USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Polis Abşeronda narkotacirlərə qarşı əməliyyat keçirib

Sosial / Hadisə

8-07-2023, 14:10

Polis Abşeronda narkotacirlərə qarşı əməliyyat keçirib


Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son bir neçə gündə Qobu, Mehdiabad, Masazır, Saray qəsəbələri və digər ərazilərdə cinayətlərin qarşısının alınması, eləcə də qeydə alınan müxtəlif hüquqpozmalara qarşı təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Qobu Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında qəsəbə ərazisində həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs tutulub.

Belə ki, bölməyə Abşeron rayon sakini Tural Məmmədovda odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs təxirəsalınmaz əməliyyat nəticəsində saxlanılıb. Üzərinə baxış zamanı Tural Məmmədovdan bir ədəd “Kalaşnikov” markalı avtomat, 10 ədəd patron və həmin silaha aid “daraq” aşkar edilərək götürülüb. Tural Məmmədov avtomatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə Saray, Mehdiabad və Masazır qəsəbələrində müxtəlif vaxtlarda 25 fərdi yaşayış evindən silsilə oğurluqlar edən, əvvəllər məhkum olunmuş Rail Quliyev saxlanılıb. Onun evlərdən, pul, qızıl-zinət, təmir-tikinti və məişət əşyaları oğurladığı müəyyən edilib. Rail Quliyev ifadəsində Abşeron rayonu ilə yanaşı, paytaxtın Binəqədi və digər ərazilərində də çoxsaylı mənzil oğurluqları etdiyini bildirib.

Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı isə üzərində odlu silah gəzdirən Emin Əliyev və narkotik maddələrin satışını təşkil edən Rauf Mikayılov saxlanılıblar. Emin Əliyevin üzərindən bir ədəd “Makarov” markalı tapança, beş ədəd patron, bir ədəd sandıqça, Rauf Mikayılovdan isə onlayn yolla əldə etdiyi, çəkisi iki kiloqram olan heroin və psixotrop maddə metamfetamin aşkar edilib.

Abşeron Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının qeyd edilən tədbirlər çərçivəsində həyata keçirdikləri əməliyyatlar zamanı isə Xırdalan şəhəri və ətraf qəsəbələrdə narkotiklərin satışı ilə məşğul olan mütəşəkkil dəstənin üzvləri – Elşən Əsədov və Ayxan Aslanov saxlanılıblar. Bu şəxslərdən ümumilikdə üç kiloqram heroin və bir kiloqrama yaxın metamfetamin aşkar edilib. Araşdırmalarla müəyyən edilib ki, Elşən Əsədov və Ayxan Aslanov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdiyi narkotikləri satmaq niyyəti ilə qəbul ediblər.

Şöbə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı isə Abşeron rayonu ilə yanaşı, paytaxt və Sumqayıt şəhərində 50-dən artıq velosiped və skuter oğurlayan əvvəllər məhkum olunmuş Murad Qubadov saxlanılıb. Onun iaşə obyektlərində kuryer fəaliyyəti ilə məşğul olan şəxslərin istifadəsində olan velosiped və skuterləri oğurlayaraq satdığı müəyyən edilib.

Saxlanılan şəxslərin hər biri barəsində İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Paylaş:
Digər xəbərlər

Sosial / Hadisə

12-06-2023, 18:25

Abşeron polisi qanunsuz odlu silah gəzdirən şəxsləri saxlayıb

Sosial / Hadisə

19-05-2023, 12:39

Həbsdə olan şəxsin bağ evində silah-sursat aşkar edilərək götürülüb

Sosial / Hadisə

24-04-2023, 12:15

Bakıda “Kalaşnikov” satmaq istəyən şəxs saxlanıldı

Sosial / Hadisə

30-03-2023, 19:06

Polis silahlı Bakı şəhər sakinini saxlayıb

Sosial / Hadisə

20-03-2023, 11:15

“Makarov” tapanca satmaq istəyən şəxs saxlanılıb

Gündəm / Sosial / Hadisə

3-03-2023, 08:54

Polislə narkotacirlər arasında silahlı insident

Sosial / Hadisə

25-01-2022, 08:18

Polis Şəmkirdə vətəndaşdan silah və narkotik vasitə aşkar edib

Hadisə

18-12-2021, 12:12

Bakıda avtomobilə avtomat silahdan atəş açılıb

Sosial

10-08-2021, 11:52

Gəncə sakinindən silah götürülüb

Hadisə

25-05-2020, 16:25

Bakıda silahlı narkotacir saxlanıldı

Hadisə

6-05-2020, 12:37

Bakıda əməliyyat: Keçmiş məhkum silahla yaxalandı - VİDEO

Hadisə

9-04-2020, 09:27

Bakıda ölən atasından qalan tapançanı saxlayan şəxs tutuldu

Son xəbərlər
  • Bugün, 14:19
    Ələt yaxınlığında yeni yük hava limanı tikilir
  • Bugün, 14:17
    İran Hörmüz boğazını ödənişsiz açmağa razılaşıb – ABŞ-la razılaşma müzakirə olunur
  • Bugün, 14:16
    Bakı-Naxçıvan-Bakı aviareysləri ləğv olunub
  • Bugün, 14:14
    Köhnə IVECO avtobusları yenidən Bakı küçələrinə qayıdır
  • Bugün, 13:23
    Türkiyə millisi dünya çempionatında uğursuz start götürdü
  • Dün, 23:30
    Ukrayna dronları Krımda kimya zavoduna zərbə endirib
  • Dün, 23:29
    ABŞ NATO üçün Avropadakı hərbi dəstəyini azaldacaq
  • Dün, 23:23
    Ukrayna Krıma gedən körpülərə zərbə endirib
  • Dün, 23:21
    İran “İslamabad Memorandumu”nun sabah imzalanacağını təkzib edib
  • Dün, 23:20
    Zaqatalada ilan sancması: bir nəfər ölüb, daha bir nəfər xəstəxanaya yerləşdirilib
  • Dün, 22:50
    Flora Kərimova xəstəxanaya yerləşdirilib
  • Dün, 18:49
    Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib
  • Dün, 18:41
    Ukrayna Rusiyanın cənubunda neft-qaz infrastrukturuna zərbələr endirib
  • Dün, 18:38
    Gömrükdə əməliyyat: 3 əməkdaş sərbəst buraxılıb, 1 nəfər həbs edilib
  • Dün, 18:37
    İrandan PUA vasitəsilə narkotik keçirilməsinin qarşısı alınıb
  • Dün, 18:35
    Ermənistanda səslərin yenidən sayılması: nəticələrdə dəyişikliklər qeydə alınıb
  • Dün, 17:16
    Bu gün Azərbaycanda “Son zəng” keçirilir
  • Dün, 16:34
    Ramiz Mehdiyevin ailəsinə məxsus. “Bank BTB” adını dəyişdi və BOKT-a çevrildi
  • Dün, 16:29
    Litvada hava həyəcanı: qırıcılar havaya qalxdı, dron şübhəsi aerostat çıxdı
  • Dün, 16:01
    ADY yay mövsümü üçün əlavə qatar reysləri təyin edib
  • Dün, 15:58
    Hikmət Hacıyev: “Orta Dəhliz strateji geoiqtisadi sistemə çevrilir”
  • Dün, 15:57
    Şuşada TDT ölkələrinin rəqabət qurumları rəhbərlərinin iclası keçirilir
  • Dün, 15:55
    Polis əməliyyat keçirdi: 47 kiloqramdan çox narkotik aşkarlanıb
  • Dün, 15:54
    Bakıda restoranda 5 min dollar oğurlayan şəxs saxlanılıb
  • Dün, 15:51
    Əli Xameneinin dəfn mərasiminin keçiriləcəyi tarix açıqlanıb
  • Dün, 15:08
    Hindistanda hərbi təyyarə qəzası: 5 nəfər ölüb
  • Dün, 15:04
    İlham Əliyev III Çarlzı təbrik edib
  • Dün, 01:38
    Netanyahu Prezident İlham Əliyevi təbrik edib
  • 12-06-2026, 22:51
    Balakəndə 10 tona yaxın yabanı çətənə kolu məhv edilib
  • 12-06-2026, 22:50
    Göyçayda avtoxuliqanlıq edən sürücülər həbs edildi
  • 12-06-2026, 22:43
    Şahbaz Şərif: “Sülh sazişinin yekun mətni artıq razılaşdırılıb”
  • 12-06-2026, 22:41
    İnsan haqları müdafiəçisi Rüfət Səfərova 8 il həbs cəzası verilib
  • 12-06-2026, 14:55
    Şuşada abidələrin razılaşdırılmadan köçürülməsi qadağan ediləcək
  • 12-06-2026, 14:53
    Paşinyan Putini Rusiya Günü münasibətilə təbrik edib
  • 12-06-2026, 14:50
    İlham Əliyev Vladimir Putini Rusiya Günü münasibətilə təbrik edib
Daha çox
Çox oxunanlar
9-06-2026, 14:13
Qarabağ Universitetinin fəaliyyətinə 17 milyon manat ayrılıb
11-06-2026, 15:19
“İdrak” liseyində müəllimin güllələnməsi işi: Silah sahibi də cinayət məsuliyyətinə cəlb olunub
9-06-2026, 13:18
Abid Qafarovdan yeni təşəbbüs: “NO-ID Journalism” layihəsi təqdim olundu
8-06-2026, 00:06
Ermənistanda exit-poll: Paşinyanın partiyası parlament seçkilərində liderdir
10-06-2026, 01:32
NASA 2027-ci ildə Ay missiyasına qatılacaq astronavtları açıqladı
9-06-2026, 02:10
Berlində həbsdə olan qadın jurnalistlər və dini inanclı qadınlara dəstək aksiyası keçiriləcək
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Köhnə IVECO avtobusları yenidən Bakı küçələrinə qayıdır
Bu gün Azərbaycanda “Son zəng” keçirilir
İlham Əliyev III Çarlzı təbrik edib
Balakəndə 10 tona yaxın yabanı çətənə kolu məhv edilib
Bakı–Qəbələ qatarı iyulun 4-dən Ucar stansiyasında da dayanacaq
Lavrov: Ermənistanın KTMT-dən çıxarılması məsələsi gündəmə gələ bilər

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə