USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Prezident İlham Əliyev BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibini qəbul edib

Siyasət

23-11-2023, 17:55

Prezident İlham Əliyev BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçanı qəbul edib.

Foto.info.az xəbər verir ki, Azərbaycanın 1993-cü ildə BMT-nin Avropa üzrə İqtisadi Komissiyasına üzv qəbul olunmasından etibarən ölkəmiz ilə bu təsisat arasında sıx əlaqələrin qurulduğunu deyən dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan bu Komissiya ilə ətraf mühitin mühafizəsi, nəqliyyat, gömrük, enerji, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi və digər sahələrdə uğurlu əməkdaşlıq edir.

Prezident İlham Əliyev BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının nümayəndə heyətlərinin ölkəmizdə Azərbaycanın sədrliyi ilə təşkil olunan beynəlxalq tədbirlərdə iştiraklarını məmnunluqla qeyd edib. Dövlətimizin başçısı bu xüsusda Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Zirvə görüşündə BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katiblərinin iştirakını SPECA çərçivəsində əməkdaşlığa verilən əhəmiyyətin nümunəsi kimi qiymətləndirib.

Azərbaycan Prezidenti SPECA yarananda üzv ölkələrin müstəqilliklərinin ilk mərhələsində, fərqli geosiyasi və coğrafi mühitdə olduqlarını xatırlayıb, ötən müddət ərzində üzv ölkələrin müstəqil dövlətlər olaraq uğurlu inkişaf yolu keçdiklərini vurğulayıb.

SPECA Zirvə görüşünün Bakıda keçirilməsinin Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın hərtərəfli və dinamik surətdə inkişafının bariz nümunəsi olduğunu deyən Prezident İlham Əliyev son illər ərzində Azərbaycan ilə region ölkələri arasında siyasi, iqtisadi, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişlənməsini məmnunluqla qeyd edib. Dövlətimizin başçısı vurğulayıb ki, SPECA-nın üzvü olan dövlətlər sıx əməkdaşlıq nəticəsində uğurlu regional model təqdim edirlər. Bu, həmçinin, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin vahid siyasi, iqtisadi və geosiyasi bir məkanı ifadə etmələrinin bariz təzahürü, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı daha da genişləndirmək əzminin və niyyətinin nümunəsidir.

Dəvətə görə təşəkkürünü bildirən Tatyana Molçan Azərbaycanın SPECA-ya uğurlu sədrliyini vurğulayıb və ilk dəfə bu formatda Zirvə görüşünün keçirilməsinin mühüm nailiyyət olduğunu deyib.

Azərbaycanın sədrliyi ilə bu çərçivədə əməkdaşlığın daha böyük perspektivlərinin olduğunu qeyd edən qonaq Sammitin SPECA-nın yaranmasının 25-ci ildönümünə təsadüf etməsini və bu xüsusda, BMT Baş Assambleyasında SPECA-nın təsis edilməsinə dair qətnamənin qəbul olunmasını əhəmiyyətini vurğulayıb.

Tatyana Molçan SPECA-nın Sammitində BMT Baş katibini təmsil etməsindən məmnunluq duyduğunu bildirib. O, bu Sammitin SPECA-ya üzv ölkələr arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, prioritetlərin və eyni zamanda, çağırışların müzakirəsi baxımından böyük əhəmiyyət daşıdığını bildirərək BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının Sammit çərçivəsində aparılacaq müzakirələrdə həmsədr qismində iştirakının məmnunluq doğurduğunu deyib.
Görüşdə nəqliyyat dəhlizləri, urban-meşə konsepsiyası və şəhərlərdə yaşıllaşdırmanın artırılması, Azərbaycanın tarazlaşdırılmış və uğurlu şəkildə bərpaolunan və yaşıl enerji konsepsiyasına keçidi, bu istiqamətdə ölkəmizin irəli sürdüyü təşəbbüslər ilə bağlı fikir mübadiləsi aparılıb.

