USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Azərbaycan üçün şans, yoxsa?.. - GƏLİŞMƏ

Siyasət / Sosial

3-03-2020, 11:30

Azərbaycan üçün şans, yoxsa?.. - GƏLİŞMƏ
Ermənistanın sabiq prezidentləri Serj Sərkisyan və Robert Köçəryanla bağlı istintaq davam etdirilir. Bir neçə gün əvvəl bunu Azərbaycanın Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev mətbuata açıqlamasında bildirib.

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar XİN və Baş Prokurorluğun birgə mətbuat konfransında o vurğulayıb ki, cinayət işi üzrə 5 istiqamət müəyyən edilib: “Cinayət işinin istintaqı zamanı 39 nəfər Xocalı soyqırımı, 3 nəfər terror cinayətləri, ümumilikdə isə 305 şəxsin əməlləri Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan hallar üzrə sübuta yetirilib. Axtarışların təmin edilməsindən ötrü materiallar müvafiq təşkilatlara göndərilib. Onlardan 2 nəfər cinayət məsuliyyətinə cəlb edilib”.

Qeyd edək ki, həm R.Köçəryan, həm də S.Sərkisyan İrəvanda erməni xalqına qarşı törətdiyi cinayətlərə görə mühakimə olunur. Ermənistanın ikinci prezidenti 2008-ci ilin mart ayında tökdüyü qanların hesabını verir, Sərkisyan isə külli miqdarda dövlət əmlakını mənimsəməkdə və digər cinayətlərdə suçlanır. Ancaq hər bir azərbaycanlı bu iki cani eks-prezidentin 1992-ci ilin Xocalı soyqırımına görə mühakimə olunacağı günü gözləyir. Azərbaycan vətəndaşı olmuş hər iki cinayətkar Qarabağdakı separatçılıq hərəkatının başında dayanıb, çoxsaylı cinayətlər törədib, Xocalı əhalisinə qarşı soyqırımda şəxsən iştirak ediblər. S.Sərkisyan Xocalıda qırğın törətmələrinin səbəbini şəxsən açıqlayıb və bu haqda xarici mətbuatda da məqalələr, kitablar yazılıb.

Vaxtilə Qarabağ danışıqlarında tərəf olaraq iştirak etmələri və toxunulmazlıq statusuna malik olmaları səbəbindən R.Köçəryan və S.Sərkisyanla bağlı hüquqi addımların atılması mümkünsüz sayılırdı. Bəs indi rəsmi Bakı bu istiqamətdə hansı işləri görə bilər? N.Paşinyanın da qəzəbinə tuş gəlmiş Qarabağ klanının cinayətkar liderlərinin beynəlxalq məhkəmə qarşısında dayanmasına nail olmaq mümkündürmü?

Politoloq Arzu Nağıyev də eks-prezidentlərin cəzalandırılması zərurətindən bəhs etdi: “Maraqlı məqam ondan ibarətdir ki, eyni gündə, yəni 25 fevralda Ermənistanın iki eks-prezidenti - Köçəryan və Sərkisyan məhkəmə qarşısına çıxarıldılar. Məlumdur ki, Köçəryan konstitusiya quruluşunun devrilməsi və külli miqdarda rüşvət almaqda ittiham olunur. O, 2018-ci ildə həbs edilib və 2008-ci ildə seçkilər zamanı törətdiyi cinayətlərə görə ittiham olunur. O vaxt da prezidentliyi Serj Sərkisyana verdi. 2008-ci ilin martında, Paşinyanın o vaxtkı ”xaç atası" olan Levon Ter-Petrosyanın tərəfdarları etiraz aksiyaları təşkil etdilər və təbii ki, hakimiyyət tərəfindən ordu vasitəsilə vəhşicəsinə dağıdıldı. Nəticədə 10 nəfər öldü, 250 dən çox sakin yaralandı. Hazırda müttəhim kürsüsündə sabiq müdafiə naziri, baş qərargah rəisi və ərazi idarəetmə naziri də əyləşiblər. Sərkisyan isə dövlət başçısı olduğu vaxt külli miqdarda dövlət büdcəsinin talan edilməsi və böyük məbləğdə rüşvət alma ittihamı ilə məhkəməyə çıxarılıb. Burada da bir sıra sabiq nazirlər və Sərkisyana yaxın biznesmenlər müttəhim kürsüsündə əyləşiblər. Yəni Paşinyan bu həbsləri nə qədər demokratiya adı ilə həyata keçirməyə çalışsa da, fakt budur ki, Ermənistan total korrupsiyaya uğramış bir dövlət imicini qazanır. Ümumiyyətlə, istər MDB məkanında, istərsə də postsovet məkanında belə bir hadisə baş verməyib ki, iki eks-prezident siyasi rejimi öz xeyirlərinə korrupsiya sxemləri ilə idarə etsin. Bu, eyni zamanda havadar dövlətlərin də xoşuna gəlməyən məqamdır.

Bu proseslər Dağlıq Qarabağ münaqişənin həlli baxımından da istər ATƏT, istərsə də digər beynəlxalq qurumlar üçün bir siqnal olmalı və onlar da özləri üçün nəticələr çıxarmalıdırlar. Yəni Azərbaycan tək terroru dəstəkləyən, ərazi bütövlüyünü pozan, separatçılığa meylli, işğalçı bir rejimlə deyil, eyni zamanda, korrupsioner rəhbərliyi ilə öz vətəndaşına qarşı siyasət həyata keçirən bir dövlətlə üz-üzədir. Məhz bu faktor qərarlar qəbul ediləndə nəzərə alınmalıdır və bu faktlardan Azərbaycan mütləq şəkildə istifadə etmək hüququna malikdir".

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, keçmiş dövlət başçılarına qarşı aparılan məhkəmə nə qədər Ermənistanın daxili işi olsa da, onların Azərbaycanda törətdikləri cinayətə görə məsuliyyət daşıdıqlarını dilə gətirməyin əsil zamanıdır: “Azərbaycanın hüquq-mühafizə orqanları onların cinayətlərini ortaya qoymalı, hətta onların mühakimə olunduqları orqanlara əlavə materiallar göndərməlidir. Yəni tutaq ki, Sərkisyan korrupsiyada ittiham olunur, ona əlavə olaraq Xocalıda törədilən cinayət faktlarını da əlavə etmək üçün material göndərilməli və bunu dünyaya yaymalıyıq. Məncə, bunun təbliğatı effekti də olar. Bizim uzun illər Ermənistanın başında olan bu şəxslərlə Qarabağ məsələsində anlaşmadığımızın da səbəbi kimi önə sürə bilərik ki, onlar cinayətkar idilər. Bundan yaxşı fakt ola bilməz”.

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Azərbaycana qarşı hərbi əməliyyat və hərbi cinayətdə iştirak edən Robert Köçəryan və Serj Sərkisyanın Ermənistanda mühakimə edilməsi ədalətin təcəssümüdür: “Bundan əlavə, bu iki şəxsin erməni xalqına qarşı cinayətinin bariz nümunəsidir. Robert Köçəryanın öz xalqına qarşı cinayət törətdiyi sübut olunub və məhz buna görə həbs edilib. Serj Sərkisyan da maliyyə fırıldağında dövlətə qarşı cinayətlərdə suçlanır, buna görə məhkəməyə çağırılır. Onun da mühakimə olunması istisna deyil. Göründüyü kimi, hər iki şəxs öz hakimiyyətlərindən sui-istifadə edərək Ermənistana xəyanət ediblər və ona görə də onlar haqqında həbslər reallaşıb. Əgər onlar bunu etməsəydilər, təbii ki, Ermənistanda mühakimə olunmazdılar”.

Politoloq qeyd etdi ki, öz xalqına qarşı cinayət edən şəxslər Azərbaycana qarşı da hərbi cinayət törədiblər: “Sərkisyan Xocalı soyqırımının təşkilatçısıdır. Həmin vaxt Köçəryan Dağlıq Qarabağdakı rejimin rəhbəri olub. Hər iki şəxs müharibə cinayətlərinə görə Beynəlxalq Haaqa Tribunalına çıxarıla bilər. Sərkisyan özü Xocalı qətliamını etiraf edib. Ona görə də bu iki şəxsin Azərbaycana ekstradisiyasına hüquqi zəmin var. Unutmayaq ki, hər iki şəxs vaxtilə Azərbaycanın vətəndaşları olub. Ona görə də Azərbaycan öz iki vətəndaşının törətdiyi cinayətə görə həbsini və ekstradisiyasını tələb edə bilər. Azərbaycan bu istiqamətdə Ermənistanın indiki rəhbərliyi ilə danışıqlar aparmalı və iki şəxsi tələb etməlidir. Hesab edirəm ki, bu, lazımdır və bizim nə qədər haqlı olduğumuzun göstəricisi olar”.

