Bəzi dostlar mənə irad tuturlar ki, niyə qardaşımın məhkəmələri ilə bağlı FB-da bir gün öncədən elan yerləşdirirəm, ancaq nəticə ilə bağlı məlumat vermirəm.
Əziz dostlar, nəticəsi bəlli olan bir proseslə bağlı məlumat verib Sizi yormağa nə ehtiyac var ki?!
Qardaşım şərlənərək həbs olunandan sonra vəkillərin şikayəti (vəsatəti) əsasında 33 məhkəmə prosesi təyin olunub, onun 3-ü təxirə salınıb, yerdə qalan 30 məhkəmənin 29-da şikayətimiz təmin olunmayıb, yalnız birində qardaşımın ailə üzvləri ilə görüşünün məhdudlaşdırılması alayarımçıq həll olunub, məhbəs içində məhbəs rejimində, şüşə arxasından görüşürük.
- Bugunədək qardaşımla üzbəüz görüşməyə icazə verilmir!
- Qardaşıma bayırdan kitab verə bilmirik!
- Təcridxananın kitabxanasına buraxılmır!
- Gündə ən azı 2 saatlıq gəzinti hüququ təmin olunmur!
- Qardaşım telefonla vəkillərlə əlaqə saxlaya bilmir!
- Övladları ilə görüntülü danışmağa icazə verilmir!
- Qardaşım güclə hərəkət edir, şəkəri, təzyiqi düşmür, ancaq bununla belə müalicə müəssisəsinə köçürülmür!
- Özlərinin apardıqları yarımçıq analiz və müayinələrin nəticələri saxtalaşdırılır!
- Alternativ həkim müayinəsinə izacə vermirlər!
- Beynəlxlaq Qızıl Xaçın Azərbaycan nümayəndəliyi qardaşıma baş çəkə bilmir!
- Avropa Şurasının Azərbaycan üzrə məruzəçisinin, Avropa Birliyinin Azərbaycan Nümatəndəliyinin, Azərbaycandakı 13 səfirliyin nümayəndələrin qardaşımla görüş tələbi saya sayılmır!
Yenə sayımmı?!
Müstəqil məhkəmə hakimiyyətinin olmadığı bir ölkədə siyahını uzatmağın mənası varmı?!