USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər olundu. Bəzi cərimələr artdı

Sosial / Hadisə

17-07-2023, 18:25

  İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər olundu. Bəzi cərimələr artdı

Prezident İlham Əliyev Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа Azərbaycan Respublikasının Qanunu təsdiqlətib.

Prezident.az-ın məlumatına görə, sənəddə deyilir:

“Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində аşаğıdаkı dəyişikliklər еdilsin:

1. 27.3-cü maddəyə “333,” rəqəmlərindən sonra “333-1,” rəqəmləri əlavə edilsin və həmin maddədə “və 343-cü” sözləri “, 343 və 343-1-ci” sözləri ilə əvəz edilsin.

2. 43.1-ci maddəyə “333,” rəqəmlərindən sonra “333-1,” rəqəmləri, “334,” rəqəmlərindən sonra “334-1,” rəqəmləri, “338.7,” rəqəmlərindən sonra “338.10,” rəqəmləri əlavə edilsin və həmin maddədə “343” rəqəmləri “343.1 – 343.7, 343.9, 343-1.1 – 343-1.9, 343-1.11” rəqəmləri ilə əvəz edilsin.

3. 96.1.4-cü maddədə və 315.3-cü maddənin dispozisiyasında “göstərən” sözü “edən” sözü ilə əvəz edilsin.

4. 327-ci maddə üzrə:

4.1. 327.2-ci maddənin sanksiyasında “altmış” sözü “səksən” sözü ilə əvəz edilsin;

4.2. 327.3-cü maddənin dispozisiyasına “pozulmasına” sözündən sonra “və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə” sözləri əlavə edilsin və həmin maddənin sanksiyasında “səksən” sözü “yüz” sözü ilə əvəz edilsin;

4.3. 327.4-cü maddənin sanksiyasına “yüz” sözündən sonra “əlli” sözü əlavə edilsin;

4.4. 327.7-ci maddənin dispozisiyasına “333.1,” rəqəmlərindən sonra “333-1.1,” rəqəmləri və “343.1” rəqəmlərindən sonra “, 343-1.1” rəqəmləri əlavə edilsin;

4.5. 327.8-ci mаddənin sаnksiyаsında “iki” sözü “üç” sözü ilə əvəz edilsin və həmin maddənin sanksiyasına “idarə etmək hüququ” sözlərindən sonra “аltı аydаn” sözləri əlavə edilsin;

4.6. “Qeyd” hissəsinin 5-ci bəndində “və ya 343.1-ci” sözləri “, 333-1.1, 343.1 və ya 343-1.1-ci” sözləri ilə əvəz edilsin.

5. 328-ci maddə üzrə:

5.1. 328.3-cü maddənin sanksiyasında “yüz əlli” sözləri “iki yüz” sözləri ilə əvəz edilsin;

5.2. 328.4-cü maddənin sanksiyasında “iki yüz əlli” sözləri “üç yüz” sözləri ilə əvəz edilsin.

6. 332-ci maddə üzrə:

6.1. 332.3-cü maddənin sanksiyasında “iki” sözü “üç” sözü ilə əvəz edilsin;

6.2. 332.4-cü maddənin sanksiyasında “dörd” sözü “beş” sözü ilə əvəz edilsin.

7. 333-cü maddə üzrə:

7.1. adında və 333.1-ci maddənin dispozisiyasında “vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən” sözləri “vasitəsinin alkoqoldan” sözləri ilə əvəz edilsin;

7.2. 333.2-ci maddənin sanksiyasında “dörd yüz manatdan beş yüz manatadək məbləğdə” sözləri “beş yüz manat məbləğində” sözləri ilə əvəz edilsin və həmin maddənin sanksiyasına “on beş günədək” sözlərindən sonra “müddətə” sözü əlavə edilsin;

7.3. 333.4-cü maddənin dispozisiyasına “nəqliyyat vasitəsinin” sözlərindən sonra “alkoqoldan istifadə olunması nəticəsində” sözləri əlavə edilsin;

7.4. “Qeyd” hissəsi üzrə:

7.4.1. 1-ci bənddə “və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin” sözləri “göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində” sözləri ilə əvəz edilsin;

7.4.2. 2-ci bəndə “şəxsin” sözündən sonra “alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində yaranmış” sözləri əlavə edilsin.

8. Aşağıdakı məzmunda 333-1-ci maddə əlavə edilsin:

“Maddə 333-1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi

333-1.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə –

altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.

333-1.2. Bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –

nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

333-1.3. Bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə –

nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla doqquz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

333-1.4. Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə –

nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

333-1.5. Bu Məcəllənin 333-1.4-cü maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə –

nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.

Qeyd: Xüsusi texniki vasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya güclü təsir edən digər maddələrin qəbulunu göstərdiyi halda şəxsin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir.”.

9. 334-cü maddə üzrə:

9.1. adında və 334.1-ci maddənin dispozisiyasında “vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən” sözləri “vasitəsinin alkoqoldan” sözləri ilə əvəz edilsin;

9.2. 334.4-cü maddənin dispozisiyasına “nəqliyyat vasitəsinin” sözlərindən sonra “alkoqoldan istifadə olunması nəticəsində” sözləri əlavə edilsin.

10. Aşağıdakı məzmunda 334-1-ci maddə əlavə edilsin:

“Maddə 334-1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi

334-1.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə –

səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

334-1.2. Bu Məcəllənin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –

bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

334-1.3. Bu Məcəllənin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə –

min manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.

334-1.4. Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə –

bir aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.

334-1.5. Bu Məcəllənin 334-1.4-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə, yaxud həmin xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə –

iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.”.

11. 338-сi maddə üzrə:

11.1. 338.6-cı maddə ləğv edilsin;

11.2. 338.7-ci maddənin dispozisiyasında “338.4 – 338.6-cı” sözləri “338.4 və 338.5-ci” sözləri ilə və həmin maddənin sanksiyasında “səksən manatdan yüz” sözləri “yüz manatdan yüz əlli” sözləri ilə əvəz edilsin;

11.3. aşağıdakı məzmunda 338.8 – 338.10-cu maddələr əlavə edilsin:

“338.8. Bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə –

yüz əlli manat məbləğində cərimə edilir.

338.9. Bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə –

iki yüz manat məbləğində cərimə edilir.

338.10. Bu Məcəllənin 338.8 və 338.9-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə –

iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.”.

12. 342-ci maddə üzrə:

12.1. 342.1.3-cü maddəyə “olmamasına” sözündən sonra “və ya mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsinə” sözləri əlavə edilsin;

12.2. 342.7-ci maddənin dispozisiyasından “və ya mövcud standartlara uyğun olmayan” sözləri çıxarılsın və həmin maddənin sanksiyasında “altmış” sözü “yüz” sözü ilə əvəz edilsin.

13. 343-cü maddə üzrə:

13.1. adında “Sərxoşluq” sözü “Alkoqoldan istifadə olunması nəticəsində yaranmış sərxoşluq” sözləri ilə əvəz edilsin;

13.2. aşağıdakı məzmunda 343.1-1-ci maddə əlavə edilsin:

“343.1-1. Bu Məcəllənin 343.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –

nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək müddətə inzibati həbs tətbiq olunur.”;

13.3. 343.2-ci maddənin sanksiyasında “dörd” sözü “beş” sözü ilə əvəz edilsin;

13.4. aşağıdakı məzmunda 343.4-1-ci, 343.8-ci və 343.9-cu maddələr əlavə edilsin:

“343.4-1. Bu Məcəllənin 343.4-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –

on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.”;

“343.8. Bu Məcəllənin 338.8-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış yol hərəkəti iştirakçısının tibbi müayinədən imtina etməsinə görə –

yüz əlli manat məbləğində cərimə edilir.

343.9. Bu Məcəllənin 338.10-cu maddəsində nəzərdə tutulmuş hallarda alkoqoldan istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış yol hərəkəti iştirakçısının tibbi müayinədən imtina etməsinə görə –

iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.”.

14. Aşağıdakı məzmunda 343-1-ci maddə əlavə edilsin:

“Maddə 343-1. Narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina

343-1.1. Bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə –

altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.

343-1.2. Bu Məcəllənin 343-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –

nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

343-1.3. Bu Məcəllənin 333-1.2 və 333-1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə –

nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

343-1.4. Bu Məcəllənin 333-1.4 və 333-1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə –

nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.

343-1.5. Bu Məcəllənin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə –

səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

343-1.6. Bu Məcəllənin 343-1.5-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –

bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

343-1.7. Bu Məcəllənin 334-1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə –

bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

343-1.8. Bu Məcəllənin 334-1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə –

min manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.

343-1.9. Bu Məcəllənin 334-1.4 və 334-1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə –

iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.

343-1.10. Bu Məcəllənin 338.9-cu maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış yol hərəkəti iştirakçısının tibbi müayinədən imtina etməsinə görə –

iki yüz manat məbləğində cərimə edilir.

343-1.11. Bu Məcəllənin 338.10-cu maddəsində nəzərdə tutulmuş hallarda narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış yol hərəkəti iştirakçısının tibbi müayinədən imtina etməsinə görə –

iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.”.

15. 351-ci maddənin sanksiyasında “yüz manatdan yüz əlli” sözləri “beş yüz manatdan səkkiz yüz” sözləri ilə və “min manatdan min iki yüz” sözləri “iki min manatdan üç min” sözləri ilə əvəz edilsin”.

Paylaş:
Digər xəbərlər

Sosial / Hadisə

19-05-2023, 19:58

Azərbaycan və BƏƏ vətəndaşları qarşılıqlı olaraq vizasız səfər edərək 3 ay qala biləcəklər

Gündəm / Sosial / Hadisə / Müsahibə / Araşdırma

1-02-2023, 16:17

Tanınmış jurnalist Əvəz Zeynallı DTX -ın istintaq təcridxanasından etap olundu

Gündəm / Siyasət / Sosial

31-01-2023, 19:06

Cinayət və İnzibati Xətalar Məcəllələrinə dəyişikliklər təsdiqləndi

Gündəm / Sosial

18-11-2022, 19:56

İnzibati Xətalar Məcəlləsində dayanma və durma ilə bağlı dəyişiklik edilib

Sosial / Hadisə

8-04-2022, 20:45

Mayın 1-dən bu cərimələr 2 dəfə artacaq

Sosial

23-12-2021, 16:06

Daxili Qoşunların qulluqçularının maaşları artdı

Sosial

18-08-2021, 16:10

İlham Əliyev 2 sərəncam imzaladı

Sosial

13-02-2021, 00:58

Nizamlanmayan piyada keçidləri ləğv edilsin - TƏKLİF

Siyasət / Sosial

5-02-2021, 00:41

Prezident İlham Əliyev Altay Həsənovu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi

Siyasət / Sosial

1-02-2021, 17:37

Novruzda amnistiya aktı qəbul edilsin - TƏKLİF

Son xəbərlər
  • Bugün, 15:34
    ABŞ yaşıl kart müraciətçilərindən 100 min dollaradək təminat tələb edə bilər
  • Bugün, 13:56
    ABŞ yaşıl kart müraciətçilərindən 100 min dollaradək təminat tələb edə bilər
  • Bugün, 13:54
    Azərbaycanda yanacaq satışından əldə olunan gəlir 2 milyard manatı ötüb
  • 14-07-2026, 12:55
    “AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib
  • 14-07-2026, 12:46
    Qaz qurğularının xəritələrindən istifadəyə görə 20 manatlıq dövlət rüsumu ləğv edilir
  • 14-07-2026, 12:44
    AMEA-da rəhbər dəyişikliyi iddiaları: İsa Həbibbəylinin mümkün varisləri müzakirə olunur
  • 13-07-2026, 01:10
    Milli Məclis qumar oyunlarına görə cəzaları sərtləşdirib
  • 12-07-2026, 14:00
    TƏBİB: Hacıqabulda avtobus qəzasında xəsarət alan 28 nəfər evə buraxılıb
  • 12-07-2026, 13:57
    Bakıda internet kabeli üstündə yaranan mübahisə qətllə nəticələnib
  • 12-07-2026, 13:55
    Prezident İlham Əliyev Qətər Əmirinə başsağlığı verib
  • 12-07-2026, 13:52
    Prezident İlham Əliyev Qətər Əmirinə başsağlığı verib
  • 10-07-2026, 20:46
    Goranboyda iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
  • 10-07-2026, 20:43
    İlham Əliyev beynəlxalq maliyyə qurumlarının nümayəndələrini qəbul edib
  • 10-07-2026, 20:42
    Bakıda partlayışda ölənlərin sayı artdı
  • 10-07-2026, 14:13
    “AzerGold” QSC turizm blogerləri üçün Daşkəsən rayonuna və ÇİRES-ə infotur təşkil edib
  • 8-07-2026, 00:43
    Tramp: Türkiyəyə qarşı bütün sanksiyaları qaldırırıq
  • 7-07-2026, 01:11
    Ukrayna dronları Omsk neft emalı zavodunu vurdu
  • 7-07-2026, 01:09
    HƏMAS komandiri öldürüldü
  • 6-07-2026, 12:51
    “AzerGold”un 25-ci sikkə kolleksiyası dövlət şirkətinin 10 illik fəaliyyətinə həsr edilib
  • 6-07-2026, 01:00
    Yaponiya və Cənubi Koreya vətəndaşları Azərbaycana vizasız səfər edə biləcəklər
  • 5-07-2026, 17:33
    Ukrayna Rusiyanın üç raketini və 112 pilotsuz aparatını zərərsizləşdirib
  • 5-07-2026, 17:31
    Makron Suriyaya səfər edəcək
  • 5-07-2026, 17:28
    Ağdamda ata və iki övladı su anbarında batıb
  • 5-07-2026, 14:29
    “AzerGold” QSC-nin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
  • 5-07-2026, 14:07
    Merts koalisiyası Almaniyada böyük islahat paketi açıqladı
  • 5-07-2026, 12:08
    Müctəba Xamenei atasının dəfn mərasimində iştirak etməyəcək
  • 29-06-2026, 00:49
    Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
  • 28-06-2026, 23:49
    Polşa XİN rəhbəri Rusiyanın NATO ölkəsinə qarşı təxribat hazırlaya biləcəyini dedi
  • 28-06-2026, 23:47
    ABŞ və İran arasında nüvə danışıqları davam edir
  • 28-06-2026, 23:45
    DÇ-2026-da pley-off mərhələsi başlayır
  • 28-06-2026, 23:40
    İsrail hökuməti erməni soyqırımını tanıdı
  • 28-06-2026, 23:37
    İtaliyadan Türkiyəyə qanunsuz göndərilən minlərlə ton tekstil tullantısı aşkarlandı
  • 28-06-2026, 14:45
    Medvedev Ermənistana xəbərdarlıq etdi
  • 28-06-2026, 14:43
    Bakıda 37 yaşlı kişi bıçaqlandı
  • 28-06-2026, 14:40
    Luka Modriç dünya çempionatları tarixinə düşdü
Daha çox
Çox oxunanlar
10-07-2026, 14:13
“AzerGold” QSC turizm blogerləri üçün Daşkəsən rayonuna və ÇİRES-ə infotur təşkil edib
10-07-2026, 20:42
Bakıda partlayışda ölənlərin sayı artdı
10-07-2026, 20:43
İlham Əliyev beynəlxalq maliyyə qurumlarının nümayəndələrini qəbul edib
10-07-2026, 20:46
Goranboyda iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
13-07-2026, 01:10
Milli Məclis qumar oyunlarına görə cəzaları sərtləşdirib
12-07-2026, 13:55
Prezident İlham Əliyev Qətər Əmirinə başsağlığı verib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
ABŞ və İran arasında nüvə danışıqları davam edir
İsrail hökuməti erməni soyqırımını tanıdı
Almaniyada AfD ətrafında mübahisələr yenidən güclənib
Avropada rekord isti: Almaniyada temperatur 41 dərəcəni keçdi
Şuranın “Youth Innovating Democracy” tədbiri Strasburqda keçiriləcək

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə