USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Yüksəkvəzifəli şəxs tərəfindən Akif Qurbanov işgəncəyə məruz qalacağı ilə hədələnir

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

4-06-2024, 10:22

Yüksəkvəzifəli şəxs tərəfindən  Akif Qurbanov işgəncəyə məruz qalacağı ilə hədələnir
Hazırda həbsdə olan seçki mütəxəssisi Akif Qurbanovun istintaq təcridxanasında hədələndiyi barədə məlumat verilib.

Məlumatı Akif Qurbanovun spiker olduğu III Respublika Platforması yayıb:

"III Respublika Platformasının

B ə y a n a t ı

4 iyun 2024-cü il
(İngilis dilində şərh bölümündə)

Əldə etdiyimiz və dəqiqləşdirilmiş məlumata görə III Respublika Platformasının spikeri Akif Qurbanov ciddi təhdidlərə məruz qalıb. Belə ki, yüksək rütbəli dövlət məmuru Bakı İstintaq Təcridxanasına gələrək Akif Qurbanovu sərt dillə hədələyib. Ondan özünümüdafiə xarakterli çıxışlardan imtina etmək, o cümlədən, çıxışlarında dövlət başçısının adını çəkməmək tələb olunub. Əks təqdirdə ona qarşı pis rəftarın tətbiq ediləcəyi, hətta işgəncəyə məruz qalacagı ilə təhdid edilib.

Eyni zamanda, Toplum TV və Demokratik Təşəbbüslər İnstitutu işi bağlı qanunsuz həbs edilmiş digər şəxsləri Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov şəxsən təhdid edərək bildirib ki, əgər Akif Qurbanov məhkəmə çıxışlarına davam edərsə sizin vəziyyətiniz daha da ağırlaşacaq. Onlara qarşı da rəftarın pisləşəcəyi ilə bağlı sərt hədələr səsləndirib.

III Respublika Platforması bəyan edir ki, hazırda tənqidi mövqedə olan şəxslərə qarşı təhlükə sadəcə onlara qarşı siyasi motivli cinayət işlərinin açılması və bu çərçivədə onların həbsə atılmalarından ibarət deyil. Hətta istintaq təcridxanası və cəzaçəkmə müəssisələrində də siyasi məhbuslar pis rəftar və işgəncəyə məruz qalma təhlükəsi ilə üz-üzədirlər.

Qeyd edirik ki, işgəncəyə məruz qoymaqla hədələmə özü ləyaqəti alçaldan rəftardır və Azərbaycan Respublikasının qoşulduğu və beynəlxalq hüquqi öhdəlik götürdüyü BMT-nin Sivil və Siyasi Hüquqlara dair Beynəlxalq Paktının 7-ci maddəsi, İşgəncəyə, Digər Qəddar, Qeyri-İnsani və Ləyaqəti Alçaldan Rəftara və Cəzaya qarşı Konvensiyası və Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi ilə qorunan hüquqlarının pozuntusudur.

Biz, vəziyyətin bu həddə çatması ilə bağlı həyəcan təbili çalırıq və siyasi məhbusların sağlamlığı, ləyaqəti, hətta həyatı ilə bağlı ciddi təhlükələrin yarandığı indiki şəraitdə Azərbaycan Hökumətindən bu qeyri-insani davranışlara son qoymağı, bütün siyasi məhbusları dərhal azad etməyi tələb edirik.

Həmçinin Azərbaycan Respublikasında yerləşən beynəlxalq təşkilatların heyətlərini və səfirliklərin diplomatik korpusunu Akif Qurbanova və eyni ittihamla həbs edilmiş digər şəxslərə qarşı hökumətin amansız davranışlarının dayandırılması üçün öz mandatları çərçivəsində fəaliyyətə çağırırıq."

Bildirilir ki, yüksək rütbəli dövlət məmuru Bakı İstintaq Təcridxanasına gələrək Akif Qurbanovu sərt dillə hədələyib:

"Ondan özünümüdafiə xarakterli çıxışlardan imtina etmək, o cümlədən, çıxışlarında dövlət başçısının adını çəkməmək tələb olunub. Əks təqdirdə ona qarşı pis rəftarın tətbiq ediləcəyi, hətta işgəncəyə məruz qalacağı ilə təhdid edilib."

Platformanın məlumatında deyilir.

Platformanın yaydığı məlumatda o da qeyd olunur ki, təhdid və hədə yalnız Akif Qurbanova qarşı yox, Toplum TV və Demokratik Təşəbbüslər İnstitutunun saxlanılan digər şəxslərinə qarşı da edilib.

"Həbs edilən digər şəxsləri Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov şəxsən təhdid edərək bildirib ki, əgər Akif Qurbanov məhkəmə çıxışlarına davam edərsə sizin vəziyyətiniz daha da ağırlaşacaq. Onlara qarşı da rəftarın pisləşəcəyi ilə bağlı sərt hədələr səsləndirib."

Platformanın məlumatında deyilir.
Akif Qurbanov məhkəmədə nə deyib?

28 mayda Akif Qurbanov Apelyasiya Məhkəməsində çıxış edib. O, çıxışında özü ilə bağlı hökumətyönlü medialarda yayımlanan iddialara cavab verib.

İndi Azərbaycan da Stalin və onun NKVD üsulu ilə idarə olunur. Necə ki Stalin drektiv göndərərək “minin belinə, etiraf etməyincə düşməyin” üslubunu tələb edir, NKVD də icra edirdi.

Qurbanov məhkəmədə deyib.
Akif Qurbanov necə həbs edilib?

Bu ilin 6 martında “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu” və “III Respublika Platforması” ilə bağlı cinayət işi başlanıb. Ümumilikdə 7 nəfər saxlanılıb. Onlar barədə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

8 martda isə Xətai Rayon Məhkəməsi Akif Qurbanov barədə 4 aylıq həbs qətimkan tədbiri seçib.

“III Respublika Platforması” nə deyir?

Platforma yaydığı bəyanatda Azərbaycan hökumətindən qeyri-insani davranışlara son qoymağı tələb edir.

"Biz, vəziyyətin bu həddə çatması ilə bağlı həyəcan təbili çalırıq və siyasi məhbusların sağlamlığı, ləyaqəti, hətta həyatı ilə bağlı ciddi təhlükələrin yarandığı indiki şəraitdə Azərbaycan Hökumətindən bu qeyri-insani davranışlara son qoymağı, bütün siyasi məhbusları dərhal azad etməyi tələb edirik."

Platformanın bəyanatında deyilir.

Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial / Hadisə

17-05-2024, 03:17

Azərbaycanda iki “rekert jurlalist” həbs olundu

Sosial / Hadisə

4-04-2024, 15:11

Donetsk vilayəti uğrunda gedən döyüşlərdə daha bir həmyerlimiz Faiq Əsgərov dünyasını dəyişib

Sosial / Hadisə

6-02-2024, 16:02

Türkiyədə təhsil almasına dair saxta sənəd hazırlayan şəxs saxlanılıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

23-01-2024, 16:25

İctimai fəal Əhməd Məmmədli Korrupsiyaya qarşı Mübarizə İdarəsində dindirilib

Sosial / Hadisə

3-08-2023, 15:15

Baş prokurorluq Cəlilabadda vəzifəli şəxsləri korrupsiyaya görə saxlayıb

Sosial / Hadisə

25-07-2023, 23:14

BNA-da Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirir

Sosial / Hadisə

17-03-2023, 00:34

Ermənistanda general həbs olunub

Sosial / Hadisə

14-02-2023, 19:15

Baş Prokuror Kamran Əliyev Bakı şəhər prokuroruna müavin təyin edib

Gündəm / Sosial / Hadisə

26-01-2023, 21:51

Baş prokurorluq əməliyyat keçirdi. Gömrük əməkdaşları həbs olunub

Sosial / Hadisə

18-04-2022, 11:15

Göyçay Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi saxlanılıb

Hadisə

15-10-2021, 12:51

Müəllimə dərs zamanı dünyasını dəyişib

Hadisə

19-08-2021, 12:42

Bakıda şirkət rəhbəri qəfil vəfat etdi - FOTO

Son xəbərlər
  • Dün, 13:34
    İlham Əliyev “Euronews”a müsahibə verib
  • Dün, 13:31
    Dövlət rəsmiləri Şəhidlər xiyabanını ziyarət ediblər
  • Dün, 13:28
    Trampdan Paşinyana təklif
  • 19-01-2026, 20:11
    Bakıda oğurluq edən qardaşlar saxlanılıb
  • 19-01-2026, 20:08
    FİFA prezidentindən qalmaqallı finalla bağlı açıqlama
  • 19-01-2026, 20:05
    İran Ermənistana uçuşları dayandırdı
  • 19-01-2026, 20:04
    Suraxanıda narkotacir saxlanılıb
  • 19-01-2026, 20:02
    İlham Əliyev Davosda “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
  • 19-01-2026, 16:44
    “Yüksəliş” müsabiqəsinin qaliblərinin ÇİRES-ə səfəri baş tutub
  • 19-01-2026, 15:43
    Azərbaycan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Davosda səfərdədirlər
  • 18-01-2026, 23:21
    Binəqədidə oğurluq edən şəxslər saxlanılıb
  • 18-01-2026, 23:19
    Pezeşkian Xamenei ilə bağlı xəbərdarlıq edib
  • 18-01-2026, 23:17
    Hindistan Ermənistana yeni raket partiyası göndərib
  • 18-01-2026, 00:53
    Tramp: “İranda yeni liderlik axtarmağın vaxtıdır”
  • 17-01-2026, 21:58
    Adəm Kadırovun olduğu kortej Qroznıda qəzaya düşüb
  • 17-01-2026, 18:20
    Fərid İsmayılovun həbsindən bir il ötür
  • 17-01-2026, 18:20
    Nərimanovda oğurluq edən şəxslər saxlanılıb
  • 17-01-2026, 15:07
    Minimum əmək haqqı anlayışı dəyişdirildi
  • 17-01-2026, 14:55
    Tovuzda kişi su kanalında boğularaq ölüb
  • 17-01-2026, 14:53
    Paytaxtda oğurluq edən 5 nəfər saxlanılıb
  • 17-01-2026, 14:38
    Meydan TV işi üzrə məhkəmədə etiraz və aclıq aksiyası elan edilib
  • 16-01-2026, 14:50
    Nərimanovda oğurluq edən şəxslər saxlanılıb
  • 16-01-2026, 14:42
    Narkokuryerlikdə şübhəli bilinən şəxsdən 5 kiloqramdan çox marixuana aşkar edilib
  • 16-01-2026, 14:40
    İran molla rejimi etirazlarda ölənlərin meyitlərini ailələrinə pulla verir – BBC
  • 15-01-2026, 17:22
    “Qarabağ” – “Ayntraxt” oyununun biletləri satışa çıxarılır
  • 15-01-2026, 17:19
    Gültəkin Hacıbəyli MİT rəhbərinə səslənib
  • 15-01-2026, 17:14
    Azərbaycan və Ermənistan nümayəndələri Sədərək–Yerasx dəmir yolu sahəsinə baxış keçiriblər
  • 15-01-2026, 13:56
    Narkotik satan iki nəfər saxlanılıb
  • 15-01-2026, 13:53
    Qərb Sənaye Parkı yaradılır – Prezident Fərman imzaladı
  • 15-01-2026, 02:53
    İran hava sahəsini bağladı
  • 14-01-2026, 21:52
    Tramp İranda etirazlara çağırış etdi: “Yardım yoldadır”
  • 14-01-2026, 20:26
    Azərbaycan 4 erməni məhbusu Ermənistana təhvil verib
  • 14-01-2026, 15:05
    Zabitlərin həqiqi hərbi xidmət müddəti 6 ay azaldıldı
  • 14-01-2026, 14:39
    İsrailli ekspert: ABŞ-ın müdaxiləsindən sonra İranda hakimiyyət Pezeşkiana ötürülə bilər
  • 13-01-2026, 22:40
    Tərtər sakinləri üçün pulsuz hüquqi məsləhət keçiriləcək
Daha çox
Çox oxunanlar
15-01-2026, 02:53
İran hava sahəsini bağladı
15-01-2026, 13:53
Qərb Sənaye Parkı yaradılır – Prezident Fərman imzaladı
14-01-2026, 21:52
Tramp İranda etirazlara çağırış etdi: “Yardım yoldadır”
15-01-2026, 17:19
Gültəkin Hacıbəyli MİT rəhbərinə səslənib
14-01-2026, 14:39
İsrailli ekspert: ABŞ-ın müdaxiləsindən sonra İranda hakimiyyət Pezeşkiana ötürülə bilər
14-01-2026, 15:05
Zabitlərin həqiqi hərbi xidmət müddəti 6 ay azaldıldı
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
17-01-2026, 18:20
Fərid İsmayılovun həbsindən bir il ötür
17-01-2026, 14:38
Meydan TV işi üzrə məhkəmədə etiraz və aclıq aksiyası elan edilib
15-01-2026, 17:19
Gültəkin Hacıbəyli MİT rəhbərinə səslənib
7-01-2026, 23:36
Həbsdə olan jurnalist Nurlan Qəhrəmanlının psixoloji vəziyyətinin ağır olduğu bildirilir
7-01-2026, 21:29
Dizel yanacağı son 4 ildə iki dəfəyə yaxın bahalaşıb
5-01-2026, 22:21
“Toplum TV işi” üzrə məhkəmədə etirazlar: Xarici səfərlərin ittiham predmeti olması absurd adlandırıldı
Sosial
İran Ermənistana uçuşları dayandırdı
“Yüksəliş” müsabiqəsinin qaliblərinin ÇİRES-ə səfəri baş tutub
Binəqədidə oğurluq edən şəxslər saxlanılıb
Adəm Kadırovun olduğu kortej Qroznıda qəzaya düşüb
Narkokuryerlikdə şübhəli bilinən şəxsdən 5 kiloqramdan çox marixuana aşkar edilib
Azərbaycan 4 erməni məhbusu Ermənistana təhvil verib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə