USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Səfərbərlikdən yayınan və Rusiyadan Gürcüstana getmək istəyən 180-dən çox şəxs sərhəddə çağırış vərəqəsi alıb.
Axar.az xəbər verir ki, bu barədə Şimali Osetiya hərbi komissarının müavini Abril Abdullayev məlumat verib.
“Şimali Osetiya ərazisində Rusiya və Gürcüstan sərhədində 180-dən çox çağırış vərəqəsi təqdim edilib. Çağırış vərəqələri ölkənin müxtəlif regionlarından Gürcüstana getmək üçün növbə gözləyən vətəndaşlar tərəfindən alınıb”, - o bildirib.
Qeyd olunur ki, Gürcüstanla sərhəddə hərbi xidmətə çağırış üzrə operativ qrup işləyir və qismən səfərbərliyə məruz qalan Rusiya Federasiyasının vətəndaşlarına çağırış vərəqələri verilir.