"Abzas Media"nın cinayət işi üzrə həbs olunmuş jurnalistlərə yaxınları ilə əlaqə saxlamağa icazə verilmir.
Yaxınlarının sözlərinə görə, “Abzas Media”nın təsisçisi Ülvi Həsənli noyabrın 20-dən, yəni həbs olunduğu gündən yaxınları ilə telefonla əlaqə saxlamayıb, ona ailə üzvləri ilə görüşə qadağa qoyulub.
Həmin qadağa eyni cinayət işi üzrə digər həbs olunmuş jurnalistlərə də şamil olunub.
Vəkillərinin sözlərinə görə, qadağanı istintaq orqanı - Bakı Şəhər Bşa Polis İdarəsi qoyub. Məhkəmələr də həmin qadağanı qüvvədə saxlayıb. Lakin, vəkillər bildirir ki, qadağa nə məhkəmələrin qərarlarında, nə də istintaq tərəfindən əsaslandırılmır. Onlar hesab edirlər ki, sözügedən qadağalar əsassızdır və həbs olunan jurnalistlərin hüquqlarının pozulmasıdır.
Azadlıq Qəzeti