USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
“Əgər sonuncu buraxılış kursunda təhsil alan tələbənin heç bir fəndən kəsiri yoxdursa, bütün fənlərdən kredit qazanıbsa, yekun attestasiyadan da keçmiş sayılacaq”.
APA-nın məlumatına görə, Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov bildirib.
Onun sözlərinə görə, əgər tələbə ona verilən orta müvəffəqiyyət göstəricisindən razı deyilsə, ona dövlət imtahanı vermək imkanı yaradılacaq: “Tələbə buraxılış işinin orta müvəffəqiyyət göstərici qiymətinin yazılması ilə razı deyilsə, bu, onu qane etmirsə, tələbə buraxılış işinin müdafiəsində də iştirak edə bilər”.