İrəvanın Nork-Nork rayonunda polis bölməsinə hücum etməkdə şübhəli bilinən şəxslərdən ikisi həbs edilib.
Foto.info.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı bu ölkənin İstintaq Komitəsi yayıb.
Şübhəlilərdən daha biri isə özlərinin atdığı qumbaranın partlaması nəticəsində aldığı xəsarətlərə görə hələ də xəstəxanadadır. Onun barəsində hələ ki saxlanılma qərarı qüvvədədir.
Məlumata görə, onların hər üçü barəsində terrorçuluq, qanunsuz silah, onun komponentləri, sursat və digər qurğular daşımaqla bağlı ittihamlar irəli sürülüb.
Xatırladaq ki, martın 24-ü İrəvanda silahlı şəxslər polis idarəsinin binasına hücum ediblər. Hadisə nəticəsində hücumu törətməkdə şübhəli bilinən 2 nəfər yaralanıb.