Mayın 15-də istintaq təcridxanasında quru aclıq aksiyası elan edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elxan Əliyevin ailə üzvləri onun taleyindən narahatdır. Mayın 16-dan bəri o ailəsi əlaqə saxlamayıb və onun haqqında heç bir məlumat yoxdur.
“Bu gün (18 may) Elxanın telefon zəngi üçün nəzərdə tutulan gün idi. O, adətən şənbə günü saat 14:30 radələrində zəng edir. Amma axşamdır və o hələ də zəng etməyib. Elxan keçən dəfə mənə dedi ki, özü aclıq aksiyasını dayandırdığını bildirməsə deməli, o, aksiyanı davam etdirir və təhlükədədir”, - deyə fəalın həyat yoldaşı Şahnaz Əliyeva Turan agentliyinə bildirib.
O qeyd edib ki, əri iki dəfə insult keçirib, həbsxanada isə mikroinfarkt keçirib.
Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.
Elxan Əliyev 2023-cü ilin iyulunda “dələduzluq” və “saxta sənəd hazırlama ” ittihamları ilə həbs edilib.
Əliyev, ona qarşı təxribat törətdiyini bəyan edib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.
Aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib.
Mayın 13-də apelyasiya şikayətinə baxılarkən Əliyev iki gündən sonra quru aclıq aksiyasına başlamaq niyyətində olduğunu bildirib.