USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

İlham Əliyev: “Azərbaycan Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verdi”

Gündəm / Siyasət / Səhiyyə

1-02-2021, 19:51

İlham Əliyev: “Azərbaycan Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verdi”
“Azərbaycan Cənubi Qafqazda ilk olaraq artıq vaksinasiya işlərinə start verdi. Eyni zamanda, yerləşdiyimiz bölgədə Azərbaycan birincilər sırasındadır. Onun nəticəsidir ki, pandemiyanın ilk günlərindən işlər düzgün qurulmuşdur, bütün lazımi addımlar atılmışdır, beynəlxalq təşkilatlarla təmaslar qurulmuşdur”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışından sonra Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

“Biz COVAKS təşəbbüsünün üzvüyük və COVAKS xətti ilə müxtəlif vaksinləri ölkəmizə gətirəcəyik. Eyni zamanda, biz bir neçə şirkətlə vaksinlərin ölkəmizə gətirilməsi ilə bağlı müqavilələr bağlamışıq. Amma onların bəzilərinin icrası indi yubanır, yəqin ki, bax, dediyim bu səbəblərə görə. Eyni zamanda, biz artıq 4 milyon doz vaksin sifariş etmişik və onların artıq Azərbaycana gəlməsi təmin edilib, Çin istehsalı olan vaksinlər. Yanvarın 18-dən başlayaraq Azərbaycanda vaksinasiya başlamışdır. Müqayisə üçün deyə bilərəm ki, Avropa İttifaqında bu, keçən il dekabrın 18-də başlamışdır. Yəni, bir aydan sonra artıq Azərbaycan vətəndaşları bu vaksinləri alırlar, peyvənd olunurlar, əlbəttə ki, bu, vaksinasiya sahəsində də bizim səmərəli işimizin təzahürüdür”, - deyə ölkə başçısı qeyd edib.

Prezident həmçinin bildirib ki, indiki şəraitdə, xüsusilə zəngin ölkələr arasında olan bu ixtilaflar istehsalçılara da mənfi təsir göstərir, bir çox ölkələrin vətəndaşlarını bu vaksinlərdən məhrum edir:

“Ondan başqa, bu, dünyada ölkələr arasındakı inamsızlığı da alovlandırır. İndi siz Avropa İttifaqı ilə Böyük Britaniya arasındakı qalmaqaldan danışdınız, amma başqa misallar da var. Misal üçün, yenə də açıq mətbuata istinad edərək deyə bilərəm ki, inkişaf etmiş ölkələr dünya əhalisinin 14 faizini təşkil edir. Halbuki inkişaf etmiş ölkələr bu günə qədər dünya vaksinlərinin 53 faizini sifariş ediblər. Yəni, bu, yenə də ədalətsizlik, qeyri-bərabərlikdir. “Moderna” vaksini var, səhv etmirəmsə Amerika istehsalıdır. “Moderna” vaksininin 98 faizini zəngin ölkələr sifariş ediblər. “Pfizer” Avropa istehsalı vaksinidir. “Pfizer” vaksininin 96 faizini zəngin ölkələr sifariş ediblər. Yaxşı, bəs kasıb ölkələrin vətəndaşları nə etməlidirlər, xəstələnməlidirlər? Onlar xəstələnəndə onların ölmək ehtimalı daha böyükdür. Çünki o ölkələrdə səhiyyə sistemi inkişaf etmiş ölkələrdən müqayisəedilməz dərəcədə geridə qalıb. Ona görə, bax, bu məsələlər haqqında biz danışmalıyıq, bunu gizlətməməliyik. Ancaq bu məlumat açıq mətbuatda gedir, sanki ondan sonra unudulur. Çünki sərf etmir. Dünya mediasına rəhbərlik edən qurumlara sərf etmir. Çünki bu, o aktorların sözlərinin əməlləri ilə böyük fərqini göstərir.

Bir misal da gətirə bilərəm. Bu yaxınlarda verilən məlumata görə Kanada 154 milyon əhali üçün vaksinlər sifariş edib. Kanadanın əhalisi 38 milyondur. Yəni, bu ölkə, bu ölkənin hökuməti, hansı ki, Vətən müharibəsi zamanı sırf ermənipərəst mövqe sərgiləyirdi, işğalçıları dəstəkləyirdi, bizim haqq işimizə kölgə salmaq istəyirdi və hətta “Bayrakdar” pilotsuz uçuş aparatlarının kameralarının Türkiyəyə ixrac edilməsi ilə bağlı əsassız embarqo qoymuşdu. Həmin bu ermənipərəst ölkə 154 milyon vaksin sifariş edir, onun pulunu verir, öz ölkə əhalisinin sayı 38 milyondur. Yəni, dörd dəfə çox. Deməli, 120 milyona bu vaksin çatmayacaq. Onlar almayacaqlar, onlar xəstələnəcəklər, öləcəklər. Bunların vecinə deyil. Bunlar ancaq eqoist hisslərə qapılaraq öz maraqlarını təmin etmək istəyirlər. Belə olan halda hansı demokratiyadan söhbət gedə bilər? Hansı ədalətdən, mərhəmətdən, insan haqlarından söhbət gedə bilər? Deməli, kasıb ölkələrin insanlarının haqları tapdalanır, onların səhhəti, sağlamlığı risk altına düşür. Amma zəngin ölkələr öz maraqlarını artıqlaması ilə, o maraqların 4-5 mislini təmin etməklə, necə deyərlər, öz maraqlarını təmin edirlər.

Bu, sadəcə olaraq bu xəstəliklə bağlı olan məsələ deyil. Bunun çox dərin kökləri var və bu, təsadüfi deyil. Çünki bu dərin köklər bizi müstəmləkəçilik dövrünə aparır. Amma elə bil ki, biz neomüstəmləkəçilik dövrünü qeyri-rəsmi müşahidə edirik, yaxud da ki, elan edilməmiş müstəmləkəçilik, bunun başqa adı yoxdur. Belə olan halda bu ölkələrin mənəvi haqqı varmı kiməsə nəsə desin, kimisə nədəsə ittiham etsin? Bu, eqoizmdir, vicdansızlıqdır. Azərbaycan - Qoşulmama Hərəkatına sədrlik edən ölkə burada səssiz qalmır və qalmayacaq. Bu gün mən bu imkandan istifadə edərək Qoşulmama Hərəkatının üzvlərinə də çağırış edirəm ki, onlar da bizim səsimizə qoşulsunlar və biz bu məsələni beynəlxalq kürsülərdə, BMT kürsüsündə qaldırmalıyıq. Ümumdünya Səhiyyə Təşkilatına müraciət etməliyik, şirkətlərə müraciət etməliyik, zəngin ölkələrə müraciət etməliyik ki, bu ölkələr bu praktikadan əl çəksinlər. Bu, ədalətsizlikdir. Buna göz yummaq olmaz. Bunun üstünü örtmək olmaz. Bu barədə Azərbaycan BMT-dən sonra ikinci böyük təsisatın lideri kimi, öz sözünü bundan sonra da deyəcək”.

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / İqtisadiyyat / Sosial

1-02-2021, 19:53

İlham Əliyev AZAL, DGK və Azəravtoyol rəhbərliyi haqqında: “Belə ziyanlı fikirlər bu adamların beyninə gəlir”

Gündəm / Siyasət / Mədəniyyət / Bölgə

1-02-2021, 19:49

Prezident: “Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm”

Sosial / Səhiyyə / Video

1-02-2021, 18:22

Vaksinasiya həyatımızda önəmlidirmi? - VİDEO

Gündəm / Siyasət / İqtisadiyyat / Sosial / Səhiyyə

1-02-2021, 17:10

Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binası istifadəyə verildi

Siyasət / Sosial / Səhiyyə

30-01-2021, 17:30

Müəllimlər kütləvi şəkildə vaksinasiya ediləcək?

Gündəm / Siyasət

26-01-2021, 19:00

İlham Əliyev ona “Şərəf” ordeni verdi - SƏRƏNCAM

Gündəm / Siyasət

26-01-2021, 14:50

İlham Əliyev peyklərimizin Vətən müharibəsindəki rolundan DANIŞDI

Siyasət

26-01-2021, 14:47

İlham Əliyev: “Yeni texnologiyaların tətbiqi müharibədə qələbənin qazanılmasının əsas amillərindən biridir”

Gündəm

4-11-2020, 10:34

İlham Əliyev Qarabağla bağlı MÜJDƏNİ VERDİ: Biz bu vəzifəyə yaxınlaşırıq

Gündəm

15-10-2020, 21:42

Biz zəfər marşındayıq – İlham Əliyev

Siyasət

20-09-2020, 15:30

Prezident İrəvana mesaj verdi, Türkiyə mediası yazdı

Siyasət

28-02-2020, 10:55

Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verdi

Son xəbərlər
  • Dün, 20:46
    Goranboyda iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
  • Dün, 20:43
    İlham Əliyev beynəlxalq maliyyə qurumlarının nümayəndələrini qəbul edib
  • Dün, 20:42
    Bakıda partlayışda ölənlərin sayı artdı
  • Dün, 14:13
    “AzerGold” QSC turizm blogerləri üçün Daşkəsən rayonuna və ÇİRES-ə infotur təşkil edib
  • 8-07-2026, 00:43
    Tramp: Türkiyəyə qarşı bütün sanksiyaları qaldırırıq
  • 7-07-2026, 01:11
    Ukrayna dronları Omsk neft emalı zavodunu vurdu
  • 7-07-2026, 01:09
    HƏMAS komandiri öldürüldü
  • 6-07-2026, 12:51
    “AzerGold”un 25-ci sikkə kolleksiyası dövlət şirkətinin 10 illik fəaliyyətinə həsr edilib
  • 6-07-2026, 01:00
    Yaponiya və Cənubi Koreya vətəndaşları Azərbaycana vizasız səfər edə biləcəklər
  • 5-07-2026, 17:33
    Ukrayna Rusiyanın üç raketini və 112 pilotsuz aparatını zərərsizləşdirib
  • 5-07-2026, 17:31
    Makron Suriyaya səfər edəcək
  • 5-07-2026, 17:28
    Ağdamda ata və iki övladı su anbarında batıb
  • 5-07-2026, 14:29
    “AzerGold” QSC-nin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
  • 5-07-2026, 14:07
    Merts koalisiyası Almaniyada böyük islahat paketi açıqladı
  • 5-07-2026, 12:08
    Müctəba Xamenei atasının dəfn mərasimində iştirak etməyəcək
  • 29-06-2026, 00:49
    Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
  • 28-06-2026, 23:49
    Polşa XİN rəhbəri Rusiyanın NATO ölkəsinə qarşı təxribat hazırlaya biləcəyini dedi
  • 28-06-2026, 23:47
    ABŞ və İran arasında nüvə danışıqları davam edir
  • 28-06-2026, 23:45
    DÇ-2026-da pley-off mərhələsi başlayır
  • 28-06-2026, 23:40
    İsrail hökuməti erməni soyqırımını tanıdı
  • 28-06-2026, 23:37
    İtaliyadan Türkiyəyə qanunsuz göndərilən minlərlə ton tekstil tullantısı aşkarlandı
  • 28-06-2026, 14:45
    Medvedev Ermənistana xəbərdarlıq etdi
  • 28-06-2026, 14:43
    Bakıda 37 yaşlı kişi bıçaqlandı
  • 28-06-2026, 14:40
    Luka Modriç dünya çempionatları tarixinə düşdü
  • 28-06-2026, 14:38
    Türkiyədə kibercinayətkarlığa qarşı əməliyyat: 409 nəfər saxlanılıb
  • 28-06-2026, 14:36
    Ukrayna MiQ-29 qırıcısını itirdi
  • 28-06-2026, 14:34
    Fransada isti hava səbəbindən ölüm halları artdı
  • 28-06-2026, 14:29
    Almaniyada AfD ətrafında mübahisələr yenidən güclənib
  • 28-06-2026, 01:54
    Rusiya Qərbi “böyük müharibəyə hazırlaşmaqda” ittiham etdi
  • 28-06-2026, 01:07
    Almaniyada AfD ətrafında mübahisələr yenidən gücləndi
  • 28-06-2026, 01:05
    SBU Rusiyada neft stansiyasına zərbə endirdiyini açıqladı
  • 28-06-2026, 01:01
    Rusiya Belarusdan aviasiya yanacağı idxalını kəskin artırdı
  • 28-06-2026, 00:59
    Baltik ölkələri Aİ-ni Rusiya neftinə qadağanı sürətləndirməyə çağırdı
  • 28-06-2026, 00:55
    Vucic istefa verəcəyini açıqladı
  • 28-06-2026, 00:47
    Polşa və Ukrayna arasında yeni gərginlik
Daha çox
Çox oxunanlar
5-07-2026, 17:31
Makron Suriyaya səfər edəcək
7-07-2026, 01:09
HƏMAS komandiri öldürüldü
7-07-2026, 01:11
Ukrayna dronları Omsk neft emalı zavodunu vurdu
5-07-2026, 14:29
“AzerGold” QSC-nin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
6-07-2026, 01:00
Yaponiya və Cənubi Koreya vətəndaşları Azərbaycana vizasız səfər edə biləcəklər
5-07-2026, 12:08
Müctəba Xamenei atasının dəfn mərasimində iştirak etməyəcək
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
ABŞ və İran arasında nüvə danışıqları davam edir
İsrail hökuməti erməni soyqırımını tanıdı
Almaniyada AfD ətrafında mübahisələr yenidən güclənib
Avropada rekord isti: Almaniyada temperatur 41 dərəcəni keçdi
Şuranın “Youth Innovating Democracy” tədbiri Strasburqda keçiriləcək

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə