Azərbaycanda 14 nəfər xarici ölkə vətəndaşı əfv edilib. Onlardan həbsdə 7 nəfər Gürcüstan vətəndaşıdır.
Prezident İlham Əliyev, Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv sərəncamı imzalayıb.
Sözügedən şəxslərin siyahısını aşağıda sizə təqdim edirik:
● Osmanov Roman Şaliko oğlu, 1983-cü ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2021-ci il 20 may tarixli hökmü ilə məhkum edilmişdir.
● Ramazanov Kurban Vəli oğlu, 1983-cü ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2020-ci il 7 avqust tarixli hökmü ilə məhkum edilmişdir.
● Vəliyev Mehralı Kamil oğlu, 1976-cı ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2020-ci il 21 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.
● Məsimov Şahbədin Məsim oğlu, 1957-ci ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 21 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.
● İsmailov İsmail, 1994-cü ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2022-ci il 18 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.
● İsayev İlham Qasım oğlu, 1981-ci ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2021-ci il 20 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.
Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 1 nəfər Gürcüstan vətəndaşının isə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb:
● Əhmədov Tafdıq Camal, 1958-ci ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2021-ci il 12 iyul tarixli hökmü ilə məhkum edilmişdir.