Yanvarın 26-da tələbələr Əli Həsənov (2001-ci idə anadan olub) və Sərxan Həsənov (2002-ci il) Nərimanov rayonu ərazində kirayə qaldıqları evdə dəm qazından zəhərlənərək ölüblər. Fakt üzrə Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Sərxan Həsənov 2020-ci ildə 3-ci qrup üzrə qəbul imtahanlarında birinci yeri tutub və prezident təqaüdü ilə təltif edilib.
Hər il dəm qazından boğularaq ölənlərin xəbərlərini eşidirik.
Bəs bu çarəsiz vətəndaşlar niyə şəriştəsiz hakimiyyətin üzündən dünyalarını dəyişməlidirlər? Bəli məhs səriştəsiz irarə üsulunun qurbanlarına dönən insanlar sosial təminatı aşağı olan vətəndaşlardır. Ölkədə sosial vəziyyət aşağı həddə olmasaydı bu insanlar öz həyatlarını xoşbəxt sürəcəkdirlər.
Heç nazir demirəm, kiçik bir məmurun ailəsindən kimsə həyatını itirən olub? Əlbətdəki yox!
Çünki onlar evlərində rahat şərait qurub. evlərini kombi sistemi ilə qızdırir. Lakin kasıb təbəqə məcburən imkansızlıqdan evlərini kustar üsulu ilə hazırlanmış və təhlükəsizlik qaydalarına cavab verməyən İran istehsalı olan sobaların qurbanına çevrilirlər.
Bütün bu hadisələrə görə ölkə rəhbərliyi məsuliyyət daşıyır