USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Dövlət İmtahan Mərkəzi 44 mindən çox şagird üçün imtahan keçirəcək

Sosial / Hadisə

14-04-2022, 11:09

Dövlət İmtahan Mərkəzi 44 mindən çox şagird üçün imtahan keçirəcək

Dövlət İmtahan Mərkəzi 16-17 apreldə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirəcək.

Mərkəzdən verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

-İmtahana buraxılış vərəqəsi;

-Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

-Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından aprelin 7-dən etibarən çap edib götürə bilirlər.

İmtahanlar 16-17 aprel tarixlərində respublikanın 23 şəhər və rayonunda keçiriləcək.

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 192 imtahan binası, 3400 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 192 ümumi imtahan rəhbəri, 550 imtahan rəhbəri, 4219 nəzarətçi-müəllim, 400 buraxılışı rejimi əməkdaşı (mühafizə), 192 bina nümayəndəsi ayrılıb.

Aprelin 16-da keçiriləcək imtahanda 23 107, aprelin 17-də keçiriləcək imtahanlarda isə 21 749 nəfər olmaqla, ümumilikdə 44 856 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanlarda 8 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

İmtahana 1 gün qalmış təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədin üz tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını aşağı salaraq üzünü göstərməlidir.

DİM tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun imtahanların keçirilməsi qaydaları ilə bağlı maarifləndirici videoçarx və davranış qaydaları ilə buradan tanış ola bilərsiniz.

Paylaş:
Digər xəbərlər

Sosial

14-02-2022, 07:39

İmtahan nəticələri bu gün açıqlanacaq

Sosial

17-09-2021, 14:59

Bazar günü dövlət qulluğuna imtahanı keçiriləcək

Sosial

16-07-2021, 14:18

I və IV qrupa harılaşanların nəzərinə

Sosial

15-07-2021, 08:21

Bu gün II ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək

Sosial

1-07-2021, 09:41

Bu gün 17 mindən çox abituriyentə imtahan var

Sosial

29-06-2021, 10:59

Ali məktəblərə qəbul imtahanları başlayır - TARİXLƏR

Sosial

23-06-2021, 16:07

DİM: 9 və 11-ci sinif şagirdləri arasında oxuyub-yazmağı bacarmayanlar var

Sosial

9-06-2021, 09:35

Bu ixtisaslara qəbul imtahanları başlayır

Sosial

3-06-2021, 08:37

Bu gün 20 mindən çox 9-cu sinif şagirdi buraxılış imtahanı verəcək

Sosial

2-06-2021, 08:09

Bu gün 18 mindən çox şagird imtahan verəcək

Sosial

21-05-2021, 09:44

DİM buraxılış imtahanı verəcək şagirdlərə müraciət etdi

Sosial

17-05-2021, 13:20

Yaz imtahan sessiyası distant keçiriləcək - ƏMR

Son xəbərlər
  • Bugün, 14:41
    DSX Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul elan edir
  • Bugün, 12:21
    Bakıda 5 moped və telefon oğurluğunda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
  • Bugün, 12:18
    Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində iki yeni müavin təyin olunub.
  • Bugün, 08:43
    Azərbaycanın xarici siyasətinin növbəti Münhen uğuru
  • Dün, 15:52
    Almaniyada yenidən bank qarəti
  • Dün, 15:48
    Almaniya XİN: “Bizə ABŞ-nin məsləhətinə ehtiyacımız yoxdur”
  • Dün, 15:46
    Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gedib
  • 14-02-2026, 18:51
    Şirvanda 6 nəfər külli miqdarda narkotiklə saxlanıldı
  • 14-02-2026, 18:49
    Kəmaləddin Heydərov 3 müavinini vəzifədən azad edib
  • 14-02-2026, 18:47
    AXCP fəalı Vüqar Qədirov aclıq aksiyasına başlayıb
  • 14-02-2026, 11:04
    Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir
  • 13-02-2026, 17:55
    Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib
  • 13-02-2026, 17:38
    Ata Abdullayev azadlığa buraxılıb
  • 12-02-2026, 23:05
    ABŞ Yaxın Şərqə daha bir aviadaşıyıcı göndərə bilər
  • 12-02-2026, 23:04
    Kim Çen In 13 yaşlı qızını varis təyin edib
  • 12-02-2026, 23:01
    Paşinyanın Tehrana səfərinin detalları açıqlandı
  • 12-02-2026, 10:37
    Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edilib
  • 11-02-2026, 22:44
    Türkiyə parlamentində yeni nazir təyinatları ilə bağlı dava düşüb
  • 11-02-2026, 22:41
    ABŞ-ın Vitse-prezidenti: Azərbaycana səfərim möhtəşəm oldu
  • 11-02-2026, 22:38
    Mitsotakis Ərdoğanla Kipr məsələsini müzakirə edib
  • 11-02-2026, 22:36
    İlham Əliyev: Dövlət qurumları arasında rəqəmsal sahədə sıx koordinasiya təmin olunmalıdır
  • 11-02-2026, 22:35
    Cevdet Yılmaz: “Millət TBMM-də bu cür görüntüləri haqq etmir”
  • 11-02-2026, 12:31
    “AzerGold” QSC-nin təsis edilməsindən 11 il ötür
  • 11-02-2026, 12:15
    Cəlilabadda narkotik əməliyyatı: 3 nəfər saxlanılıb
  • 11-02-2026, 11:23
    Türkiyədə Nazirlər Kabinetində Kadr Dəyişikliyi Edilib
  • 11-02-2026, 11:21
    DİN: Bir gündə 58 cinayətin açılması təmin olunub
  • 11-02-2026, 11:19
    Norveçin Ali Baş Komandanı: Rusiya hücum edə bilər
  • 11-02-2026, 11:17
    Türkiyədə 4,1 bal gücündə zəlzələ olub
  • 11-02-2026, 11:16
    Qanunsuz saxlanılan silah-sursat aşkarlandı
  • 11-02-2026, 11:14
    Zərdabda 7 nəfər narkotiklərlə saxlanılıb
  • 11-02-2026, 11:13
    Prezident İlham Əliyev Məsud Pezeşkiana təbrik məktubu ünvanlayıb
  • 11-02-2026, 11:12
    Azər Qasımlının cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb
  • 10-02-2026, 20:33
    Paşinyan: İrəvan və Bakı arasındakı sülh danışıqları geri dönüşü olmayan prosesdir
  • 10-02-2026, 20:30
    206 nömrəli marşrut xəttinə yeni avtobuslar buraxılır
  • 10-02-2026, 20:28
    Bakıda Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Daha çox
Çox oxunanlar
11-02-2026, 11:14
Zərdabda 7 nəfər narkotiklərlə saxlanılıb
10-02-2026, 10:30
Sürətli dəb planetə necə zərər vurur? – Ekoloqlardan xəbərdarlıq
11-02-2026, 11:16
Qanunsuz saxlanılan silah-sursat aşkarlandı
11-02-2026, 11:23
Türkiyədə Nazirlər Kabinetində Kadr Dəyişikliyi Edilib
11-02-2026, 12:31
“AzerGold” QSC-nin təsis edilməsindən 11 il ötür
11-02-2026, 11:12
Azər Qasımlının cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
1-02-2026, 11:45
AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
1-02-2026, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 20:09
Avropada həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək kampaniyası davam edir
29-01-2026, 13:39
Məhkəmə Şəmşad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verib
Sosial
DSX Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul elan edir
Bakıda 5 moped və telefon oğurluğunda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
Şirvanda 6 nəfər külli miqdarda narkotiklə saxlanıldı
Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edilib
Cəlilabadda narkotik əməliyyatı: 3 nəfər saxlanılıb
206 nömrəli marşrut xəttinə yeni avtobuslar buraxılır

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə