İyunun 2-də “Mazda Azərbaycan” yeni kompakt krossoveri - “CX-60”ı təqdim edib. “Baku Marriott Bulvar Hotel”də təşkil edilmiş təqdimat mərasimində “Mazda” brendinin ən son modeli sevənlərinə qovuşub.
Yeni “CX-60” həm 2,5 litrlik benzin, həm də 48 vat gücündə “Mild Hybrid” komplektasiya ilə alıcılara təklif edilir. Avtomobil optimal enerji sərfiyyatı ilə 190 at qüvvəsi gücündə olan mühərriki ilə 3 fərqli sürüş (standart, “off-road”, idman) növü və 8 pilləli ötürmələr qutusu ilə idarə edən şəxsə alternativ təcrübə vəd edir. “Mazda CX-60” “e-Skyactiv” mühərriklə “mild hybrid” sistemi enerji sərfiyyatına kifayət qədər güc qatır.
Yol zolağı assistenti, qəza önləyici arxa əyləc sistemi, kor zonaya nəzarət, ötmə-keçmə xəbərdarlıq sensoru və digər xüsusiyyətləri ilə yapon texnologiyasının bir üst səviyyə təhlükəsizlik sistemi də avtomobili daha güvənilən bir hala gətirir. Əlavə olaraq, 360 dərəcə kamera ilə bərabər ilk dəfə “see-through view” sistemi ilə də təchiz edilib. Avtomobil eyni zamanda “Driving Fatigue Reduction” sensoru vasitəsilə sürücünün yorğun, yuxulu və fiziki olaraq uyğun olmayan vəziyyətlərini də təyin edir.
Genişləndirilmiş 12 düymlük monitor, naqilsiz şarj etmə, avtomatik oturacaq və güzgü tənzimləmə yaddaşı, panoramlı dam örtüyü, dəri salon və erqonomik strukturu ilə ənənəvi “Mazda” komfortuna daha artıq rahatlıq qatır.
Avtomobili bu gündən etibarən 5 fərqli rəngdə “Mazda” Avtomobil Mərkəzində əldə edə bilərsiniz.
Ünvan: “Mazda” Avtomobil Mərkəzi
Bakı-Sumqayıt şossesi, 6-cı km