USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Qarabağ əlili çarəsiz durumda... - GİLEY

Sosial

2-03-2020, 11:48

Qarabağ əlili çarəsiz durumda... - GİLEY "Düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, yerli məmurların pensiyasının yarısını, əmlakının hamısını apardığı xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlili Abbaszadə Xaliq Əvəz oğlu 7 ildir sığorta, yol polisi, məhkəmə, icra, sosial müdafiə məmurlarının dələduzluğu, dövləti cinayəti ilə üz-üzədir. Təsəvvür edin, əlilə aid olmayan, şəhid ailəsinə məxsus 90-HX-384 nömrəli “Slavuta” markalı reabilitasiya vasitəsinin “avtoşbala” məmur oğlu Fərid Zakir oğlu Hüseynovun 10-Ck-200 nömrəli “Nissan” maşını ilə tam yararsız hala salınıb , amma əlil Suraxanı yol polisi İsgəndərov tərəfindən 400 manat cərimə olunub! Bu azmış kimi, “Rəvan sığorta “ şirkəti müştərisi Fərid Hüseynov ilə cinayət əlaqəsinə girərək 10 min manatlıq -3 əlil avtomobilinin dəyərində defekt aktı tərtib edib, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlilindən 7 ildir 10 min manat tələb edir! 7 ildir Qarabağ əlili ona aid olmayan reabilitasiya vasitəsinin məhv edilməsinə görə saxta defekt aktı (bu saxtalığı vergi xidməti “Rəvan”ın və “Nurgün Motors” u bir neçə dəfə cərimələməklə təsbit edib ) ilə məhkəmələrdə “müalicə olunur “! Əlilin qarşılıqlı iddialarına, əlavə şəkər xəstəliyinə tutulmasına görə qaldırdığı iddiaya da rüşvət qarşılığında baxılmır". Bu sözlər foto.info.az-a göndərilən məqalədə yer alıb.

Məqalədə daha sonra deyilir: "Amma “Rəvansığorta”nın rüşvəti ilə Sabunçu məhkəməsi eyni predmet və əsaslar üzrə başqa məhkəmənin icraatında eyni tərəflər arasında iş olmasına baxmayaraq, əlilə və şəhidə qarşı iddianı icraata götürüb ! Və şəhidin varisi tapılmadığından sədr İlqar Abbasovun göstərişi ilə hakim İmran Burcayev 10 minlik iddia tələbini əlilə yönəldib “aidiyyatı” üzrə Suraxanı məhkəməsinə göndərilməsi haqqında qərardad qəbul edib və qərardaddan şikayət vermə müddəti keçməmiş Suraxanı məhkəməsinin artıq görəvdən alınan hakimi Ramil Həsənov gizlincə 28.11.2016 tarixli qətnamə ilə Qarabağ əlilinə qarşı 9 min manatlıq dələduzluğu təmin edib! Əlilin aidiyyatdan verdiyi şikayətə baxan Ali Məhkəmənin 16.05.2017 tarixli qərarı isə 3 ildir icra olunmur! (?) Əksinə, Sabunçu məhkəməsi və Suraxanı məhkəməsi (hakimi Ramil Həsənov ) , Suraxanı icra məmuru Vüsal Əliyev Ali Məhkəməyə, Konstitusiyaya hörmətsizlik edərək qüvvədə olmayan qətnamə “əsasında” icra sənədi olmadan əlilin pensiyasının yarısını, əmlakının hamısını dələduz “Rəvan” sığorta şirkətinə qurban veriblər. Qarabağ əlili Konstitusiyanı, “İcra haqqında” qanunun tələbini 3-7 ildir anlada bilmir. Bütün məhkəmələr, dövlət qurumları rüşvətin, korrupsiyanın qarşısında qanundan, Konstitusiyadan soraqsız olmalarını ortaya qoyub! Bircə Ali Məhkəmədən başqa! Ali Məhkəmə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hazırda Bakı İnzibati Məhkəməsi ) hakimi Miminat Hacıbəyovanın Qarabağ əlilinin ƏƏSMN yanında DSMF-ə qarşı iddiasının mümkün sayılmaması haqqında qərardadını qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin qərardadını ləğv edərək işi yenidən baxmağa göndərsə də, 1 BİİM -in keçmiş sədri , hazırda Xətai məhkəməsinə sədr təyin edilən Rəşid Rzayev cavabdeh ilə qeyri-prosessual münasibətə girərək 1 il ərzində isə baxılmasını təmin etməyib. Qarabağ əlilinin pensiyasını yarıqat edən Suraxanı icra məmuru Vüsal Əliyev isə, heç demə, əlilin bütün əmlakına da məhkəmə qərarı olmadan gizlincə yol polisi yolu ilə həbs qoydurub. Ölkədəki dərinləşən “məhkəmə -hüquq islahatları”nı indi göz önünə gətirin! Bir yanda sosial müdafiəyə, reabilitasiyaya , xaricdə müalicəyə ehtiyacı olan, düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı Qarabağ əlili, digər yanda onun pensiyasını, reabilitasiya vasitəsini, əmlakını məhkəmənin icra sənədi olmadan mənimsəyən Ədliyyə Nazirliyinin icra məmuru Vüsal Əliyev, “ Rəvan “ sığorta şirkəti, ƏƏSMN yanında DSMF-in məmurları və Ali Məhkəmədən başqa bütün digər məhkəmələr! ! (???) Budur hüquq və azadlıqların inzibati və məhkəmə təminatı?

28 fevral 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsində hakimi Miminat Hacıbəyovanln sədrliyi ilə Qarabağ əlili Xaliq Abbaszadənin ƏƏSMN yanında DSMF-ə qarşı Ali Məhkəmədən qayıdan iddiası üzrə hazırlıq iclası keçirilib . Bəri başdan onu vurğulayaq ki, qərardadı ləğv edilən hakimin yenidən həmin işə baxması yolverilməzdir və nəticəsi öncədən qeyri-prosessual münasibətə əsasən olacağı şübhəsizdir. Eyni zamanda, məhkəmə marağına toxunan 3-cü şəxs Qarabağ əlilinin də vəsatətini

təmin etməyib və bu da onun obyektiv olmadığını göstərir. Halbuki cavabdeh ƏƏSMN yanında DSMF 4 ildir borclu olduğu həmin məhkəmənin 20.06.2016 tarixli qərarını icra etməkdən imtina edir, amma icra sənədi olmadan icra məmurunun məktubu ilə Qarabağ əlilinin pensiyasını başqasına ödəyir! (?)

Görəsən, məhkəmə -hüquq islahatları bəzi hakimləri, icra məmurlarını, sosial müdafiə məmurlarını qanunun aliliyinə nə vaxt vadar edəcək?"

foto.info.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
www.dia.az

Paylaş:
Digər xəbərlər

Araşdırma

29-02-2020, 14:49

Həbs edilən icra başçısı hind və Qarabağ atları saxlayırmış - İLGİNC

Bölgə

28-02-2020, 16:00

“İcra Hakimiyyətində dedilər ki, get pambıq ək” - Bir ailə çarəsiz durumdadır

Bölgə

28-02-2020, 14:11

Goranboyda ilginc mənzərə... - Dövlətin məktəbi özəlləşdirilib

Bölgə

28-02-2020, 13:09

Gədəbəydə ağır qəza: Ana və oğlu öldü

İdman

28-02-2020, 12:59

“Ştutqart” müdafiəçisi üçün “Qarabağ”dan 1,5 milyon avro istəyir

Hadisə

27-02-2020, 13:02

Bakı polisi bir gündə 20 nəfəri saxladı

Video

26-02-2020, 16:00

“Azərişıq”la “Quş ferması” arasında 14 000 manatlıq - MƏHKƏMƏ

Siyasət

26-02-2020, 14:46

Xocalı soyqırımının şahidləri Xocalının yenidən inşa edilməsinə şahidlik edəcəklər - Hikmət Babaoğlu

Siyasət

24-02-2020, 14:19

BMT: Regionun gələcəyi Qarabağ münaqişəsinin həllindən asılıdır

Son xəbərlər
  • Dün, 17:50
    Kiyevdə matəm elan olunub
  • Dün, 17:48
    Azərbaycanda tullantıların idarə edilməsi üzrə yeni agentlik yaradılıb
  • Dün, 14:30
    Quterreş Azərbaycana dəstək verdi: “BMT çoxtərəfli əməkdaşlığa sadiqliyi yüksək qiymətləndirir”
  • Dün, 13:37
    Si Cinpin və Tramp arasında kritik görüş: Tayvan mesajı diqqət çəkdi
  • 13-05-2026, 11:39
    Qubada üç kəndin adı dəyişdirilib
  • 13-05-2026, 09:27
    Şuşada nəqliyyatın hərəkət sxemi dəyişdirilir
  • 13-05-2026, 08:45
    Göyçayda qadın qısqanclıq zəminində qətlə yetirilib
  • 13-05-2026, 08:43
    Bakıda otaq yoldaşını bıçaqlayan şəxsə hökm oxundu
  • 13-05-2026, 08:29
    Tramp Çinə səfərə yola düşüb
  • 13-05-2026, 08:26
    Hakan Fidan: Müharibə qlobal iqtisadiyyata ciddi zərbə vura bilər
  • 13-05-2026, 01:29
    Vyanada keçirilən ATƏT toplantısında Azərbaycanda media azadlığı və rəqəmsal repressiyalar müzakirə olunub
  • 12-05-2026, 13:13
    Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
  • 12-05-2026, 11:01
    Goranboyda əmioğlular arasında dava bıçaqlanma ilə nəticələnib
  • 12-05-2026, 11:00
    Trampın Çin səfərinə iri şirkət rəhbərləri də qatılacaq
  • 12-05-2026, 10:58
    Balakəndə narkotik plantasiyası aşkarlanıb
  • 12-05-2026, 10:54
    Suraxanıda avtomobil qadını vuraraq öldürüb
  • 12-05-2026, 10:41
    DİN: Bir gündə 46 şübhəli saxlanılıb
  • 12-05-2026, 10:39
    Kəlbəcərdə iki hərbçi minaya düşüb
  • 11-05-2026, 18:24
    Polis iki gündə avtomatlar və qumbara aşkarlayıb
  • 11-05-2026, 18:21
    Gürcüstanın yeni Katolikos-Patriarxı seçildi
  • 11-05-2026, 17:56
    Putin Ermənistanın Avropa kursu ilə bağlı xəbərdarlıq edib
  • 11-05-2026, 16:45
    Azər Qasımlının həbs şəraiti ilə bağlı narahatlıqlar səsləndirildi
  • 11-05-2026, 15:32
    Polis iki gündə 25 kiloqrama yaxın narkotik aşkarlayıb
  • 11-05-2026, 15:29
    Binəqədidə şirkətdən 7 min manatlıq kabel oğurlanıb
  • 11-05-2026, 15:20
    Vyanada “Rəqəmsal Dövrdə Vətəndaş Məkanının Qorunması” mövzusunda beynəlxalq toplantı keçirilir
  • 11-05-2026, 00:40
    Paşinyan: “Qarabağ heç vaxt Ermənistanın olmayıb”
  • 11-05-2026, 00:38
    Tramp Kubanı hədəfə aldı: “Onunla məşğul olacağıq”
  • 11-05-2026, 00:36
    Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələr keçirilib
  • 11-05-2026, 00:33
    Rəsmi Bakı Rusiya kanalında göstərilən xəritəyə etiraz edib
  • 10-05-2026, 14:06
    Moskvada 9 May atəşfəşanlığı ləğv edilib
  • 10-05-2026, 14:05
    Gəncədə ustaların olduğu avtomobil qəzaya düşüb, yaralananlar var
  • 10-05-2026, 14:02
    Bu gün Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
  • 9-05-2026, 20:46
    Suraxanıda 12 kiloqram marixuana aşkarlanıb
  • 9-05-2026, 20:44
    Paşinyan: “Ermənistanı ‘banan respublikası’ olmaqdan xilas etdik”
  • 9-05-2026, 20:42
    Şəki-Oğuz sərhədində zəlzələ qeydə alınıb
Daha çox
Çox oxunanlar
13-05-2026, 01:29
Vyanada keçirilən ATƏT toplantısında Azərbaycanda media azadlığı və rəqəmsal repressiyalar müzakirə olunub
11-05-2026, 00:36
Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələr keçirilib
11-05-2026, 00:40
Paşinyan: “Qarabağ heç vaxt Ermənistanın olmayıb”
11-05-2026, 00:33
Rəsmi Bakı Rusiya kanalında göstərilən xəritəyə etiraz edib
11-05-2026, 00:38
Tramp Kubanı hədəfə aldı: “Onunla məşğul olacağıq”
11-05-2026, 15:20
Vyanada “Rəqəmsal Dövrdə Vətəndaş Məkanının Qorunması” mövzusunda beynəlxalq toplantı keçirilir
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Balakəndə narkotik plantasiyası aşkarlanıb
Suraxanıda 12 kiloqram marixuana aşkarlanıb
Şəki-Oğuz sərhədində zəlzələ qeydə alınıb
Hesablama Palatasının auditləri milyonlarla manatlıq pozuntu aşkarlasa da, nəticələr sual doğurur
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
Ödənişli yolda sürətə nəzarət gücləndirilib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə