USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
“Qafqazinfo” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 8-də keçiriləcək “Klaksvik” (Farer adaları) – “Molde” (Norveç) oyununun baş hakimi azərbaycanlı referi olacaq.
Ona FİFA referi köməkçisi Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.