USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Türkiyədə Ramazan bayramı ilə əlaqədar səkkiz günlük tətil zamanı baş verən qəzalarda həlak olanların sayı açıqlanıb.
Foto.info.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Məlumata görə, 4 998 avtomobil qəzasında 66 nəfər həyatını itirib, 8 352 nəfər isə yaralanıb.
Nazir bildirib ki, ümumilikdə 382 min 467 nəqliyyat vasitəsi texniki baxışdan keçirilib.
A.Yerlikaya sürücü və sərnişinlərə xəbərdarlıq edib:
“Xahiş edirəm, sürəti çox artırmayaq. Həm nəqliyyat vasitələrində, həm də avtobuslarda təhlükəsizlik kəmərini taxmağı unutmayaq. Yol hərəkəti qaydalarına əməl edək”./yenisabah.az/