Ekspert şübhə etmir ki, Paşinyan hakimiyyəti bu iki şəxsi bizə verməz: “Amma onların Ermənistanda törətdiyi cinayətlərə görə dəmir barmaqlılar arasına salınması həm də Azərbaycan xalqına qarşı cinayətlərinin cəzasıdır. Bu, məsələnin mənəvi tərəfidir. Biz daima qeyd edirik ki, mütləq hər iki şəxs həbs edilməli və mühakimə edilməlidir. Kim bilərdi ki, 20 il hakimiyyəti qəsb edənlər indi öz canları ilə əlləşəcək? Ona görə də Azərbaycan hərəkətə keçməli və hər iki şəxsin tribunala verilməsini, ekstradisiyasını tələb etməlidir. Bu, bizim mövqeyimizi gücləndirəcək”.

Xocalı soyqırımı ilə bağlı məsələyə Beynəlxalq Cinayət Məhkəməsində baxılmamasına aydınlıq gətirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Əliyeva isə mətbuata açıqlamasında qeyd edib ki, Xocalı faciəsi 1992-ci ildə baş verib, Beynəlxalq Cinayət Məhkəməsi isə 2002-ci ildə yaradılıb: “Bu günə qədər nə Azərbaycan, nə Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını qəbul etmir. Ona görə də Xocalı ilə bağlı ancaq milli səviyyədə həmin şəxslər barəsində cinayət işi açılıb”.

Ancaq Haaqadakı Beynəlxalq Məhkəmə (Haaqa Tribunalı) çoxdan mövcuddur və 1995-cü ildə Serebrenitsada müsəlman əhaliyə qarşı həyata keçirilən soyqırıma görə hərbi caniləri - Radovan Karaciç və Radka Mladiçi mühakimə edərək ömürlük həbsə məhkum edib. Onlardan biri - Karaciç artıq zindanda ölüb.
“Yeni Müsavat”

Paylaş:
Digər xəbərlər

Hadisə

14-03-2020, 13:32

Vergilər Nazirliyinin külli miqdarda vəsaiti mənimsənildi — Cinayət İŞİ

Araşdırma

11-03-2020, 12:00

YAP-ın rayon təşkilatı sədrinin oğlu barəsində cinayət işi başlanıldı - TƏFƏRRÜAT

Hadisə

9-03-2020, 16:10

Həbsdə olan baş həkimdən YENİ XƏBƏR

Hadisə

9-03-2020, 12:20

Bakıda itkin düşən 4 nəfər tapıldı

Sosial

6-03-2020, 14:00

Yol qəzalarında 4 nəfər öldü

Siyasət / Dünya

5-03-2020, 11:19

Serj Sarqsyanın Aprel döyüşləri ilə əlaqədar dindiriləcəyi tarix açıqlandı

Video

3-03-2020, 15:00

Bakı polisi bir gündə 28 nəfər saxladı

Hadisə

27-02-2020, 13:02

Bakı polisi bir gündə 20 nəfəri saxladı

Siyasət

26-02-2020, 12:37

Xocalı soyqırımı üzrə beynəlxalq tribunalın yaradılması üçün kifayət qədər hüquqi faktlar var - Ombudsman Aparatı

Son xəbərlər
  • Dün, 23:43
    Rusiya 11 vətəndaşının azad edilməsini prioritet hesab edir – Zaxarova
  • Dün, 19:14
    Rusiya 11 vətəndaşının azad edilməsini prioritet hesab edir – Zaxarova
  • Dün, 18:33
    “Mediada Yalanlar və Tarixi Parallellər
  • Dün, 18:02
    Qarabağ FK bu gün Newcastle United F.C.ni qəbul edir
  • Dün, 18:00
    “Ayıq sürücü” Land Rover markalı Range Roverdən 11 min manat oğurlayıb
  • Dün, 17:58
    İrəvanda seçki ərəfəsində hərbi parad planlaşdırılır
  • Dün, 17:56
    Başqırdıstanın mədəniyyət naziri saxlanılıb
  • Dün, 17:55
    Qanunsuz saxlanılan 192 mərmi, 11 tüfəng aşkar edilərək götürülüb
  • Dün, 17:54
    Mingəçevirdə şagird məktəbin ikinci mərtəbəsindən yıxılıb
  • Dün, 17:52
    Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi əməkdaşı Xocalı rayonunda minaya düşüb
  • Dün, 17:51
    Borclu şəxs qismində axtarışda olan 143 nəfər saxlanılıb
  • Dün, 17:49
    Göyçayda mübahisə zamanı 36 yaşlı kişi ölüb
  • Dün, 17:47
    Bakıda bərbər müştərisinin təqaüdünü talayıb
  • Dün, 17:44
    Xəzər sahilində suiti cəsədləri tapılıb
  • 17-02-2026, 16:08
    İdrak Liseyində yaralanan müəllim evə buraxılıb
  • 17-02-2026, 16:07
    Naxçıvanda dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb
  • 17-02-2026, 16:05
    Nikol Paşinyan və Anna Akopyan vətəndaş nikahını bitirdi
  • 17-02-2026, 16:03
    Ruben Vardanyan 20 il həbs cəzasına məhkum edildi
  • 17-02-2026, 16:01
    Adil Əliyev-ə töhmət verildi
  • 17-02-2026, 12:03
    “AzerGold” QSC rəqəmsal transformasiya üzrə yeni mərhələyə başlayıb
  • 17-02-2026, 11:23
    Dünyada “ofissiz iş” modeli genişlənir: Azadlıq artır, sosial təminat sual altındadır
  • 17-02-2026, 08:23
    Azərbaycan-Serbiya əlaqələri yüksələn xətt üzrə inkişaf edir
  • 16-02-2026, 21:37
    Sələmçi 23 bıçaq zərbəsi ilə öldürüldü – qanlı hadisənin şahidi danışdı
  • 16-02-2026, 21:35
    AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
  • 16-02-2026, 21:33
    Bərdədə yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib
  • 16-02-2026, 21:31
    TƏBİB-də rəhbər dəyişikliyi: Anar İsrafilov səlahiyyətləri icra edəcək
  • 16-02-2026, 21:31
    Vüqar Qurbanovu vəzifəsindən Müşahidə Şurası azad edib
  • 16-02-2026, 19:59
    Alen Simonyan: “Sonuncu erməni məhbus qayıdanadək danışıqlar dayanmayacaq”
  • 16-02-2026, 14:41
    DSX Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul elan edir
  • 16-02-2026, 12:21
    Bakıda 5 moped və telefon oğurluğunda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
  • 16-02-2026, 12:18
    Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində iki yeni müavin təyin olunub.
  • 16-02-2026, 08:43
    Azərbaycanın xarici siyasətinin növbəti Münhen uğuru
  • 15-02-2026, 15:52
    Almaniyada yenidən bank qarəti
  • 15-02-2026, 15:48
    Almaniya XİN: “Bizə ABŞ-nin məsləhətinə ehtiyacımız yoxdur”
  • 15-02-2026, 15:46
    Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gedib
Daha çox
Çox oxunanlar
16-02-2026, 14:41
DSX Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul elan edir
16-02-2026, 08:43
Azərbaycanın xarici siyasətinin növbəti Münhen uğuru
17-02-2026, 08:23
Azərbaycan-Serbiya əlaqələri yüksələn xətt üzrə inkişaf edir
12-02-2026, 10:37
Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edilib
14-02-2026, 11:04
Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir
16-02-2026, 12:18
Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində iki yeni müavin təyin olunub.
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
Dün, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
1-02-2026, 11:45
AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
1-02-2026, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
Sosial
“Ayıq sürücü” Land Rover markalı Range Roverdən 11 min manat oğurlayıb
Başqırdıstanın mədəniyyət naziri saxlanılıb
Qanunsuz saxlanılan 192 mərmi, 11 tüfəng aşkar edilərək götürülüb
Bakıda bərbər müştərisinin təqaüdünü talayıb
Xəzər sahilində suiti cəsədləri tapılıb
İdrak Liseyində yaralanan müəllim evə buraxılıb

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə