USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Bakının Sabunçu rayonunda ər və arvad bıçaqlanaraq, ağır xəsarətlər alıblar.
Foto.info.az APA-ya istinadən xəbər verir ki, hadisə Nardaran qəsəbəsində baş verib.
1949-cu il təvəllüdlü Əliyev Müzəffər Gülhüseyn oğlu və onun həyat yoldaşı, 1962-ci il təvəllüdlü Əliyeva Kəklik Ağasalah qızı kürəkənləri tərəfindən əvvəlcə döyülüblər.
Daha sonra kürəkən qayınanasına altı, qayınatasına isə üç bıçaq xəsarəti yetirib. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.