USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
İrandan Türkiyəyə 2.2 ton metamfetamin keçirilməsinin qarşısı alınıb.
Bu barədə Türkiyə Ticarət Nazirliyi bildirib.
Qeyd edilib ki, narkotik maddə Gömrük Mühafizə Xidməti tərəfindən ələ keçirilib.
Baş Prokurorluğun açıqlamasında nazirliyə bağlı qrupların narkotik tacirlərinə böyük zərbələr vurmağa davam etdiyi qeyd edilib.
Bəyanatda deyilir: "Öz əməkdaşlarımız tərəfindən aparılan işlər çərçivəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması yolu ilə gənclərimizin zəhərlənməsinə qarşısını alacağıq. Bunun üçün apardığımız mübarizəni davam etdirəcəyik".