Mərkəzi Asiya ölkələri ilə nəqliyyat imkanlarının artırılması, Orta Dəhlizin əhəmiyyəti, Azərbaycanın ölkəmizdə və qonşu ölkələrdə nəqliyyat infrastrukturunun inkişafına yatırdığı investisiyalar məmnunluqla qeyd edilib. Bu baxımdan BMT-nin Avropa üzrə İqtisadi Komissiyası ilə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Söhbət zamanı “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya” - Espo Konvensiyasının əhəmiyyətinə toxunulub, bu Konvensiyanın regionda təşviqinin, bölgədə su hövzələrinin və çayların ekoloji təmizliyinin təmin olunmasının, sərhədyanı zonalarda, xüsusilə də mədən sənayesi ilə əlaqədar işlərin aparılmasında qonşu dövlətlərin narahatlıqlarının nəzərə alınmasının vacibliyi qeyd edilib.

Paylaş:
Digər xəbərlər

Siyasət

22-11-2023, 21:03

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

Siyasət

22-11-2023, 20:56

Ölkə başçısı İlham Əliyev SPECA ölkələrinin sərgisinin açılışında iştirak edib

Siyasət

9-11-2023, 15:48

Daşkənddə İƏT - İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısı keçirilir

Siyasət

18-07-2023, 14:07

Prezident İlham Əliyevin İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzanini qəbul edib

Siyasət

27-04-2023, 12:14

Prezident Əliyev Fransanın Avropa və xarici işlər nazirini qəbul edib

Gündəm / Siyasət

17-01-2023, 20:19

Prezident İlham Əliyev İsveçrədə rəsmi səfərdədir

Gündəm / Siyasət

12-01-2023, 07:39

Prezident İlham Əliyev İtaliyanın müdafiə nazirini qəbul edib

Gündəm / Siyasət / Sosial

22-12-2022, 17:06

Prezident İlham Əliyev Naxçıvana təyin etdiyi nümayəndənin qəbul edib

Siyasət

25-11-2022, 20:12

"Prezident İlham Əliyevin yürütdüyü siyasət nüfuzumuzu hər keçən gün daha da artırır"

Siyasət

23-07-2021, 12:49

"Avropa ilə Asiya arasında strateji layihələrin Azərbaycan ərazisindən keçməsi səmərəli variantdır"

Siyasət

26-01-2021, 14:45

İlham Əliyev Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibini qəbul edib - FOTO

Siyasət

3-01-2021, 19:58

Bolqarıstanın Baş naziri Boyko Borisov Prezident İlham Əliyevə zəng edib

Son xəbərlər
  • Bugün, 16:39
    Fransa lideri Trampla görüşdən imtina edərək Davosu tərk etdi
  • Bugün, 15:48
    Fransa lideri Trampla görüşdən imtina edərək Davosu tərk etdi
  • Bugün, 15:43
    Azərbaycan və İordaniya gömrük işi sahəsində əməkdaşlıq edəcək
  • Bugün, 15:41
    Prezident İlham Əliyev Donald Trampa məktub ünvanlayıb
  • Bugün, 15:39
    Prezident İlham Əliyev İsrail Prezidenti İsxak Hersoqla görüşüb
  • Bugün, 13:16
    İsa Həbibbəyli ilə bağlı iddia: “Karvan” restoranının ona məxsus olduğu bildirilir
  • Bugün, 13:16
    Bakıda oğurluq edən qardaşlar saxlanılıb
  • Dün, 13:34
    İlham Əliyev “Euronews”a müsahibə verib
  • Dün, 13:31
    Dövlət rəsmiləri Şəhidlər xiyabanını ziyarət ediblər
  • Dün, 13:28
    Trampdan Paşinyana təklif
  • 19-01-2026, 20:11
    Bakıda oğurluq edən qardaşlar saxlanılıb
  • 19-01-2026, 20:08
    FİFA prezidentindən qalmaqallı finalla bağlı açıqlama
  • 19-01-2026, 20:05
    İran Ermənistana uçuşları dayandırdı
  • 19-01-2026, 20:04
    Suraxanıda narkotacir saxlanılıb
  • 19-01-2026, 20:02
    İlham Əliyev Davosda “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
  • 19-01-2026, 16:44
    “Yüksəliş” müsabiqəsinin qaliblərinin ÇİRES-ə səfəri baş tutub
  • 19-01-2026, 15:43
    Azərbaycan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Davosda səfərdədirlər
  • 18-01-2026, 23:21
    Binəqədidə oğurluq edən şəxslər saxlanılıb
  • 18-01-2026, 23:19
    Pezeşkian Xamenei ilə bağlı xəbərdarlıq edib
  • 18-01-2026, 23:17
    Hindistan Ermənistana yeni raket partiyası göndərib
  • 18-01-2026, 00:53
    Tramp: “İranda yeni liderlik axtarmağın vaxtıdır”
  • 17-01-2026, 21:58
    Adəm Kadırovun olduğu kortej Qroznıda qəzaya düşüb
  • 17-01-2026, 18:20
    Fərid İsmayılovun həbsindən bir il ötür
  • 17-01-2026, 18:20
    Nərimanovda oğurluq edən şəxslər saxlanılıb
  • 17-01-2026, 15:07
    Minimum əmək haqqı anlayışı dəyişdirildi
  • 17-01-2026, 14:55
    Tovuzda kişi su kanalında boğularaq ölüb
  • 17-01-2026, 14:53
    Paytaxtda oğurluq edən 5 nəfər saxlanılıb
  • 17-01-2026, 14:38
    Meydan TV işi üzrə məhkəmədə etiraz və aclıq aksiyası elan edilib
  • 16-01-2026, 14:50
    Nərimanovda oğurluq edən şəxslər saxlanılıb
  • 16-01-2026, 14:42
    Narkokuryerlikdə şübhəli bilinən şəxsdən 5 kiloqramdan çox marixuana aşkar edilib
  • 16-01-2026, 14:40
    İran molla rejimi etirazlarda ölənlərin meyitlərini ailələrinə pulla verir – BBC
  • 15-01-2026, 17:22
    “Qarabağ” – “Ayntraxt” oyununun biletləri satışa çıxarılır
  • 15-01-2026, 17:19
    Gültəkin Hacıbəyli MİT rəhbərinə səslənib
  • 15-01-2026, 17:14
    Azərbaycan və Ermənistan nümayəndələri Sədərək–Yerasx dəmir yolu sahəsinə baxış keçiriblər
  • 15-01-2026, 13:56
    Narkotik satan iki nəfər saxlanılıb
Daha çox
Çox oxunanlar
15-01-2026, 02:53
İran hava sahəsini bağladı
15-01-2026, 13:53
Qərb Sənaye Parkı yaradılır – Prezident Fərman imzaladı
14-01-2026, 21:52
Tramp İranda etirazlara çağırış etdi: “Yardım yoldadır”
15-01-2026, 17:19
Gültəkin Hacıbəyli MİT rəhbərinə səslənib
14-01-2026, 20:26
Azərbaycan 4 erməni məhbusu Ermənistana təhvil verib
15-01-2026, 13:56
Narkotik satan iki nəfər saxlanılıb
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
17-01-2026, 18:20
Fərid İsmayılovun həbsindən bir il ötür
17-01-2026, 14:38
Meydan TV işi üzrə məhkəmədə etiraz və aclıq aksiyası elan edilib
15-01-2026, 17:19
Gültəkin Hacıbəyli MİT rəhbərinə səslənib
7-01-2026, 23:36
Həbsdə olan jurnalist Nurlan Qəhrəmanlının psixoloji vəziyyətinin ağır olduğu bildirilir
7-01-2026, 21:29
Dizel yanacağı son 4 ildə iki dəfəyə yaxın bahalaşıb
5-01-2026, 22:21
“Toplum TV işi” üzrə məhkəmədə etirazlar: Xarici səfərlərin ittiham predmeti olması absurd adlandırıldı
Sosial
İran Ermənistana uçuşları dayandırdı
“Yüksəliş” müsabiqəsinin qaliblərinin ÇİRES-ə səfəri baş tutub
Binəqədidə oğurluq edən şəxslər saxlanılıb
Adəm Kadırovun olduğu kortej Qroznıda qəzaya düşüb
Narkokuryerlikdə şübhəli bilinən şəxsdən 5 kiloqramdan çox marixuana aşkar edilib
Azərbaycan 4 erməni məhbusu Ermənistana təhvil verib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə