AQTA Rusiyadan geri qaytarılmış pomidor və çiyələklə bağlı açıqlama yayıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə istinadən bəzi kütləvi informasiya vasitələrində Rusiyaya ixrac olunan 47,2 ton pomidor və 14,0 ton çiyələk məhsulunun geri qaytarılması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.
AQTA-dan daxil olan məlumatda bildirilir ki, qeyd edilən məhsulların keyfiyyət və təhlükəsizlik göstəriciləri ilə bağlı hər hansı nöqsan müəyyən olunmayıb.
Qeyd olunub ki, uyğunsuzluq məhsulların etiket məlumatları ilə bağlı olub:
“Məhsul partiyaları geri qaytarıldıqdan sonra çiyələklə bağlı etiket məlumatlarındakı uyğunsuzluq aradan qaldırılaraq sözügedən məhsullar iyulun 24-də yenidən Rusiyaya ixrac edilib. Pomidor məhsulu isə sahibkarlıq subyekti tərəfindən etiket məlumatlarındakı uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra yenidən Rusiyaya ixracı həyata keçiriləcək”.
Qeyd edək ki, həm iqtisadi, həm də ekoloji terror kimi Rusiya bu cür alətləri əlində Azərbaycana təzyiq rıçarqları kimi tutur. Samur çayının suyunun Azərbaycana verilməməsi, vı kənd təsərrüfatı məhsullarına eləcə də, logistik nəqliyyat daşımalarına süni maniələr yaratmaqla özünün ölkəmizdə hakimiyyyətini qorumağa çalışır.