USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
İordaniyada yerləşən ABŞ-nin hərbi bazası pilotsuz uçuş aparatı (PUA) ilə hücuma məruz qalıb.
Qeyd olunub ki, hücum nəticəsində 3 amerikalı əsgər ölüb, 20-yə yaxın əsgər yaralanıb.
Amerikanın hərbi bazası Suriya ilə sərhəd yaxınlığında yerləşir.
Hadisə ilə bağlı Amerika prezidenti Cozef Bayden yazılı bəyanat verib.
Qeyd olunub ki, Vaşinqton İranın dəstəklədiyi qrupları İordaniyada ABŞ qüvvələrinə qarşı üç hərbçinin ölümü ilə nəticələnən hücuma görə məsuliyyətə cəlb edəcək.