USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Paşa Holding Ağdamda evlər tikir ARAŞDIRMA

Gündəm / Siyasət / İqtisadiyyat / Sosial / Hadisə / Araşdırma

18-01-2023, 19:59

Paşa Holding Ağdamda evlər tikir ARAŞDIRMA

"Ruhlar şəhəri" adlandırılan Ağdamın indi hər köşə-bucağından tikinti səsi gəlir. Fəhlələr şəhəri canlandırmaq üçün qollarını çirmələyiblər.

Dekabrın sonunda Ağdamda 1 nömrəli orta məktəbin tikintisi başa çatacaq. Lakin növbəti tədris ilində bu təhsil ocağının dəhlizlərinin 960 şagirdin səs-küyünə şahid olacağı böyük sual altındadır. Səbəb sadədir: məktəb binası hazır olsa da, şəhər və sakinləri hələ yoxdur.

Qarabağ üzrə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bu ilin oktyabrında mətbuata açıqlamasında bildirib ki, Ağdamın cəmi 18 faiz ərazisi minalardan təmizlənib.

Ərazilər minalardan təmizləndikcə orada tikinti işləri başlayır. Rayonda tikinti işlərinin aparılmasına şirkətlərin hansı yollar və üsullarla cəlb edildiyi isə açıqlanmır. Elə haqqında söhbət açdığımız Ağdam şəhər 1 nömrəli orta məktəbin tikintisini götürək. Tikinti işlərinin sifarişçisi Elm və Təhsil Nazirliyidir. Nazirlik “Uni Ko” QSC ilə müqaviləni satınalma müsabiqəsi keçirmədən bağlayıb. 2,32 hektar sahədə söküntü, qazıntı, inşaat, tamamlama üçün şirkətə nə qədər vəsait ödənildiyi ilə bağlı sorğuya nə nazirlik, nə də “Uni Ko” QSC rəsmiləri cavab verib.

Üçmərtəbəli və üç blokdan ibarət məktəbin layihəsinin hazırlanması isə heç də rahat ərsəyə gəlməyib. Elm və Təhsil Nazirliyi bu məqsədlə 3 dəfə tender keçirib. 2021-ci ilin iyun və oktyabr aylarında təşkil olunan iki tender İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məktubları əsasında ləğv edilib. Bu prosesdə maraqlı olan məqamlardan biri budur ki, sayca ikinci və üçüncü tenderlərdə qalib elan olunan şirkətlərin - “Archico” MMC və “PBA” Qapalı Səhmdar Cəmiyyətinin təklifləri arasında cəmi 60 manat qiymət fərqi olub. Bu layihə sənədlərinin bir-birindən nə ilə fərqləndiyi indi yalnız layihəçilərə, bir də Müsabiqə Komissiyasının üzvlərinə malumdur. Yekunda 197 min manat məbləğində müqavilə 2021-ci ilin dekabr ayında “PBA” QSC ilə imzalanıb. “PBA” QSC-nin direktoru Mircəfər Cəfərov həm də “Uni Ko” QSC-nin direktorunun müavinidir. “Uni Ko” QSC internet saytında “PBA” QSC-ni özünün törəmə müəssisəsi kimi təqdim edir. Yəni məktəbin layihəsini hazırlayan və onu tikən şirkətlər əslində bir çətirin altındadır.

Tikinti şirkətlərinin seçimi başlamayıb, amma Qarabağ üzrə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov tikinti işlərinin birinci mərhələsinin sona çatmasının dəqiq tarixini artıq elan edib: 2024-cü ilin aprel ayının 10-u.

“Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun tərtib etdiyi şəhərsalma əsaslandırmasına görə, birinci mərhələdə Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərində toplam 1220 fərdi ev, eləcə də çoxsaylı sosial obyektlərin inşası nəzərdə tutulur. Ümumiyyətlə isə hədəf bu 3 kənddə 10 mindən çox şəxsi birləşdirən 2 564 ailəni məskunlaşdırmaqdır.

Emin Hüseynov Ağdamda inşa edilən 6 yaşayış binasından ibarət kompleksdə binalardan birinin bu ilin sonunda yekunlaşacağını bəyan edib. Bu yaşayış kompleksi “PMD Group” MMC-yə məxsusdur. Bu şirkət "Paşa Holding"in struktur bölməsinə daxildir. "Paşa Holding" isə prezident İlham Əliyevin ailə üzvlərinə məxsusdur.

Yaşayış kompleksi üçün Ağdam şəhərində 1,55 hektar torpaq sahəsi ayrılıb. İnşaat işlərini “PMD Projects” MMC icra edir. 209 mənzildən ibarət bu kompleksin tikintisini 2023-cü ilin sonunda başa çatdırmaq nəzərdə tutulur. Gələn il isə şirkət daha 4 yaşayış evinin tikintisinə başlamağı planlaşdırır.

“PMD Projects” şirkəti bu yaşayış kompleksinin tikintisinə icazələrin verilməsi və torpaq sahəsinin ayrılması barədə, eləcə də mənzillərin satışını hansı qaydada təşkil etmək planları haqda sorğulara cavab verməyib.

Prezident İlham Əliyevin ailə üzvlərinə məxsus olan bu qrup Ağdam şəhərində yaşayış evləri kompleksindən başqa həm də iki mehmanxananın: 110 nömrəlik “Park Forest Hotel Agdam” və 130 yerlik “City Hotel Agdam”ın tikintisinə başlayıb.
Paşa Holding Ağdamda evlər tikir ARAŞDIRMA
“Azərenerji” ASC 2021-ci ildə “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının tikintisi, “Xındırıstan” və “Ağdam” yarımstansiyaları arasında 110 kV-luk ikidövrəli elektrik verilişi xətlərinin çəkilişi üçün 3 tender təşkil edib. Dövlət qurumu qalib şirkətlərlə müqavilələr imzalayıb, bu haqda bildirişlər dərc edib, amma dəyəri ən azı 3 milyon ABŞ dolları olan bu müqavilələr üzrə “Electro İndustries” QSC və “Azconstruction” QSC-yə nə qədər vəsait ödəyəcəyini gizli saxlayıb. “Azərenerji”-nin Müsabiqə Komissiyasından AbzasMedia-ya bildiriblər ki, bu metod üzrə satınalmaların nəticəsinə görə bağlanan müqavilənin dəyərini elan etmək qanunverilicikdə nəzərdə tutulmayıb.

Ötən araşdırmalarımızda “Electro İndustries” QSC və “Azconstruction” QSC-nin "Azərenerji"-nin rəhbəri Balababa Rzayevin ailə şirkətləri ilə bağlı olduğunu üzə çıxarmışdıq.

Ağdam şəhərindəki Cümə Məscidində təmir-bərpa işlərini Heydər Əliyev Fondu aparır. Prosesə ixtisaslı Avstriya şirkəti də cəlb olunub. Elə bu təmir işlərinin aparılmasında da şəffaflıq yoxdur.

Ağdamda Pənahəli xanın sarayının yerləşdiyi İmarət Kompleksi üçün ilkin konsepsiya layihəsini İtaliyanın “ArtCloud Network International s.c.r.l.” şirkəti hazırlayıb. İtalyan şirkətinin necə seçildiyi isə məlum deyil. Kompleksin ilkin layihələndirilmə işləri üçün tələb olunan maliyyə vəsaitinin qrant qismində Qarabağ Dirçəliş Fondundan ayrılması nəzərdə tutulur. Bunun üçün nə qədər vəsait ayrılacaq? Fonddan bu suala cavab verəcəklərini vəd etsələr də, sonradan zənglərimiz cavabsız qaldı.

İqtisadçı, ADR Partiyasının sədri Qubad İbadoğlu deyir ki, işğaldan azad edilmiş ərazilərdə görülən işlərə dair planlaşma və layihələndirmələr dar çərçivədə müəyyənləşdirilir, ictimai iştirakçılıq yoxdur. Əhalinin və icmanın, yerli icra hakimiyyətlərinin rəyi nəzərə alınmır və bu səbəbdən də sistemsizlik var. “Görünür ki, daha çox qərarverənlərin biznes və korporativ maraqları önə çəkilir və biznes layihələr reallaşdırılır”.

Ağdamda fəhlələr nəfəs dərmədən işləyirlər. Bu tikintilər üçün ayrılan pullar isə bir daş altda, bir daş üstdə gizli saxlanılır.

Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial / Hadisə

15-01-2023, 14:10

Gədəbəydə qanunsuz saxlanılan ov silahları alınıb

Gündəm / Sosial / Hadisə

15-11-2022, 10:44

Ağcabədi polisi qanunsuz ov edən şəxsləri saxlayıb

Sosial / Hadisə

25-01-2022, 08:18

Polis Şəmkirdə vətəndaşdan silah və narkotik vasitə aşkar edib

Sosial

29-12-2021, 11:42

Qanunsuz ov edən şəxs saxlanıldı

Sosial

16-12-2021, 10:25

Hacıqabulda qanunsuz ov edənlər saxlanıldı

Hadisə

16-12-2021, 10:19

Neftçala sakinindən silah götrüldü

Sosial

7-12-2021, 10:30

Mingəçevir polisindən əməliyyat: saxlanılan var

Sosial

25-10-2021, 09:55

Lənkəran polisindən əməliyyat: 11 nəfər saxlanıld

Sosial

10-08-2021, 11:52

Gəncə sakinindən silah götürülüb

Sosial

29-07-2021, 12:40

Bərdə sakinlərindən “patı” və heroin götürülüb

Sosial / Bölgə

15-03-2021, 08:53

Qanunsuz ov silahları saxlayan şəxslər saxlanılıb.

Hadisə

11-01-2021, 17:22

Cəlilabad polisi beş kiloqramdan çox narkotik vasitəni dövriyyədən çıxarıb

Son xəbərlər
  • Bugün, 11:45
    İntizam Məmmədov həbs olundu
  • Bugün, 11:17
    Tramp Zelenski ilə görüşəcək
  • Bugün, 11:14
    KİV: İran atəşkəs danışıqlarından imtina edib
  • Bugün, 11:10
    İranın hava məkanı bu vaxtadək bağlı qalacaq
  • Bugün, 11:07
    İranda daha bir İsrail casusu edam edildi
  • Bugün, 02:27
    İran hakimiyyəti Moskva ilə qaçış planları barədə danışıqlara başlayıb
  • Bugün, 02:22
    İsrail SEPAH-ın kəşfiyyat rəhbəri və müavinini məhv etdiyini açıqladı
  • Bugün, 02:15
    İsveçrə ABŞ və İran arasında vasitəçilikdən imtina etdi
  • Dün, 20:43
    İsrail Məşhəd hava limanını vurdu - Təyyarə partlayıb
  • Dün, 15:47
    15 iyun Milli qurtuluş günüdür
  • Dün, 15:42
    Yol Polisi sürücülərə XƏBƏRDARLIQ ETDİ: “Yüksək sürətə yox deyin!”
  • Dün, 15:39
    AXCP Daşkəsən şöbəsinin sədri Ruzi Bağırov həbs edilib
  • Dün, 15:35
    Araz Musayev Prezidentə müraciət etdi
  • Dün, 15:30
    XİN rəsmisi: “İsrail və İranda ölənlər arasında Azərbaycan vətəndaşları yoxdur”
  • Dün, 14:36
    İsraildə Ölən və Yaralananların Sayı Artdı
  • Dün, 14:33
    İsrailin Müdafiə Nazirindən İrana Sərt Xəbərdarlıq
  • Dün, 01:10
    İsrail Hərbi Hava Qüvvələri Tehranda neft zavodunu vurdu – Şəhər alovlar içindədir
  • 14-06-2025, 23:22
    “Əfi” ləqəbli tiktoker Əflatun Rüstəmov həbs edilib
  • 14-06-2025, 22:08
    ABŞ-da demokrat deputatlar güllələnib
  • 14-06-2025, 22:06
    AzXP bu gün növbəti iclasını keçirilir
  • 14-06-2025, 19:31
    8,5 milyon manat vergi borcu olan “Elta Development” şirkəti kimindir?
  • 14-06-2025, 19:28
    Natiq Cəfərli: “Hökumət vətəndaşı yükləmək üçün ‘kreativ’ yollar axtarır”
  • 14-06-2025, 16:20
    Ceyhun Bayramov: “Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməsi mümkünsüzdür”
  • 14-06-2025, 16:18
    İranda vurulan F-35-in fotosu yayımlandı
  • 14-06-2025, 16:14
    İsrailin İrana zərbələrindən sonra Azərbaycan nefti təxminən 7% bahalaşıb
  • 14-06-2025, 16:07
    İsrail İranın daha iki generalını məhv edib
  • 14-06-2025, 16:03
    Netanyahu İran xalqına müraciət etdi: “Mübarizəmiz rejimlədir, xalqın yanındayıq”
  • 14-06-2025, 16:00
    SOCAR və Almaniya arasında 10 illik qaz razılaşması imzalandı
  • 14-06-2025, 15:56
    Xameneinin Tehrandakı iqamətgahı raketlə vuruldu – Şəhərdə gərginlik artır
  • 14-06-2025, 15:53
    AZAL bəzi reysləri ləğv etdi – SİYAHI
  • 14-06-2025, 15:50
    Azərbaycan sərhədləri əcnəbilər üçün açıldı – Yerli vətəndaşlara isə bağlı qalır
  • 14-06-2025, 15:44
    İsrail Müdafiə Qüvvələri paylaşdığı xəritədə Azərbaycan ərazisini Ermənistanın tərkib hissəsi kimi göstərib
  • 14-06-2025, 15:42
    Nəsimidə ekstazi həblərini toz formasında satanlar saxlanılıb – VİDEO
  • 14-06-2025, 15:34
    Hikmət Hacıyev: “Ermənistandan Zəngəzur dəhlizi ilə bağlı ilk addımı gözləyirik”
  • 14-06-2025, 15:23
    Netanyahu: “İsrail İranın arsenalının əhəmiyyətli hissəsini məhv edib”
Daha çox
Çox oxunanlar
10-06-2025, 01:54
Yabanı halda bitmiş 11 ton çətənə kolu məhv edilib
10-06-2025, 01:48
Ukrayna ordusu Rusiya qırıcılarını məhv edib – Savasleyka aerodromuna zərbə
10-06-2025, 01:46
Güləşçimiz Rihad İbrahimli Avropa çempionatının finalına yüksəldi
10-06-2025, 01:52
DSX hərbi qulluqçusunun ölümü ilə bağlı cinayət işi başlanılıb
10-06-2025, 01:43
Ərdoğanın səhhəti ilə bağlı iddialar təkzib edildi – DMM: “Təhqir və dezinformasiya yayılır”
10-06-2025, 22:25
Tənzilə Rüstəmxanlının jurnalist Toğrul Allahverdiyevin videosunu yaydığı iddia olunur
Müsahibə
22-02-2025, 21:24
Fransa mətbuatı Azərbaycanda media orqanlarının hakimiyyəti tərəfindən bağlandığını yazır
3-01-2025, 21:34
Bloger Rəşad Ramazanov həbsxanada saxlanma şəraitindən şikayətlənib
4-12-2024, 21:00
Vəkillərə Rüfət Səfərovla konfidensial görüşə imkan verməyiblər
10-10-2024, 19:37
"Heç kim bizə heç nə edə bilməz!"
6-10-2024, 19:14
Aclıq edən vicdan məhbusu Famil Xəlilov həbsxana rəhbəri tərəfindən “mükafatlandırılıb”
4-10-2024, 23:43
Fransa mətbuatında Qənimət Zahid, qətlə yetirilən Vidadi İsgəndərli barədə məqalə dərc edib
Araşdırma
Bugün, 02:27
İran hakimiyyəti Moskva ilə qaçış planları barədə danışıqlara başlayıb
Dün, 15:39
AXCP Daşkəsən şöbəsinin sədri Ruzi Bağırov həbs edilib
Dün, 15:35
Araz Musayev Prezidentə müraciət etdi
14-06-2025, 22:06
AzXP bu gün növbəti iclasını keçirilir
14-06-2025, 19:31
8,5 milyon manat vergi borcu olan “Elta Development” şirkəti kimindir?
14-06-2025, 19:28
Natiq Cəfərli: “Hökumət vətəndaşı yükləmək üçün ‘kreativ’ yollar axtarır”
Sosial
Yol Polisi sürücülərə XƏBƏRDARLIQ ETDİ: “Yüksək sürətə yox deyin!”
“Əfi” ləqəbli tiktoker Əflatun Rüstəmov həbs edilib
AZAL bəzi reysləri ləğv etdi – SİYAHI
Norveçdə Qafqaz və Şərqi Avropadan olan siyasi məhbuslara dəstək aksiyası keçirilib
İranın İsrailə etdiyi hücumda biri ölüb, biri ağır olmaqla 63 nəfər xəsarət alıb.
Gürcüstanda daha bir müxalifət lideri həbs olundu

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə