Diqqət!
"Kanal13-ün həbsdə olan əməkdaşı Shamo Emininin səhhətində və psixoloji durumunda ciddi problemlər var. Bir neçə dəqiqə əvvəl yoldaşı Dürdanə xanım mənə yazdı, bu gün istintaq təcridxanasında Şamo ilə görüşüb. Mənə yazdıqlarını burda cümlə-cümlə yazıram:
"Axşamınız xeyir, Anar bəy, necəsiniz? Bu gün Şamonun yanına getmişdim. Vəziyəti heç yaxşı deyildi, gözlərinin içi qıp-qırmızı, əlləri də əsirdi. Dedim, nə olub, dedi ki, özümü bıçaqlayıb öldürəcəyəm".
Digər detallara girmirəm. Sadəcə onu qeyd edim ki, Şamonun mədəsində, qara ciyərində ciddi problemləri var. Bir neçə gün əvvəl ağzından naməlum səbəblərdən qan gəlib. Çox narahatdır. Olduqca ciddi psixoloji gərginliyi var. Yetkili qurumladan Şamo Eminovun heç olmasa, bir müddət müalicə müəssisəsinə köçürülməsini təmin etmələrini xahiş edirəm.