tələblərimiz yerinə yetiriləndək davam etdirəcəyik”, o qeyd edib.

Maya Yaqublunun səhhətində də ciddi problemlər yaranıb.

“Anam bu gecə səhərə qədər ağrılar içərisində inildəyib, yata bilmədi. Onun mədəsində, böyrəklərində, baş nahiyyəsində kəskin ağrılar var. Anam aclığı sonadək davam etdirəcəyində inadlıdır”, Tofiq Yaqublunun qızı Nigar Həzi Amerikanın Səsinə deyib.

Tibb elmləri doktoru Adil Qeybulla yanvarın 14-də Əjdər Məlikov adına 6 saylı xəstəxanada Tofiq Yaqubluya baş çəkəndən sonra Amerikanın Səsinə deyib ki, Yaqublu aclığı davam etdirir.

“Bu gün Tofiq Yaqublunu müayinə etdik. Onun nəbzi 90, tan təzyiqi 110/70-dir. Vəziyyəti stabildir, sərbəst danışır, ünsiyyətə girir. Onun döş qəfəsinin rentgen və qarın boşluğunun ultrasəs müayinəsi keçirildi. Müayinələr ciddi problemin olmadığını göstərir. Amma, aclıq aksiyasına uyğun olaraq halsızlığı, zəifliyi var. Xüsusilə yataqdan qalxanda, gəzəndə bu hiss olunur”, o qeyd edib.

Xatırladaq ki, indiyədək rəsmi qurumlar aclıq aksiyası keçirənlərin tələblərinə münasibət bildirməyib.

Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində insan hüquqları fəalı Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb.

Həmin gün Səbail Rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Tofiq Yaqublunu İnizbati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum edib.

Tofiq Yaqublu məhkəmədə çıxışında həbs qərarını siyasi sifariş kimi qiymətləndirib. Yaqublu "Bəxtiyar Hacıyevə azadlıq!" tələbi ilə keçirilən aksiyadan sonra həbs edilən yeganə şəxsdir.

Yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun həbsindən verilən apellyasiya şikayətini təmin etməyib. O, məhkəmədə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində ailə üzvləri ilə görüşə icazə verilməməsinə, sovqatların qəbul edilməməsinə və məhkəmə qərarına etiraz olaraq aclıq elan etdiyini bildirib. Sonra isə xəstəxanaya köçürülüb.

İctimai fəal Bəxtiyar Hacıyevin barəsində ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi 1 ay 20 gün həbs qətimkan tədbiri seçib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Sonra ittiham daha da ağırlaşdırlıb və onu 3 ildədk həbs gözləyir. Amma özü ittihamı qəbul etmir.

Bəxtiyar Hacıyevin həbsi geniş tənqidlərə yol açıb. Müdafiə Xətti hüquq müdafiə təşkilatının təşəbbüsü ilə fəallar dekbarın 23-də Bakının mərkəzində Hacıyevin həbsinə etiraz olaraq aksiya keçirib.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında yenidən aclığa başladığını bildirib. Bundan öncə Hacıyev 14 gün aclıq aksiyası keçirib.

Yanvarın 9-da ABŞ Dövlət Departamentinin mətbuat katibi ​Ned Prays ənənəvi brifinqdə Turan agentliyinin müxbirinin sualına cavabda ABŞ-ın Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun həbsindən dərin narahatlığını ifadə edib.

"Biz hakimiyyət orqanlarını onları tez bir zamanda azad etməyə çağırırıq," o qeyd edib.

Siyasi məhbuslara azadlıq tələbi ilə 22 fəal aclıq aksiyasını davam etdirir

Paylaş:
Digər xəbərlər
Son xəbərlər
  • Dün, 23:43
    Rusiya 11 vətəndaşının azad edilməsini prioritet hesab edir – Zaxarova
  • Dün, 19:14
    Rusiya 11 vətəndaşının azad edilməsini prioritet hesab edir – Zaxarova
  • Dün, 18:33
    “Mediada Yalanlar və Tarixi Parallellər
  • Dün, 18:02
    Qarabağ FK bu gün Newcastle United F.C.ni qəbul edir
  • Dün, 18:00
    “Ayıq sürücü” Land Rover markalı Range Roverdən 11 min manat oğurlayıb
  • Dün, 17:58
    İrəvanda seçki ərəfəsində hərbi parad planlaşdırılır
  • Dün, 17:56
    Başqırdıstanın mədəniyyət naziri saxlanılıb
  • Dün, 17:55
    Qanunsuz saxlanılan 192 mərmi, 11 tüfəng aşkar edilərək götürülüb
  • Dün, 17:54
    Mingəçevirdə şagird məktəbin ikinci mərtəbəsindən yıxılıb
  • Dün, 17:52
    Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi əməkdaşı Xocalı rayonunda minaya düşüb
  • Dün, 17:51
    Borclu şəxs qismində axtarışda olan 143 nəfər saxlanılıb
  • Dün, 17:49
    Göyçayda mübahisə zamanı 36 yaşlı kişi ölüb
  • Dün, 17:47
    Bakıda bərbər müştərisinin təqaüdünü talayıb
  • Dün, 17:44
    Xəzər sahilində suiti cəsədləri tapılıb
  • 17-02-2026, 16:08
    İdrak Liseyində yaralanan müəllim evə buraxılıb
  • 17-02-2026, 16:07
    Naxçıvanda dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb
  • 17-02-2026, 16:05
    Nikol Paşinyan və Anna Akopyan vətəndaş nikahını bitirdi
  • 17-02-2026, 16:03
    Ruben Vardanyan 20 il həbs cəzasına məhkum edildi
  • 17-02-2026, 16:01
    Adil Əliyev-ə töhmət verildi
  • 17-02-2026, 12:03
    “AzerGold” QSC rəqəmsal transformasiya üzrə yeni mərhələyə başlayıb
  • 17-02-2026, 11:23
    Dünyada “ofissiz iş” modeli genişlənir: Azadlıq artır, sosial təminat sual altındadır
  • 17-02-2026, 08:23
    Azərbaycan-Serbiya əlaqələri yüksələn xətt üzrə inkişaf edir
  • 16-02-2026, 21:37
    Sələmçi 23 bıçaq zərbəsi ilə öldürüldü – qanlı hadisənin şahidi danışdı
  • 16-02-2026, 21:35
    AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
  • 16-02-2026, 21:33
    Bərdədə yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib
  • 16-02-2026, 21:31
    TƏBİB-də rəhbər dəyişikliyi: Anar İsrafilov səlahiyyətləri icra edəcək
  • 16-02-2026, 21:31
    Vüqar Qurbanovu vəzifəsindən Müşahidə Şurası azad edib
  • 16-02-2026, 19:59
    Alen Simonyan: “Sonuncu erməni məhbus qayıdanadək danışıqlar dayanmayacaq”
  • 16-02-2026, 14:41
    DSX Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul elan edir
  • 16-02-2026, 12:21
    Bakıda 5 moped və telefon oğurluğunda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
  • 16-02-2026, 12:18
    Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində iki yeni müavin təyin olunub.
  • 16-02-2026, 08:43
    Azərbaycanın xarici siyasətinin növbəti Münhen uğuru
  • 15-02-2026, 15:52
    Almaniyada yenidən bank qarəti
  • 15-02-2026, 15:48
    Almaniya XİN: “Bizə ABŞ-nin məsləhətinə ehtiyacımız yoxdur”
  • 15-02-2026, 15:46
    Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gedib
Daha çox
Çox oxunanlar
16-02-2026, 14:41
DSX Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul elan edir
16-02-2026, 08:43
Azərbaycanın xarici siyasətinin növbəti Münhen uğuru
17-02-2026, 08:23
Azərbaycan-Serbiya əlaqələri yüksələn xətt üzrə inkişaf edir
12-02-2026, 10:37
Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edilib
14-02-2026, 11:04
Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir
16-02-2026, 12:18
Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində iki yeni müavin təyin olunub.
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
Dün, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
1-02-2026, 11:45
AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
1-02-2026, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
Sosial
“Ayıq sürücü” Land Rover markalı Range Roverdən 11 min manat oğurlayıb
Başqırdıstanın mədəniyyət naziri saxlanılıb
Qanunsuz saxlanılan 192 mərmi, 11 tüfəng aşkar edilərək götürülüb
Bakıda bərbər müştərisinin təqaüdünü talayıb
Xəzər sahilində suiti cəsədləri tapılıb
İdrak Liseyində yaralanan müəllim evə buraxılıb

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə