Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Yolu qarşı tərəfə keçmək istəyən naməlum şəxsi avtomobil vurub.
Piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.