USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

İmran Əliyevin aclığa başlayacağı deyilir

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

19-11-2024, 13:20



İmran Əliyevin aclığa başlayacağı deyilir

“Meclis.info” saytının rəhbəri İmran Əliyevin həbsdə saxlanma müddəti daha 3 ay artırılıb. Bu haqda Xətai Rayon Məhkəməsi noyabrın 18-də qərar çıxarıb.

Meydan TV xəbər verir ki, prokuror İmran Əliyev haqqında həbs qətimkan tədbirinin daha 3 ay uzadılması haqda təqdimat verib. Amma o da, vəkili də buna etiraz edib, təqdimatın əsassız olduğunu bildiriblər.

Peşə fəaliyyətinə görə həbs olunduğunu deyən İ.Əliyev hakimin diqqətinə çatdırıb ki, kəskin ağrılardan əziyyət çəkir, lazımi tibbi yardımı ala bilmir, bundan başqa, həbsdə olduğu müddətdə təxminən 15 kiloqram çəki itirib.

İmran Əliyevin məhkəmədə də halsız olduğu qeyd edilir.

Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi isə İmran Əliyev haqqında həbs qətimkan tədbirinin uzadılmasını bir çox istintaq hərəkətlərinin aparılmalı olması ilə izah edib və əlavə edib ki, istintaqdan yayına biləcəyi, şahidlərə təsir göstərmək ehtimalı olduğu üçün onun azadlıqda qalması məqsədəuyğun deyil.

Hakim təqdimatı təmin edib və ictimai fəalın saxlanma müddətini daha 3 ay – fevralın 19-na qədər uzadıb.

İmran Əliyevin vəkili qərardan apelyasiya şikayəti verəcəyini bildirib.


Dünən Bakı Apelyasiya Məhkəməsində İmran Əliyevlə bağlı Xətai Rayon Məhkəməsinin başqa bir qərarından verilən şikayətə baxılıb. Onun ev dustaqlığına buraxılması ilə bağlı müraciətə Xətai Rayon Məhkəməsi rədd cavabı vermişdi. Bakı Apelyasiya Məhkəməsi həmin qərardan verilən şikayəti təmin etməyib.

İmran Əliyevin yaxınları onun yaxın günlərdə aclıq aksiyasına başlamaq niyyətində olduğunu deyiblər. Yaxınları bunu haqqındakı həbs qətimkan tədbirinin növbəti dəfə uzadılması, onun lazımi tibbi yardımı ala bilməməsi ilə izah edirlər.

İmran Əliyev aprelin 18-də Türkiyəyə gedərkən hava limanında saxlanılıb. O həbsindən bir gün sonra polislərin işgəncəsinə məruz qaldığını bildirib, məhkəməyə gətiriləndə üzərində xəsarət izləri görünüb.
İ.Əliyev “Abzas Media işi” ilə bağlı saxlanılıb, Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülsə də, daha sonra onun işi ayrılıb. İctimai fəala Cinayət Məcəlləsinin 206.3.1 (qaçaqmalçılıq – təkrar törədildikdə) maddəsilə yeni ittiham irəli sürülüb.

İmran Əliyev ittihamı rədd edir, Milli Məclisin və deputatların fəaliyyətini araşdırdığına və bu istiqamətdə fəaliyyət göstərən sayta rəhbərlik etdiyinə görə cəzalandırıldığını deyir.

Paylaş:
Digər xəbərlər

Siyasət

15-07-2024, 14:47

İmran Xan yenidən həbs olundu

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

13-06-2024, 16:42

Jurnalist İmran Əliyevin həbs müddəti 2 ay 7 gün uzadıldı

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

9-05-2024, 19:16

Məhkəmə "Abzas Media" işi üzrə üç jurnalist müttəhimi yenə də həbsdə saxlayıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

24-04-2024, 15:00

Məhkəmə polis tərəfindən döyülən jurnalist İmran Əliyevin vəsatətini təmin etmədi

Gündəm / Siyasət / İqtisadiyyat / Sosial / Hadisə / Araşdırma

19-04-2024, 21:35

Dünən həbs olunan jurnalist İmran Əliyevə işgəncə verilib

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

19-04-2024, 01:33

“Meclis.info” saytının rəhbəri jurnalist İmran Əliyev aeroprtda DSX əməkdaşlarıtərəfindən saxlanılıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

4-04-2024, 20:19

Ələsgər Məmmədli: “Ev dustaqlığına buraxılmaq azadlığımdan daha çox həyatım üçün lazımdır”

Siyasət / Sosial

29-08-2023, 16:31

İmran Xanın həbs qərarı ləğv edildi

Gündəm / Siyasət / Sosial / Hadisə / Müsahibə / Araşdırma

28-04-2023, 21:06

Vəkil: "Həbsdə olan Bəxtiyar Hacıyev kəskin baş ağrılarından əziyyət çəkir"

Gündəm / Siyasət / Sosial

3-11-2022, 17:44

Pakistanın Sabiq baş naziri İmran Xana sui qəsd olub

Son xəbərlər
  • Dün, 19:32
    Sudanlı müharibə reportyoru və haqsız yerə həbs olunan azərbaycanlı jurnalist Free Press Awards 2025 mükafatına layiq görüldü
  • Dün, 19:13
    Prezidentlər “Sülh Qalxanı-2026” birgə hərbi təlimini izləyiblər
  • Dün, 11:13
    DADLI ZƏHƏR: AYAQÜSTÜ YEMƏK MƏDƏNİYYƏTİ BİZİ NECƏ YAVAŞ-YAVAŞ ÖLDÜRÜR?
  • Dün, 02:38
    Qarabağ FK yeni futbolçu aldı
  • 2-02-2026, 15:42
    Azərbaycanla İordaniya arasında yeni saziş təsdiqlənib
  • 2-02-2026, 15:37
    Respublika Hərbi Prokurorunun müavini vəzifəsindən azad edilib
  • 2-02-2026, 13:29
    ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
  • 2-02-2026, 13:22
    Nazir Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirib
  • 2-02-2026, 13:15
    2 Fevral – Azərbaycan Gəncləri Günü
  • 2-02-2026, 11:11
    Dövlət başçısı forum iştirakçılarına müraciət edib
  • 2-02-2026, 02:27
    Xamenei iranlıları qorxmamağa çağırıb
  • 2-02-2026, 02:25
    Cəlilabadda əmisi tərəfindən balta ilə hücum edilən qız ölüb
  • 2-02-2026, 02:04
    Hindistanın Qərargah rəisi Ermənistana səfər edib
  • 2-02-2026, 02:02
    İran ABŞ-la danışıqlar üçün şərt irəli sürüb
  • 2-02-2026, 01:58
    Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
  • 2-02-2026, 01:55
    Ermənistana göndərilən Rusiya taxılı Bakıdan yola salınıb
  • 2-02-2026, 01:47
    Azərbaycan XİN Pakistandakı terror hücumlarını pisləyib
  • 2-02-2026, 01:44
    Qaxda yol qəzası: 77 yaşlı piyada həyatını itirib
  • 2-02-2026, 01:42
    “Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirdi
  • 2-02-2026, 01:24
    Vuçiç: ABŞ-nin 48 saat ərzində İrana zərbə endirməsini gözləyirəm
  • 2-02-2026, 01:22
    İran hökuməti etirazlarda ölənlərin siyahısını dərc edib
  • 1-02-2026, 12:03
    İranda 5,2 bal gücündə zəlzələ qeydə alınıb
  • 1-02-2026, 12:00
    Misir–Qəzza sərhədində “Rəfah” keçid məntəqəsi açılır
  • 1-02-2026, 11:57
    Tramp: “İran hazırda ABŞ ilə danışıqlar aparır”
  • 1-02-2026, 11:50
    İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb
  • 1-02-2026, 11:47
    İlham Əliyev “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planını təsdiqlədi
  • 1-02-2026, 11:45
    AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
  • 1-02-2026, 11:12
    Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
  • 31-01-2026, 15:03
    DYP sürücülərə müraciət etdi
  • 31-01-2026, 14:58
    Sumqayıtda qızıl alqı-satqısı adı ilə soyğunçuluq
  • 31-01-2026, 14:54
    Goranboyda ailə faciəsi: bıçaqlanan qadının vəziyyəti açıqlanıb
  • 31-01-2026, 01:54
    Qurban Qurbanov ÇL pley-offunda “Nyukasl”la qarşılaşmanı dəyərləndirdi
  • 31-01-2026, 01:04
    Hikmət Hacıyev: ABŞ-ın İrana mümkün zərbəsi ilə bağlı qeyri-müəyyənlik Azərbaycanda narahatlıq yaradır
  • 31-01-2026, 01:02
    Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
  • 31-01-2026, 01:00
    “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri və əməkdaşları həbs edilib
Daha çox
Çox oxunanlar
30-01-2026, 17:53
AŞPA-nın qış sessiyası başa çatıb
29-01-2026, 15:45
AŞPA-da Emin Hüseynov transmilli repressiyalarla bağlı məruzə edəcək
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 15:16
PACE Platforması Rus Demokratik Qüvvələri ilə Dialoqa Başlayır
29-01-2026, 20:09
Avropada həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək kampaniyası davam edir
28-01-2026, 17:25
Strasburqda Ermənistan–Azərbaycan sülh və əməkdaşlıq məsələləri AŞPA-da müzakirə olunub
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
1-02-2026, 11:45
AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
1-02-2026, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 20:09
Avropada həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək kampaniyası davam edir
29-01-2026, 13:39
Məhkəmə Şəmşad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verib
26-01-2026, 20:37
Strasburqda AŞPA qarşısında etiraz aksiyası keçirilib
Sosial
DADLI ZƏHƏR: AYAQÜSTÜ YEMƏK MƏDƏNİYYƏTİ BİZİ NECƏ YAVAŞ-YAVAŞ ÖLDÜRÜR?
ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
2 Fevral – Azərbaycan Gəncləri Günü
Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
DYP sürücülərə müraciət etdi

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə